Siyasi adlara və siyasətə ən yaxın sosial şəbəkələrdən biri olan Twitter Bloomberg ilə çox əhəmiyyətli bir razılaşmaya imza ataraq ABŞ-dakı prezident seçkilərini canlı yayımlayacaq.
Xeberler.az xarici mediaya istinadən məlumat verir ki, Hillari Klinton və Donald Trump arasında keçiriləcək seçki yarışının sosial mediada da böyük maraq görməsi gözlənilir.
Noybarın 8-də keçiriləcək ABŞ seçkilərindən əvvəl gündəmin səbirsizliklə gözlədiyi məqam isə sentyabrın 26-dan başlayacaq.
Belə ki, bu gündən başlaraq ABŞ prezidentliyinə namizədlər TV ekranlarında qarşı-qarşıya gələrək xalqa vədlərini izah edəcək və bir-birləriylə yarışaraq, səs toplamaq üçün var gücü ilə bir mübarizə aparacaq.
Bloomberg Politics (@bpolitics) adlı Twitter hesabı seçkilərlə əlaqədar isti gündəmi Twitterə daşıyarkən, Bloomberg TV-dəki canlı yayım da yenə bu hesab üzərindən və Twitter-dən həyata keçiriləcək.
2012 ABŞ prezident seçkilərində olduğu kimi, builki prezident seçkilərində də dünya miqyasında on milyonlarla tweet atılması gözlənilir.
Günel
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri