World of Warcraft üçün maus və klaviatura

13-10-2008 / 17:54
SteelSeries şirkəti yaxın zamanda World of Warcraft (WoW)oyun həvəskarlarını xüsusilə hazırlanmış dəstlə sevindirəcək. Maus və klaviaturadan ibarət duet gələn ay mağazalarda satışa çıxarılacaq.
WoW Mausu 15 proqramlaşdırılmış düymə və 130 əvvəlcədən müəyyənləşmiş makro komandaya malikdir. Bundan başqa, istifadəçi 3 səviyyəli intensivliyə və pulsasiyaya malik 16 milyon çalardan lazerin rəngini seçə bilər. Wrath of the Lich King Zboard klaviaturasına gəlincə isə, burada 2 USB port var və 7 düyməni eyni zamanda basmağa imkan verən anti-ghosting funksiyası ilə işləyir.
Məhdud sayla buraxılacaq Lich King Zboard klaviaturasının qiyməti 65 avro təşkil edəcək, WoW mausu isə 90 avroya satılacaq.

ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə