Müqavilə “Azerconnect Group”un baş direktoru Emil Məsimov və “NVIDIA”nın baş vitse-prezidenti Cef Fişer tərəfindən ABŞ-də imzalanıb.
Əməkdaşlığın ilkin mərhələsində “Azerconnect Group” “GeForce NOW” xidmətini təqdim edəcək.
ABŞ səfəri zamanı “Azerconnect Group” rəhbərliyi, “NVIDIA”nın telekommunikasiya sahəsində biznesin inkişafı üzrə qlobal vitse-prezidenti Kris Penrouzun rəhbərlik etdiyi komanda ilə görüşlər keçirib. Əməkdaşlığın növbəti mərhələsi üçün süni intellekt əsaslı şəbəkələr, 6G infrastrukturu və süni intellekt data mərkəzinin yaradılması prioritet istiqamətlər olaraq müəyyən edilib.
“NVIDIA” ilə rəsmi tərəfdaşlıq qlobal texnologiya liderləri ilə əməkdaşlığımızın yeni strateji mərhələsinin başlanğıcıdır. “Azerconnect Group” olaraq rəqəmsal xidmətlər portfelinin daha da genişləndirilməsi istiqamətində fəaliyyətimizi davam etdirəcəyik”, - Emil Məsimov qeyd edib.
“NVIDIA” ilə tərəfdaşlıq “Azerconnect Group”un texnoloji imkanlarını daha da genişləndirərək süni intellekt əsaslı innovativ həllərin tətbiqini sürətləndirəcək.
“Azerconnect Group” haqqında:
Ölkəmizdə dinamik şəkildə inkişaf edən İKT və yüksək texnologiyalar sahələrində fəaliyyət göstərən “Azerconnect Group” mobil, internet, beynəlxalq kanalların təşkili və FinTech, AdTech, Media/TV kimi rəqəmsal xidmətlər təqdim edir. “Azerconnect Group” müxtəlif ölkələrdə enerji, telekommunikasiya, yüksək texnologiyalar və tikinti sahələrində fəaliyyət göstərən “NEQSOL Holding” beynəlxalq şirkətlər qrupunun tərkibinə daxildir.
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Satışa çıxarılmış Azərbaycan adları