“Twitter”də hesabınızı təsdiqlətmək neçəyə başa gələcək?

03-11-2022 / 14:57

Bu yaxınlarda “Twitter”in rəsmi sahibi olan İlon Mask platformada dəyişikliklərə başlayıb.

Mask bundan sonra “Twitter” in təsdiq edilmiş hesab nişanı üçün ayda 8 dollar abunə haqqı tələb edəcək.

Xeberler.az bildirir ki, bu barədə Mask öz rəsmi “Twitter” hesabından məlumat yayıb.

Paylaşdığı tvitində Mask bundan sonra istifadəçilərin “Twitter” də təsdiqlənmiş hesab nişanı olan "mavi işarı" üçün ayda 8 dollar ödəyəcəklərini deyib.

Xatırladaq ki, bir neçə gün öncə o, istifadəçilərin təsdiqlənmiş hesab nişanı üçün ayda 20 dollar ödəyəcəyini açıqlamışdı.

 

Xeberler.az


ŞƏRHLƏR






sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.