Previous Next
Bağla

“WhatsApp”dan qalmaqallı qərarla bağlı - Açıqlama

11-01-2021 14:27
“WhatsApp”dan qalmaqallı qərarla bağlı - Açıqlama

Dünyanın ən populyar mobil mesajlaşma xidmətlərindən biri olan votsapın istifadəçilərinin məlumatları artıq “Facebook”la paylaşılacaq.

Xeberler.az bildirir ki, bununla bağlı müvafiq tələb votsap  tətbiqində yayımlanan yenilənmiş istifadəçi müqaviləsində bildirilib.

Müqavilədə bildirilir ki, “Facebook” korporasiyasının bir hissəsi olan votsap bundan sonra istifadəçi məlumatlarını “Facebook”a məxsus digər tətbiqlərlə paylaşacaq. Bunun istifadəçilərin vərdişlərini və zövqlərini analiz etmək məqsədilə edildiyi bildirilib.

Bu xəbərdən sonra Pavel Durov votsap istifadəçilərinin qurucusu olduğu “Telegram” messencerinə kütləvi axın etdiyini bildirib.

Bununla mesajlaşma xidməti istifadəçilərə ən uyğun məzmunu və özəlləşdirilmiş xidmətləri təqdim edəcək. votsapın toplamaq niyyətində olduğu məlumatlar arasında coğrafi yerləşmə və “Facebook”a məxsus proqramların quraşdırılması və silinməsi barədə məlumatlar yer alır.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan da gizlilik siyasətindəki dəyişiklik səbəbindən votsap messencerindən imtina edib. Bu barədə Türkiyə liderinin mətbuat xidməti məlumat yayıb.

Təhlükəsizlik məsələləri səbəbindən Türkiyə Prezident Administrasiyasının əvvəllər votsapda yaradılan qruplarını “Turkcell” şirkətinə məxsus BiP mesajlaşma tətbiqetməsinə köçürəcəyi bildirilib. Ərdoğanın ofisi də açıqlamasında jurnalistləri BiP-yə keçməyə çağırıb.

Yenilənmiş “Məxfilik Siyasəti” ilə əlaqəli çoxsaylı tənqidlərə tuş gələn votsap açıqlama verərək məsələyə aydınlıq gətirib.

Votsapın insanların tətbiqetmə üzərində alış-veriş etməsini və müəssisələrdən dəstək almasını asanlaşdırmaq istədiyi bildirilən açıqlamada aşağıdakılar qeyd edilib:

“Şəffaflığı daha da artırmaq və müəssisələrin votsap üzərindən müştəriləri ilə ünsiyyət qurmasına kömək etmək üçün gizlilik siyasətimizi yeniləyirik. Bu, müəssisələrin ana şirkətimiz “Facebook” vasitəsilə təhlükəsiz hosting alma imkanı qazanmasına imkan verəcək. Bu yeniləmə “WhatsApp”ın “Facebook” ilə məlumat paylaşımını dəyişdirmir. İndi istifadəçilərimizlə növbəti ay ərzində nəzərdən keçirmək üçün yeni siyasətimizi “WhatsApp” vasitəsilə paylaşırıq. “WhatsApp”da dostlarınız və ailənizlə etdiyiniz söhbətlər və mesajlar ikitərəfli şifrələmə ilə qorunur. İkitərəfli şifrələmə, səs qeydinin, video və ya mesajın yalnız siz və söhbət etdiyiniz şəxs tərəfindən oxunduğunu, dinlənildiyini təmin edir. Üçüncü şəxslər, hətta “WhatsApp” və ya “Facebook” belə bu məzmunu görə bilməzlər”.

Qeyd edək ki, bu “WhatsApp” “Facebook”a fərdi məlumatların göndərilməsi barədə istifadəçiləri ilk dəfə xəbərdar etmir. 2016-cı ildə oxşar addım spamla mübarizə tədbirlərinin gücləndirilməsi məqsədilə atılmışdı.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Votsap istifadəçiləri qrup söhbətlərini gizli tərk edə biləcəklər

18-05-2022

Votsapda göndərilmiş mesajları redaktə etmək olacaq

03-06-2022

WhatsApp: İstifadəçilərin mesajlarını messencer və “Facebook” görmür

12-01-2021

​​​​​​​“WhatsApp” qalmaqala görə yeni qərarının icrasını təxirə saldı

16-01-2021

Avropa Birliyindən WhatsApp-a xəbərdarlıq-Səbəb

29-10-2016

İqtisadiyyat Nazirliyi: Whatsappın yeni istifadə qaydaları qanunu pozmur

23-06-2021

WhatsApp, Facebook və Instagram birləşir?

08-01-2018

Şirkətlər WhatsApp ilə müştərilərinə mesaj göndərməyə başlayır

25-08-2016

WhatsApp məlumatlarının Facebook-a göndərilməsinin qarşısını necə alaq?

26-08-2016

WhatsApp Facebook-la hansı məlumatları paylaşır?-Rəsmi

12-04-2018

İngiltərədən mesajlaşma proqramlarına qadağa

14-07-2015

WhatsApp-a bu paylaşımlarla bağlı qadağa qoyuldu

16-03-2018

Türkiyənin tənzimləyici qurumu "Facebook" və "WhatsApp"a qarşı araşdırmalara başlayıb

11-01-2021

Whatsapp və Facebook bir platforma altında fəaliyyət göstərəcək

10-02-2015

WhatsApp istifadəçilərinin sayı 1 milyardı keçdi

02-02-2016

Facebook-da Whatsapp-a keçid olacaq

08-04-2015

Durov "WhatsApp"ın təhlükəsiz olmadığını deyib

27-01-2026

Şirkətlər müştəriləri ilə WhatsApp üzərindən necə əlaqə yaradacaq?

02-05-2016

Facebook Messenger-ə “Gizli danışmaq” özəlliyi əlavə edildi

12-07-2016

Whatsapp yeni gizlilik siyasətinin detallarını açıqlayıb

22-02-2021

WhatsApp məlumatlarınızı bu platformada gizlədin

21-04-2015

Facebook 120 milyon dollar cərimə ödəyəcək

18-05-2017

Whatsapp istifadəçilərinin sayı 800 milyonu ötdü

20-04-2015

Votsapda statuslara emojilər ilə reaksiya bildirmək olacaq

07-05-2022





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə