Previous Next
Bağla

NRYTN: Kiberhücumların sayı kəskin şəkildə artıb

14-11-2020 16:44
NRYTN: Kiberhücumların sayı kəskin şəkildə artıb

Cəbhədə Ermənistanın genişmiqyaslı təxribatlarının başlandığı gündən, yəni sentyabrın 27-dən etibarən ölkə üzrə kiberhücumların sayı adi günlərlə müqayisədə 5-6 dəfə artıb. Xarici ölkələrdən daxil olan zənglər, veb-kameraların sındırılması, router və modemlərə kütləvi hücumlar, xəbər saytlarına hücumlar, sosial şəbəkə hesablarının saxtalaşdırılması, fişinq hücumları, demək olar ki, hər gün üzləşdiyimiz düşmən təxribatlarıdır.

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən Xeberler.az-a bildirilib ki, son günlərdə Azərbaycanda “Facebook” istifadəçilərinin hesablarının bloklanması halları ilə bağlı müraciətlərin də sayı artıb.

Nazirlik yanında Elektron Təhlükəsizlik Xidməti “Facebook” sosial şəbəkə istifadəçilərini hesablarının bloklanmasının və ya ləğv edilməsinin qarşısını almaq üçün aşağıdakı qaydalara əməl etməyə çağırır.

Aşağıdakı hallar “Facebook” hesabınızın bloklanmasına səbəb ola bilər:

• özünü başqa şəxs və ya təşkilat kimi qələmə vermək məqsədilə saxta hesabların yaradılması

• əqli mülkiyyət hüququnu pozan paylaşımların edilməsi

• şəxsi hesabdan biznes məqsədləri üçün istifadə olunması

• rəy və ya paylaşımların təkrarlanması, eyni anda həddindən artıq dostluq sorğularının göndərilməsi və ya qəbul edilməsi (“Facebook” tərəfindən spam kimi qəbul edilir)

• süni yolla bəyənmə, izləyici və baxışların əldə edilməsi

• pornoqrafik xarakterli paylaşımların edilməsi (xüsusilə, uşaq pornoqrafiyası)

• fiziki şəxslər arasında odlu silahların, spirtli içkilər və tütün məmulatlarının alışı və satışı

• narkotik vasitələrin və psixotrop maddələrin alışı və satışı

• şəxsin irqi və milli mənsubiyyəti, dini və siyasi baxışları, cinsi, cinsi oriyentasiyası, əlilliyi, xəstəliyi və digər hallarla bağlı zorakılığa və təhqirə yol verilməsi

• şəxsiyyətin alçaldılması, nifrətə çağırışlar, təhqir və böhtan xarakterli məlumatlar

• intihara sövq etmək

• sağlamlıq və ictimaiyyət üçün təhlükə yaradan paylaşımların edilməsi

• terrorizm və ya zorakılığın təbliği və təşviqi

• başqa şəxsin fərdi məlumatlarının icazəsiz paylaşılması

• qeyri-qanuni yolla maddi vəsait əldə etmək məqsədi ilə kiberdələduzluq fəaliyyəti

• başqasına məxsus sosial şəbəkə hesabının ələ keçirilməsinə cəhdlər.

“Facebook” hesabının bloklanmaması üçün nə etməliyik?

- “Facebook” sosial şəbəkəsindən istifadə şərt və qaydalarına əməl edin

- “Facebook” hesabınızın bloklanmasına səbəb ola biləcək yuxarıda göstərilən hərəkətlərə yol verməyin

- başqalarına məxsus fərdi məlumatlardan istifadə etməklə saxta hesablar yaratmayın

- yayılması qanunla qadağan edilən məlumatları paylaşmayın

- müəlliflik hüququnu pozan, terrorizmə, zorakılığa və nifrətə təşviq edən paylaşımlar etməkdən çəkinin

- başqasına məxsus fərdi məlumatları onların icazəsi olmadan paylaşmayın

- insanlarla ünsiyyət qurarkən təhqir, təhdid və ya digər xoşagəlməz ifadələrdən çəkinin. Şəxsi fikirlərinizi başqalarının hüquqlarını pozmayacaq şəkildə və qarşılıqlı hörmət çərçivəsində ifadə edin

- məhsul və xidmətlərin reklamı üçün biznes səhifələrindən istifadə edin

- rəy və paylaşımlarınızı təkrarlamayın, süni yolla bəyənmə, izləyici və ya baxış əldə etməyə çalışmayın.

- Bundan əlavə, “Facebook” qaydalarını pozan məzmunları (hesab, rəy, paylaşım, reklam və sair) rəy bildirmədən paylaşımın və ya hesabın sağ tərəfindəki üç nöqtəyə kilik etməklə şikayət edin.

“Facebook” hesabı bloklandıqda nə etməliyik?

Əgər yuxarıdakı qaydaları pozmadığınızı və “Facebook” tərəfindən hesabınızın səhvən bloklandığını düşünürsünüzsə, aşağıdakı keçidə daxil olaraq “Facebook”un rəsmi müraciət formasını doldurun. https://www.facebook.com/help/contact/260749603972907 

Şəkildə göstərilən boş xanalara aşağıdakı məlumatları daxil edin:

1. Hesabınızı qeydiyyatdan keçirərkən istifadə etdiyiniz elektron poçt ünvanı və ya mobil nömrənizi;

2. Hesabınızda göstərilən ad və soyadınızı (“Facebook”da olduğu kimi);

3. Şəxsiyyət vəsiqənizin aydın görünən şəkli (.jpeg formatında).

Daha sonra “Send (Göndər)” düyməsini sıxaraq müraciətinizi “Facebook”a göndərin.

Müraciət formasının doldurulması ilə bağlı hər hansı çətinliyiniz yaranarsa “www.cert.az” saytı və ya “[email protected]” elektron poçt ünvanı vasitəsilə Elektron Təhlükəsizlik Xidmətinə müraciət edin.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi açıqlama yayıb

28-09-2020

Uşaqlar üçün “Təhlükəsiz internet mühitini yarat” adlı rəsm müsabiqəsi elan olunub

08-10-2021

Filiala gəlmədən Yelo Mobil POS xidmətinə qoşulun

20-08-2024

"BakıKart" adı altında sosial mediada saxta səhifələr açılıb

24-10-2024

Onlayn mağaza istifadəçilərinə edilən fişinq hücumlarının sayı artıb

16-04-2020

Spamlarla necə mübarizə aparaq? –Təlimat

09-06-2017

ETX: Genişmiqyaslı fişinq kampaniyası aşkarlanıb

01-04-2026

İKTA SMS (OTP) kodlarını paylaşmamağı tövsiyə edir

12-01-2026

"Azərpoçt" bayram günlərində işləyəcək

05-03-2022

Ailə üzvləri haqqında arayışı “mygov”dan əldə etmək mümkündür

21-04-2025

AZAL-ın bəzi reysləri ayın sonuna qədər dayandırılıb

16-06-2025

Portala vergi ilə bağlı 7 yeni e-xidmət inteqrasiya edildi

07-04-2017

Ötən il verilən “ASAN İmza” sertifikatlarının sayı 601 mini ötüb

10-01-2025

Kiçik və Orta Sahibkarlıq üzrə Qlobal İnnovasiya – “ITU Digital World Awards” müsabiqəsi keçiriləcək

30-04-2021

Nazirlik İnformatikanın üstündən birdəfəlik xətt çəkmək niyyətindədir

28-04-2017

Facebook profilinin təhlükəsizliyini necə qoruyaq?

03-05-2016

Bu il vergi ödəyicilərinə 463 minə yaxın “ASAN İmza” sertifikatı verilib

09-10-2024

NETTY 2016-ya ərizə qəbulu başlayıb

16-03-2016

Bu il 85 mindən çox “ASAN İmza” sertifikatı verilib

11-03-2025

Cari ildə 320 minə yaxın “ASAN İmza” sertifikatı verilib

09-09-2025

“Azərpoçt” 20 Yanvarda növbəli iş rejimində işləyəcək

19-01-2026

Kaspersky: 2020-cu ildə istifadəçilər daha çox lokal təhlükələrlə qarşılaşıblar

11-03-2020

Sərhəd sığorta müqavilələrini onlayn bağlamaq mümkün olub

07-07-2025

DİN: Kart məlumatlarınızı naməlum şəxslərə verməyin

06-06-2025





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə