Sosial şəbəkə və mikrobloq olan Twitter-i 2006-cı ildə Jack Dorsey yaradıb.
Bu gün Twitter istifadəçiləri 140 simvoldan ibarət tvit yazmaqla fikirlərini dostları ilə bölüşürlər. 9 ildir ki, fəaliyyət göstərən Twitter–də bu günə kimi bir çox dəyişikliklər olub.
Xeberler.az bu illər ərzində Twitter–də olan dəyişiklikləri araşdırıb.
2006-cı ildə Twitter yarananda ilk versiyasında "izləyicilər", "dostlar" və "yeniliklər" bölməsi mövcud olub. Bu versiyada sadəcə 140 simvol mətn yazmaq, dostlarının tvitlərini görmək mümkün idi.
2007-ci ildə Twitter böyük dəyişikliklərə imza atıb. Həmin vaxt artıq "dostlar" bölməsi "izlədiklərim" olaraq dəyişdirildi və bəyəndiyiniz tvitləri seçmək üçün "sevimlilər" bölməsi yaradıldı. Bundan əlavə, Twitter-də artıq şəxsi mesaj yazmaq da olurdu.
2008-ci ildə isə Twitter-də məşhurların hesabları açıldı. Bu isə Twitter-in əhəmiyyətli sosial şəbəkə olduğunu sübut etdi.
2009-cu ildə Twitter-in ana səhifəsində gündəmdə olan insan və həştəqləri görmək mümkün idi.
2010-cu ildə "siyahılar" bölməsi yaradılır. Bölmə müəyyən qrup insanları bir yerdə toplayır.
2011-ci ildə mətn yazılarından əlavə tvitlərdə də şəkil paylaşılırdı.
2012-ci ildə Twitter-in dizaynında böyük dəyişikliklər olur.
2013-cü ildə Twitter-də paylaşdığınız video və şəkilləri asan görməyiniz üçün ayrıca bölmə yaradılır.
2014-cü ildə sosial şəbəkənin dizaynı hazırdakı dizayna bənzəyir. "İzləyici"siyahınıza baxdıqda onun haqqında qısa informasiyanı dərhal görmək mümkün idi.
2015-ci ildə sosial şəbəkənin yuxarı paneldə müəyyən dəyişikliklər edilib.
Twitter-in loqosu olan quş isə formasını 9 ildə bir neçə dəfə dəyişib.
Sevinc Əsədova
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri