Votsap istifadəçiləri qrup söhbətlərini gizli tərk edə biləcəklər

18-05-2022 / 08:33

Ani mesajlaşma və mübadilə sistemi votsapın (“WhatsApp”) tərtibatçıları qrup çatlarından çıxışla bağlı dəyişiklik edəcəklər.

Xeberler.az məlumat verir ki, bu barədə "WABetaInfo" portalı məlumat yayıb.Belə ki, fərdi kompüterlər üçün messencerin beta versiyasının istifadəçiləri indi qrup çatlarını səssizcə tərk etmək imkanına malikdirlər. İstifadəçinin qrupu tərk etməsi barədə bildirişi yalnız administratorlar alacaq.

Hazırda qrupdan çıxışı bütün istifadəçilər görə bilir. Hələlik bu funksiya yalnız kompüterlər üçün messencerin beta versiyasında mövcuddur, lakin gələcəkdə o, Android və iOS cihazları üçün Votsap test versiyasına əlavə olunacaq.


ŞƏRHLƏR






sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.