Previous Next
Bağla

Astarada ilk dəfə robototexnika sərgisi keçirilib

18-11-2019 18:58
Astarada ilk dəfə robototexnika sərgisi keçirilib

“Voltran” robototexnika sərgisi cənub bölgəsinin kənd məktəbləri arasında ilk dəfə Astara rayonunun Qapıçıməhəllə kənd ümumi orta məktəbində keçirilib.

Xeberler.az bildirir ki, bu münasibətlə keçirilən tədbirdə çıxış edən məktəbin direktoru Elnur Quliyev, layihə rəhbəri Həbib Əlizadə layihə haqqında məlumat verərək, onun əsas məqsədinin rayon şagirdləri arasında robototexnika sahəsi üzrə bilik və bacarıqlı şagirdlər yetişdirmək və onlara dünya trendlərini çatdırmaq olduğunu bildiriblər.

Tədbirdə Astara Rayon İcra Hakimiyyəti başçısının müavini Firəngiz Sadıxova və rayon Təhsil Şöbəsinin müdiri Rəşad Həsənov çıxış edərək, rayonda keçirilən bu layihənin əhəmiyyətini yüksək dəyərləndirərək iştirakçılara uğurlar arzulayıblar.

İştirakçı şagirdlərdən Elnur Məmmədovun valideyni çıxış edərək, övladının vaxtilə ancaq kağız kartonlardan çox məhdud imkanlarla əşyalar, fiqurlar düzəltdiyini deyib. O, övladının leqolarla işləməsinin onun üçün sanki bir yuxu kimi inanılmaz olduğunu bildirib və sevincini bölüşüb.

Azərbaycan Robototexnika Mühəndisliyi Akademiyasının əməkdaşı, “Voltran” layihəsinin baş təlimçisi Emin Bayramovun rəhbərliyi ilə şagirdlər robototexnika-lego yarışmaları keçiriblər. Sonra şagirdlər dron uçurdaraq, 3D qələm işləri və elektronika üzrə təqdimatlarla çıxış ediblər.

Şagirdlər, həmçinin qonaqlara 3D qələm vasitəsilə onların adlarını yazıb hədiyyə ediblər.

Qeyd edək ki, “Voltran Robototexnika üzrə yay məktəbi” layihəsi təhsildə inkişaf və innovasiyalar üzrə 3-cü qrant müsabiqəsinin qalibi olmuş layihələrdəndir. Layihənin icrasına 21 avqustdan başlanılıb, 6 məktəbdən 20 şagird seçilib. Onlar Astara şəhər 1, 2, 3 nömrəli tam orta, Qapıçıməhəllə ümumi orta, Kijəbə qəsəbə tam və Lovayın kənd tam orta məktəblərinin şagirdləridir.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR
Beyləqanda şagirdlərə robototexnika dərsləri keçiləcək.

Beyləqanda şagirdlərə robototexnika dərsləri keçiləcək.

12-11-2021
Qərb Universiteti regionda robototexnika təlimləri keçəcək

Qərb Universiteti regionda robototexnika təlimləri keçəcək

04-04-2018
Məktəblilər Robototexnika kurslarına cəlb olunur

Məktəblilər Robototexnika kurslarına cəlb olunur

04-09-2019
BANM tələbələri Microsoft sertifikatı  alıb

BANM tələbələri Microsoft sertifikatı alıb

19-04-2016
Dünya Robot Olimpiadasının finalçıları üçün düşərgə təşkil ediləcək

Dünya Robot Olimpiadasının finalçıları üçün düşərgə təşkil ediləcək

15-07-2019
Azərbaycan 1-ci Robototexnika yarışmasında təmsil olunub

Azərbaycan 1-ci Robototexnika yarışmasında təmsil olunub

31-10-2019
Videoçarx müsabiqəsinin təqdimat mərasimi olub

Videoçarx müsabiqəsinin təqdimat mərasimi olub

30-08-2018
Robototexnika üzrə III-cü Respublika Olimpiadasında iki həmyerlimiz gümüş medal qazanıb

Robototexnika üzrə III-cü Respublika Olimpiadasında iki həmyerlimiz gümüş medal qazanıb

07-06-2019
Paytaxt üzrə 69 layihə qalib olub

Paytaxt üzrə 69 layihə qalib olub

27-07-2022
Nazirlik  şəhid  hərbçilərin  övladlarını sevindirdi

Nazirlik şəhid hərbçilərin övladlarını sevindirdi

27-06-2019
“Robototexnika və Mühəndislik”  Təhsil Mərkəzi yaradılıb

“Robototexnika və Mühəndislik” Təhsil Mərkəzi yaradılıb

22-05-2015
Məktəblilər üçün robototexnika təlimləri başladı

Məktəblilər üçün robototexnika təlimləri başladı

20-04-2018
Robototexnika olimpiadasının qalibləri-Foto

Robototexnika olimpiadasının qalibləri-Foto

04-03-2018
STEAM təhsili və yaşıl robototexnika ilə bağlı tədbir keçirilib

STEAM təhsili və yaşıl robototexnika ilə bağlı tədbir keçirilib

22-09-2025
Gənclərin və Məktəblilərin Yay Mühəndislik Forumu keçirilib

Gənclərin və Məktəblilərin Yay Mühəndislik Forumu keçirilib

14-07-2018
Ölkəmiz ABŞ-də robototexnika yarışında təmsil olunacaq

Ölkəmiz ABŞ-də robototexnika yarışında təmsil olunacaq

06-04-2023
“Rəqəmsal gələcəyə addım” müsabiqəsi keçirilib

“Rəqəmsal gələcəyə addım” müsabiqəsi keçirilib

27-12-2023
Məktəblilərin robotları döyüşəcək – Bu şənbə

Məktəblilərin robotları döyüşəcək – Bu şənbə

28-02-2018
BMU-nun 4 komandası Dünya Robototexnika Çempionatının finalına vəsiqə qazanıb

BMU-nun 4 komandası Dünya Robototexnika Çempionatının finalına vəsiqə qazanıb

09-04-2025
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi maarifləndirici kampaniyaya başlayıb

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi maarifləndirici kampaniyaya başlayıb

15-11-2019
Beynəlxalq Robototexnika olimpiadasının qalibi azərbaycanlı oldu

Beynəlxalq Robototexnika olimpiadasının qalibi azərbaycanlı oldu

14-08-2015
Qərbi Kaspi Universitetində robotlar yarışıb

Qərbi Kaspi Universitetində robotlar yarışıb

26-05-2018
Naxçıvanlı şagirdlər VII Robot Olimpiadasında qalib olublar

Naxçıvanlı şagirdlər VII Robot Olimpiadasında qalib olublar

22-09-2024
Məktəblilər üçün robototexnika təlimləri – Ödənişsiz

Məktəblilər üçün robototexnika təlimləri – Ödənişsiz

12-04-2018





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə