Previous Next
Bağla

Videoçarx müsabiqəsinin təqdimat mərasimi olub

30-08-2018 15:57
Videoçarx müsabiqəsinin təqdimat mərasimi olub

30 avqust 2018-ci il tarixdə Bakı şəhər 280 nömrəli tam orta məktəbdə “Təhsildə inkişaf və innovasiyalar üzrə ikinci qrant müsabiqəsi”nin fərdi kateqoriyasında qalib olan “İnternetdə Uşaqların təhlükəsizliyi” mövzusunda Bakı məktəbləri arasında birinci videoçarx müsabiqəsi layihəsinin təqdimat mərasimi keçirilib.

Xeberler.az məlumat verir ki, Bakı şəhər 280 nömrəli tam orta məktəbdə təşkil olunan layihənin təqdimat mərasimində müəllimlər, valideyinlər, layihənin eksperti, İKT-nin təhsildə tətbiqi üzrə Beynəlxalq ekspert Ramil Süleymanov iştirak edib.

Həmçinin, tədbirdə Azərbaycanda Filtirasiyalı İnternet xidmətini şagirdlər, valideyinlər və təhsil işçiləri üçün təqdim edən Enginet şirkətinin Marketinq və Satış Departamentinin rəhbəri Elmira xanım Abbasova da iştirak edib.

Belə ki, iştirakçılara layihə şərtlərini özündə əks etdirən təlimat materialları paylanılıb. Layihənin rəhbəri Sevinc Niftiyeva 3 ay müddətinə Bakının seçilmiş məktəbində təhsil alan müəllim, valideyin və şagirdlər, arasında reallaşdırılacaq layihənin əhəmiyyəti, mərhələləri və keçirilmə şərtləri haqqında ətraflı məlumat verib, iştirakçıların suallarını cavablandırıb. Daha sonra Layihənin ekspert Ramil Süleymanov bu layihə çərçivəsində layihə iştirakçılarının qazanacağı biliklər və onların gələcək həyatında rolu haqqında ətraflı məlumat verib. Enginet şirkətinin Marketinq və Satış Departamentinin rəhbəri Elmira xanım Abbasova bu layihənin təhsilimiz və onun gələcəyi üçün əhəmiyyətindən danışıb. Layihənin rəhbərinə bu layihədə Enginet şirkəti ilə əməkdaşlığı üçün də təşəkkür etdi. Birgə əməkdaşlığın davam edeəcəyini bildirdi. Elmira xanım, Enginet şirkətinin Birlink internet brendindən istifadə edən məktəblilər üçün bu layihə çərçivəsində Filtirasiya xidmətinin pulsuz veriləcəyini bildirib.

Qeyd edək ki, layihənin məqsədi məktəbdə uşaqların İnternetdən faydalı istifadə qaydalarını aşılamaq və onları mövcud təhlükələrdən qorumaqdır.

Vəzifələr:

  • Şagird,müəllim və valideyinlərə Dünyada tətbiq olunan,Microsoft şirkətinin Shild Safety Online qlobal proqramı əsasında hazırlanmış 3 ayrı ayrı 8 saatlıq təlim paketi əsasında təlimləndirmək
  • Yaradıcı şagirdləri aşkar etmək;
  • onların biliklərinin təkmilləşməsi üçün ustad dərsləri təşkil etmək;
  • bütün fəaliyyətləri sosiallaşdırmaq;
  • bu şagirdlərin tədrisdə əldə etdikləri bilikləri gələcək yaradıcı şagirdlərə ötürməsini və həmyaşıtdan həmyaşıda davamlılığını təmin etmək.

Sevinc Niftiyeva rəhbərliyi ilə ümumi təhsil müəssisələri kateqoriyasında qalib olmuş layihənin icra müddəti 3 aydır. Qeyd edək ki, Təhsildə inkişaf və innovasiyalar üzrə ikinci qrant müsabiqəsi Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən dövlət ümumi təhsil müəssisələri və bu müəssisələrdə çalışan pedaqoji işçilər üçün elan edilib.

Müsabiqə çərçivəsində ümumi təhsil müəssisələri kateqoriyası üzrə təklif olunmuş 800 layihədən 41, fərdi kateqoriya üzrə 125 layihə dəstəklənmişdir. Ümumilikdə 166 layihə qalib olub.

Xeberler.az

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR
Təhsildə innovativ layihələr tətbiq edilir

Təhsildə innovativ layihələr tətbiq edilir

23-10-2017
32 innovativ layihənin icrası yekunlaşıb

32 innovativ layihənin icrası yekunlaşıb

27-12-2017
Təhsildə innovasiyalar üzrə qrant müsabiqəsinin qalibləri-Siyahı

Təhsildə innovasiyalar üzrə qrant müsabiqəsinin qalibləri-Siyahı

29-09-2017
Paytaxt üzrə 69 layihə qalib olub

Paytaxt üzrə 69 layihə qalib olub

27-07-2022
Təhsildə inkişaf və innovasiyalar üzrə III qrant müsabiqənin qalibləri açıqlanıb

Təhsildə inkişaf və innovasiyalar üzrə III qrant müsabiqənin qalibləri açıqlanıb

04-07-2019
Beyləqanda şagirdlərə robototexnika dərsləri keçiləcək.

Beyləqanda şagirdlərə robototexnika dərsləri keçiləcək.

12-11-2021
Bakcell müsabiqədə qalib gələn məktəbliləri mükafatlandırdı

Bakcell müsabiqədə qalib gələn məktəbliləri mükafatlandırdı

12-12-2018
Qrant layihəsinin təqdimatı keçirilib

Qrant layihəsinin təqdimatı keçirilib

30-08-2018
İnnovasiyalar üzrə müsabiqəyə qeydiyyat başa çatdı

İnnovasiyalar üzrə müsabiqəyə qeydiyyat başa çatdı

28-03-2018
Təhsildə inkişaf və innovasiyalar üzrə X qrant müsabiqəsi elan edilib

Təhsildə inkişaf və innovasiyalar üzrə X qrant müsabiqəsi elan edilib

18-03-2026
Təhsildə inkişaf və innovasiyalar üzrə IX qrant müsabiqəsinin nəticələri açıqlanıb

Təhsildə inkişaf və innovasiyalar üzrə IX qrant müsabiqəsinin nəticələri açıqlanıb

16-09-2025
AlpLogo- məktəblilər üçün vəsiat layihəsinin icrasına başlanılıb

AlpLogo- məktəblilər üçün vəsiat layihəsinin icrasına başlanılıb

07-09-2019
Texnologiya sahəsində əməkdaşlıq haqqında memorandum imzalanıb

Texnologiya sahəsində əməkdaşlıq haqqında memorandum imzalanıb

20-11-2018
Təhsildə İKT-nin tətbiqi üzrə I Bakı Forumu keçirilir

Təhsildə İKT-nin tətbiqi üzrə I Bakı Forumu keçirilir

29-11-2018
İKT-nin tədrisdə tətbiqi ilə bağlı flashmob keçirilib

İKT-nin tədrisdə tətbiqi ilə bağlı flashmob keçirilib

15-12-2015
Azərbaycanda “Uşaqların İnternetdə Təhlükəsizliyi” adlı layihə həyata keçirilir

Azərbaycanda “Uşaqların İnternetdə Təhlükəsizliyi” adlı layihə həyata keçirilir

03-11-2008
Təhsildə inkişaf və innovasiyalar üzrə IX qrant müsabiqəsinə sənəd qəbulu başlayır

Təhsildə inkişaf və innovasiyalar üzrə IX qrant müsabiqəsinə sənəd qəbulu başlayır

03-03-2025
Təhsildə inkişaf və innovasiyalar üzrə III qrant müsabiqəsi elan edilib

Təhsildə inkişaf və innovasiyalar üzrə III qrant müsabiqəsi elan edilib

11-03-2019
Astarada ilk dəfə robototexnika sərgisi keçirilib

Astarada ilk dəfə robototexnika sərgisi keçirilib

18-11-2019
Təhsildə İKT-nin tətbiqi üzrə mentorluq layihəsinə başlanıb

Təhsildə İKT-nin tətbiqi üzrə mentorluq layihəsinə başlanıb

23-10-2015
 “Elektron Təlimləndirən Sistemlər” layihəsi həyata keçirməsi planlaşdırılır

“Elektron Təlimləndirən Sistemlər” layihəsi həyata keçirməsi planlaşdırılır

03-06-2010
Təhsildə inkişaf və innovasiyalar üzrə III qrant müsabiqəsi başa çatır

Təhsildə inkişaf və innovasiyalar üzrə III qrant müsabiqəsi başa çatır

29-03-2019
Təhsildə innovasiyalarla bağlı qrant müsabiqəsi elan edilib

Təhsildə innovasiyalarla bağlı qrant müsabiqəsi elan edilib

15-08-2017
STEM yeni konfrans keçirəcək

STEM yeni konfrans keçirəcək

14-06-2018





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə