Mask "Twitter"i alma səbəbini açıqladı

28-10-2022 / 13:26

"Tesla" şirkətininrəhbəri İlon Mask sosial şəbəkədəki paylaşımında "Twitter"i alma səbəbini açıqlayıb.

Xeberler.az bildirir ki, İlon Maskın "Twitter"i satın alma prosesi artıq başa çatıb.

Oktyabrın 27-də şəbəkənin əvvəlki rəhbərliyi "Twitter"in  binasını tərk edib və İlon Mask şirkətə başçılıq etməyə başlayıb. 

Cümə günü "Twitter" sövdələşməsini tamamlamağı planlaşdırdığını bildirdikdən sonra məşhur milyarder hesabından verdiyi yazılı açıqlamada sosial media platformasını satın alma səbəbini açıqlayıb.

Mask satınalma səbəbindən reklam məzmunu ilə bağlı fikrinə qədər bir çox fərziyyənin olduğunu, digər tərəfdən əksəriyyətinin həqiqəti əks etdirmədiyini bildirib.

"Mən "Twitter"i aldım, çünki zorakılığa əl atmadan geniş inancların sağlam şəkildə müzakirə oluna biləcəyi rəqəmsal platformaya sahib olmaq sivilizasiyamızın gələcəyi üçün vacibdir", -deyə yazıb.

Sosial mediada ifrat sağ və ifrat sol cinahlara bölünərək fərqli səslərin eşidilməsinə imkan verməyən fikirlərin olduğunu bildirən Mask, daha çox nifrət yayaraq cəmiyyəti iki yerə bölmək riskini ehtiva edən ciddi təhlükənin olduğunu bildirib.

Onun sözlərinə görə, ənənəvi medianın çoxu bu qütbləşməni gücləndirdi və bunun pul gətirəcəyinə inanaraq amansız bir klik həyata keçirdi. Bununla da dialoq imkanları itirildi:

"Buna görə "Twitter"i aldım. Mən bunu daha çox pul qazanmaq üçün etməmişəm. Bunu ona görə etdim ki, aşiq olduğum insanlığa kömək etməyə çalışırdım".

Mask etiraf edib ki, "Twitter"i aldıqda qarşıya qoyduqları məqsədlərə nail olmaması ehtimalı da var. 

"Bununla belə, "Twitter" heç nə deyilməyən və hər kəsin istədiyini etməkdə azad olduğu cəhənnəmə çevrilə bilməz!".

Şəbəkənin necə dəyişəcəyinə və gələcəkdə necf işləyəcəyinə gəlincə, Mask bildirib ki, "Twitter"  qanuna riayət etmək şərti ilə filmlərə baxmaq və ya video oyun oynamaq kimi hər kəsin üstünlük verdiyi təcrübəni səmimi şəkildə qəbul etməlidir. 

"Twitter"də reklamla bağlı yayılan söz-söhbətlərə cavab verən Maskdüzgün hazırlanmış reklamın insanları sevindirəcəyinə, əyləndirəcəyinə və məlumatlandıracağına inandığını da vurğulayıb:

"Reklamlar sizə bilmədiyiniz, ancaq ehtiyacınız olan bir xidmət, məhsul və ya tibbi məhsulu göstərə bilər". 

""Twitter"i istifadəçilərinə mümkün qədər onların ehtiyaclarına uyğun reklamlar göstərməsi vacibdir. Aşağı səviyyəli reklamlar spamdır; lakin məqsədyönlü reklamlar mütləq məzmun verir". 

Mask "Twitter" istifadəçilərinə yazdığı məktubu belə bitirir:


""Twitter" brendinizi və biznesinizi gücləndirən dünyanın ən hörmətli reklam platforması olmağı hədəfləyir. Bizimlə olan hər kəsə təşəkkür edirik. Gəlin birlikdə qeyri-adi bir şey quraq". 


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə