Previous Next
Bağla

AlpLogo- məktəblilər üçün vəsiat layihəsinin icrasına başlanılıb

07-09-2019 10:05
AlpLogo- məktəblilər üçün vəsiat layihəsinin icrasına başlanılıb

Cəmiyyətimizin informasiya cəmiyyətinə doğru sürətlə irəliləməsi və “2005- 2007-ci illərdə ümumtəhsil məktəblərinin informasiya-kommunikasiya texnologiyaları ilə təminatı” Dövlət Proqramının uğurla həyata keçirilməsi nəticəsində Azərbaycanın demək olar ki, bütün ümumtəhsil məktəbləri kompüterlə təhciz edilib və məktəblərdə informatika otaqları təşkil olunub.

Xeberler.az bildirir ki, İnformatika otaqları məktəbdə şagirdlərin informatika fənnini və digər İKT ilə keçirilən dərsləri aparmaq üçün nəzərdə tutulub. İnformatika dərsliklərində ALPLogo proqramlaşdırma mühitinə də toxunulmuşdur ki, bu proqramlaşdırma mühiti “İnformatika” dərsliyinin müəllifləri tərəfindən Azərbaycanda ilk dəfə olaraq yaradılıb və dərslik komplektinə əlavə edilib.

LOGO dili 5-7-ci sinif şagirdlərində yaradıcı təfəkkürünü və məsələ həll etmək bacarıqlarının inkişafına böyük köməklik göstərir. Artıq uzun illərdir ki, dünyanın bir çox ölkələrində LOGO dilində müxtəlif layihələr üzrə məktəblilər arasında müsabiqə və yarışlar keçirilir. ALPLogo proqramının ən mühüm xüsusiyyəti ondadır ki, bu proqramda Bağa üçün komandalar Azərbaycan, İngilis və Rus dillərində yığıla bilər. Sistem hər üç dili qəbul edir. Proqramı informatik.az saytında “Proqram təminatı” bölməsindən yükləmək olar.

Dərslik müəllifləri R.Mahmudzadə, İ.Sadıqov və N.İsayeva tərəfindən 2014-cü ildən başlayaraq ALPLogo proqramlaşdırma müsabiqəsi keçirilir. Həmin proqramlaşdırma haqqında əlavə tapşırıq və materialların dərslik və saytlardan əlavə vəsait olmaması yerlərdə ucqar kənd və internet istifadə etmək imkanı olmayan şagirdlər üçün çətinlik yaradır. Həmin problemi aradan qaldırmaq üçün Təhsil Nazirliyinin elan etdiyi Təhsildə inkişaf və innovasiyalar üzrə 3-cü qrant müsabiqə çərçivəsində fərdi kateqoriya üzrə qalib olmuş AlpLogo- məktəblilər üçün vəsiat layihəsinin icrası prosesinə avqust ayının əvvəlindən etibarən başlanılıb.

Layihənin əsas məqsədi şagirdlərdə ALPLogo proqramlaşdırma mühitinə maraq yaratmaq, AlpLogo dərslərinə dair vəsaitlər toplusu hazırlamaq və bu vəsaitlərdən istifadə edən Balakən rayon şagirdlərini müsabiqə mərhələsinə hazırlamaq, gələckdə rayondaxili müsabiqələrin keçirilməsini təşkil etmək, onlara bu sahədə bilik və bacarıq qazandırmaqdan ibarətdir. Vəsaitdə həmçinin həmin yaş qrupundan olan şagirdlərin hazırladıqları maraqlı kodlardan təşkil olunmuş fiqurlarada yer verilməsi nəzərdə tutulub. Layihənin icra müddəti 3 ay davam edəcək. Avqust ayının 2-dən layihənin icra prosesinə başlanılıb. İcra müddəti noyabr ayının 4-ü yekunlaşacaqdır.

 

Qeyd edək ki, Təhsil Nazirliyi tərəfindən elan olunan təhsildə inkişaf və innovasiyalar üzrə III qrant müsabiqəsin də Təşkilat komitəsi Ekspert Qrupunun rəyi əsasında ümum təhsil müəssisələri kateqoriyası üzrə 53, fərdi kateqoriya üzrə 115 layihənin dəstəklənməsini məqsədə uyğun sayılıb. Ümumilikdə 44 rayon və şəhər üzrə ümum təhsil müəssisəsi və müəllimlər qalib gəlib.

Əgər Təhsil Nazirliyi tərəfindən elan olunan təhsildə inkişaf və innovasiyalar üzrə III qrant müsabiqəsində fərdi kateqoriya üzrə qalib olmuş AlpLogo-məktəblilər üçün vəsait də sizində hazırladığınız işlərin olmasını istəyirsinizsə o zaman: AlpLogo proqramında hazırladığınız kodları ad, soyad, ata adı, sinif, yaşadığınız şəhər, təhsil aldığınız məktəbin adını və fənni tədris edən müəllimin ad və soyadını yazmaqla 01.10.2019-cu il tarixinədək aşağıdakı ünvana göndərə bilərsiniz.
[email protected]

Pərvin Hacıyeva

 

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR
Olimpiada qalibləri gələn həftə mükafatlandırılacaq

Olimpiada qalibləri gələn həftə mükafatlandırılacaq

05-05-2015
Olimpiada qalibləri mükafatlandırıldı - Fotolar

Olimpiada qalibləri mükafatlandırıldı - Fotolar

16-05-2015
Şagirdlər arasında proqramlaşdırma olimpiadası keçiriləcək

Şagirdlər arasında proqramlaşdırma olimpiadası keçiriləcək

08-05-2018
32 innovativ layihənin icrası yekunlaşıb

32 innovativ layihənin icrası yekunlaşıb

27-12-2017
Təhsildə innovativ layihələr tətbiq edilir

Təhsildə innovativ layihələr tətbiq edilir

23-10-2017
Təhsildə inkişaf və innovasiyalar üzrə III qrant müsabiqənin qalibləri açıqlanıb

Təhsildə inkişaf və innovasiyalar üzrə III qrant müsabiqənin qalibləri açıqlanıb

04-07-2019
Təhsildə innovasiyalar üzrə qrant müsabiqəsinin qalibləri-Siyahı

Təhsildə innovasiyalar üzrə qrant müsabiqəsinin qalibləri-Siyahı

29-09-2017
Təhsildə İKT-nin tətbiqi üzrə I Bakı Forumu keçirilir

Təhsildə İKT-nin tətbiqi üzrə I Bakı Forumu keçirilir

29-11-2018
Şagirdlər üçün “Elektron Təhsil” müsabiqəsi elan olunub

Şagirdlər üçün “Elektron Təhsil” müsabiqəsi elan olunub

08-10-2015
Videoçarx müsabiqəsinin təqdimat mərasimi olub

Videoçarx müsabiqəsinin təqdimat mərasimi olub

30-08-2018
İnnovasiyalar üzrə müsabiqəyə qeydiyyat başa çatdı

İnnovasiyalar üzrə müsabiqəyə qeydiyyat başa çatdı

28-03-2018
Təhsildə inkişaf və innovasiyalar üzrə III qrant müsabiqəsi elan edilib

Təhsildə inkişaf və innovasiyalar üzrə III qrant müsabiqəsi elan edilib

11-03-2019
Azercell məktəblilər arasında proqramlaşdırma üzrə müsabiqəyə start verib!

Azercell məktəblilər arasında proqramlaşdırma üzrə müsabiqəyə start verib!

10-06-2021
“Azercell CUP 2022”-nin qalibləri müəyyən oldu!

“Azercell CUP 2022”-nin qalibləri müəyyən oldu!

23-12-2022
Təhsildə inkişaf və innovasiyalar üzrə III qrant müsabiqəsi başa çatır

Təhsildə inkişaf və innovasiyalar üzrə III qrant müsabiqəsi başa çatır

29-03-2019
Paytaxt üzrə 69 layihə qalib olub

Paytaxt üzrə 69 layihə qalib olub

27-07-2022
"AZERCELL CUP 2025" müsabiqəsinə qeydiyyat davam edir

"AZERCELL CUP 2025" müsabiqəsinə qeydiyyat davam edir

25-03-2025
Beyləqanda şagirdlərə robototexnika dərsləri keçiləcək.

Beyləqanda şagirdlərə robototexnika dərsləri keçiləcək.

12-11-2021
ALPLogo-2019 proqramlaşdırma olimpiadasının qalibi ilə müsahibə

ALPLogo-2019 proqramlaşdırma olimpiadasının qalibi ilə müsahibə

15-08-2019
Azercell-in dəstəyi ilə "Bahar Düşərgəsi" təşkil olunub

Azercell-in dəstəyi ilə "Bahar Düşərgəsi" təşkil olunub

09-04-2025
Azercell-in dəstəklədiyi gənclərdən beynəlxalq səviyyədə növbəti uğur!

Azercell-in dəstəklədiyi gənclərdən beynəlxalq səviyyədə növbəti uğur!

22-10-2025
STEM yeni konfrans keçirəcək

STEM yeni konfrans keçirəcək

14-06-2018
Azərbaycan məktəbliləri beynəlxalq fənn olimpiadasında medal qazandılar!

Azərbaycan məktəbliləri beynəlxalq fənn olimpiadasında medal qazandılar!

05-07-2024
“Azercell Cup 2025” müsabiqəsinin ilk seçim mərhələsi uğurla yekunlaşdı

“Azercell Cup 2025” müsabiqəsinin ilk seçim mərhələsi uğurla yekunlaşdı

25-04-2025





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə