Elektron Təhlükəsizlik Xidməti “Kibertəhlükəsizlik üzrə maarifləndirmə ayı” çərçivəsində uşaqlar üçün “Təhlükəsiz internet mühitini yarat” şüarı altında rəsm müsabiqəsi elan edir:
Müsabiqədə iştiraka dair tələblər:
• Rəsm kibertəhlükəsizliklə əlaqəli mövzuları əhatə etməlidir;
• Müsabiqədə 10-16 yaş arası uşaqlar iştirak edə bilər;
• Müsabiqəyə bir nəfər yalnız bir rəsm göndərə bilər;
• Rəsm xüsusi proqramların köməyindən istifadə edilmədən rəngli karandaş və ya sulu boya ilə kağız üzərində çəkilməlidir;
• Rəsmin üzərində ifadə etdiyi məzmuna uyğun olaraq bir mesaj qeyd edilməlidir;
• Rəsmi göndərmək üçün son tarix 25 oktyabr 2021-ci il saat 00:00-dır.
Münsiflər heyəti tərəfindən seçilən maraqlı və kreativ rəsmlər Elektron Təhlükəsizlik Xidmətinin rəsmi “Facebook” səhifəsində paylaşılacaq. Ən çox bəyənmə toplayan ilk 3 rəsmin sahibinə Elektron Təhlükəsizlik Xidməti tərəfindən hədiyyə və sertifikatlar təqdim olunacaq.
Hazırladığınız rəsmin skanını aşağıdakı keçidə daxil olmaqla göndərə bilərsiniz: https://forms.gle/vkJ6hUTEC9dGgQKw7
Müsabiqə ilə bağlı suallarınız yaranarsa, +99412 493 2056 nömrəsi ilə əlaqə saxlaya və yaxud [email protected] e-poçt ünvanına yaza bilərsiniz.
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri