WhatsApp mesajlaşma tətbiqi 2009-cu ildə Yahoo-nun keçmiş əməkdaşları Brain Acton və Jan Koum tərəfindən yaradılıb. 2009-cu ilin noyabr ayında ilk dəfə WhatsApp iPhone istifadəçiləri üçün təqdim olunub. İki ay sonra isə WhatsApp-ın Blackberry versiyası hazırlanıb.
2010-cu ildə Android istifadəçiləri tərəfindən istifadə olunur. 6 ildir fəaliyyət göstərən WhatsApp–da bu günə kimi bir çox dəyişikliklər olub.
Xeberler.az bu illər ərzində WhatsApp–da olan dəyişiklikləri araşdırıb.
WhatsApp yarananda ilkin versiyasında sadəcə yazı göndərmək mümkün idi. 2009-cu ilin dekabr ayında isə WhatsApp-a şəkil göndərmək funksiyası əlavə olundu.
2011-ci ildə tətbiq App Store-da ən populyar 20 tətbiq arasında yer alırdı. Hazırki versiyadan fərqi isə "göndərildi" işarəsinin mətnin sonunda yox, əvvəlində olması idi.
2012-ci ildə WhatsApp-da texniki problemlər olduğuna görə, bu tətbiq iOS və Windows Phone smartfonlarda silindi. Whatsapp 4 gün sonra App Store-da yenidən istifadəyə verilsə də, lakin Windows Phone-lar üçün 2014-cü ildə aktivləşdi.
2013-cü ildə WhatsApp-ın artıq 400 milyon istifadəçisi var idi. Bu isə digər mesajlaşma tətbiqlərinə görə daha çox WhatsApp-ın istifadə edilməsini sübut edirdi. Bu versiyada işlədilən emosiyalar hazırda göndərdiyimiz emosiyalardan fərqli idi.
2014-cü ildə Facebook WhatsApp-ı 19 milyard dollara aldı. Bundan sonra WhatsApp-da bir sıra dəyişikliklər edildi. Belə ki, göndərilən mesajların oxunub oxunmaması haqqında işarələr əlavə olundu.
Yeni funksiyaların köməyi ilə artıq hesabınızdakı informasiyaların gizliliyini artıq özünüz tənzimləyə bilirsiniz. Whatsapp Web isə həmin ilin sonunda təqdim olundu.
2015-ci ildə WhatsApp-a söhbətləri səssizə almaq, hər istifadəçiyə uyğun musiqi qoymaq kimi funksiyalar əlavə olundu. Həmçinin Whatsapp Web iOS istifadəçiləri üçün təqdim olundu.
Sevinc Əsədova
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri