Twitter sosial şəbəkədə daha bir yenilik təqdim edib .
Xeberler.az xarici mediaya istinadən məlumat verir ki, şirkət botların yalan xəbərləri yaymaq üçün istifadə etdiyi metodları bloklayacaq.
Twitter artıq eyni tweetlər-in birdən çox profildən göndərilməsinə imkan verməyəcəyini açıqlayıb.
İddia edilir, Rusiya ilə əlaqəli olan botlar yalan xəbərləri yaymaq və gündəm yaratmaq üçün eyni tweetlər-i paylaşır.
Bunları nəzərə alaraq sosial şəbəkə yeni tənzimləmələrlə yalan xəbərlərin yayılmasının qarşısını alacaq və nəzarəti gücləndirmək qərarına gəlib.
Twitter onu da qeyd edib ki, istifadəçilərə üçüncü tərəf proqramlarından istifadə edərək tweet və retweet paylaşmağa icazə verilməyəcək.
Son zamanlar Twitter və digər sosial şəbəkələr yalan məlumatların yayımlanması və xarici təbliğata şərait yaratması səbəbiylə qərb ölkələri tərəfindən günahlandırılır.
Belə ki, 2016-cı ildə ABŞ-da keçirilən prezident seçkilərində yalan xəbərlərin ortaya çıxması sosial şəbəkələr üçün ciddi problem yaradıb.
Günel
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri