Previous Next
Bağla

İnnovasiyalar üzrə müsabiqəyə qeydiyyat başa çatdı

28-03-2018 15:21
İnnovasiyalar üzrə müsabiqəyə qeydiyyat başa çatdı

Təhsil Nazirliyi tərəfindən elan olunan təhsildə inkişaf və innovasiyalar üzrə ikinci qrant müsabiqəsinə layihə təkliflərinin qəbulu başa çatıb.

Bu barədə Xeberler.az-a Nazirlikdən məlumat verilib.

Qeyd edək ki, fevralın 14-də dövlət ümumi təhsil müəssisələri və təşkilati-hüquqi formasından asılı olmayaraq bütün ümumi təhsil müəssisələrində çalışan pedaqoji işçilər üçün təhsildə inkişaf və innovasiyalar üzrə qrant müsabiqəsi elan edilib.

Müsabiqə çərçivəsində ümumi təhsil müəssisələri kateqoriyası və fərdi kateqoriya üzrə ümumilikdə 900-ə yaxın layihə təklifi qəbul edilib. Layihə təklifləri ilkin olaraq texniki ekspertizadan keçiriləcək. Müsabiqə meyarlarına və kriteriyalarına uyğun gələn təkliflər Ekspert Qrupu tərəfindən qiymətləndiriləcək. Təşkilat Komitəsi Ekspert Qrupunun rəyi əsasında dəstəklənməsi məqsədəuyğun sayılan layihə rəhbərlərinin adlarını cari ilin aprel ayının sonunda Təhsil Nazirliyinin veb saytı vasitəsi ilə elan edəcək.

Təhsildə inkişaf və innovasiyalar üzrə qrant müsabiqəsinin keçirilməsində başlıca məqsəd təhsil müəssisələrində və təhsilverənlərdə sağlam rəqabəti və innovativ fəaliyyəti stimullaşdırmaqdan ibarətdir. Müsabiqə müasir tələblər baxımından məktəbdaxili rəhbərlik və nəzarətin təkmilləşdirilməsi, pedaqoji işçilərin peşəkarlıq səviyyəsinin yüksəldilməsi, məktəb-icma (valideyn) münasibətlərinin təşəkkülü və inkişaf etdirilməsi, keyfiyyətin idarə olunmasında müasir qiymətləndirmə vasitələrinin tətbiq olunması, istedadlı uşaqlarla işin təşkili və ümumilikdə 9 mövzu üzrə keçirilib.

Xeberler.az

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Təhsildə innovativ layihələr tətbiq edilir

23-10-2017

32 innovativ layihənin icrası yekunlaşıb

27-12-2017

Təhsildə inkişaf və innovasiyalar üzrə III qrant müsabiqəsi başa çatır

29-03-2019

Təhsildə inkişaf və innovasiyalar üzrə III qrant müsabiqəsi elan edilib

11-03-2019

Təhsildə inkişaf və innovasiyalar üzrə X qrant müsabiqəsi elan edilib

18-03-2026

Təhsildə inkişaf və innovasiyalar üzrə III qrant müsabiqənin qalibləri açıqlanıb

04-07-2019

Təhsildə innovasiyalar üzrə qrant müsabiqəsinin qalibləri-Siyahı

29-09-2017

Təhsildə inkişaf və innovasiyalar üzrə IX qrant müsabiqəsinə sənəd qəbulu başlayır

03-03-2025

Paytaxt üzrə 69 layihə qalib olub

27-07-2022

Təhsildə innovasiyalarla bağlı qrant müsabiqəsi elan edilib

15-08-2017

Təhsildə inkişaf və innovasiyalar üzrə IX qrant müsabiqəsinin nəticələri açıqlanıb

16-09-2025

“Elektron təhsil” müsabiqəsi başa çatdı

10-11-2015

Videoçarx müsabiqəsinin təqdimat mərasimi olub

30-08-2018

Təhsildə İKT-nin tətbiqi üzrə I Bakı Forumu keçirilir

29-11-2018

Təhsildə İKT-nin tətbiqi üzrə mentorluq layihəsinə başlanıb

23-10-2015

“Elektron təhsil” müsabiqəsində 644 layihə mübarizə aparacaq

23-10-2017

“Elektron təhsil” müsabiqəsinin nominantları müəyyənləşdirilib

30-11-2015

Qrant layihəsinin təqdimatı keçirilib

30-08-2018

AlpLogo- məktəblilər üçün vəsiat layihəsinin icrasına başlanılıb

07-09-2019

Beyləqanda şagirdlərə robototexnika dərsləri keçiləcək.

12-11-2021

Texnologiya sahəsində əməkdaşlıq haqqında memorandum imzalanıb

20-11-2018

“Elektron təhsil” müsabiqəsinin qalibləri açıqlanacaq

22-12-2015

“Elektron Təhsil” müsabiqəsinin yekunları müzakirə olunub

21-12-2015

Direktorların işə qəbulu üzrə elektron qeydiyyatın vaxtı açıqlanıb

02-12-2024





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə