Previous Next
Bağla

www.azerp.az portalının təqdimatı olub

10-12-2019 14:15
www.azerp.az portalının təqdimatı olub

Azərbaycan Respublikası İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi (İİTKM) www.azerp.az portalının təqdimatına həsr olunan “WWW.AZERP.AZ: MÜƏSSİSƏ RESURSLARININ PLANLAŞDIRILMASINA DƏSTƏK” mövzusunda tədbir keçirib. Portal iqtisadiyyatın rəqəmsallaşması və sahibkarlara əlavə imkanların yaradılması istiqamətində yeni bir layihədir.

Xeberler.az bildirir ki, tədbirin açılışında İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru, iqtisad elmləri doktoru Vüsal Qasımlı bildirib ki, Azərbaycanda rəqəmsal transformasiya hakimiyyətin qolları, maliyyə-bank sektoru və iri müəssisələrdə daha sürətlə gedir: “Kiçik və orta biznesin real vaxt rejimində resurslarının planlaşdırılması üçün www.azerp.az portalı yeni imkanlar təqdim edir.

Sahibkarlar ERP proqram təminatından istifadə etməklə marketinq, müştəri əlaqələri, layihə idarəetməsi, insan resursları, mühasibat, anbar təsərrüfatı, satınalmalar, istehsalat kimi fəaliyyətləri vahid bir sistem vasitəsilə idarə edəcəklər. Beləliklə, ERP-nin tətbiqi ilə müəssisələrimiz idarəetmənin səmərəliliyini artıracaq, resurslara qənaət edəcək, kibertəhlükəsizliyi gücləndirəcək və ən əsası daha rəqabətqabiliyyətli olacaqlar. İİTKM-in digər layihələri – Azexport.az, Enterpriseazerbaijan.com, “Bir Pəncərə” İxraca Dəstək Mərkəzi və Rəqəmsal Ticarət Qovşağı birlikdə www.azerp.az portalı ilə bir ekosistem şəklində sahibkarlığın inkişafına dəstək verəcəklər. Eyni zamanda İİTKM digər dövlət qurumları, innovativ şirkətlər və beynəlxalq təşkilatlarla əməkdaşlıq edərək kiçik və orta biznesin rəqəmsal transformasiyasını dəstəkləyəcəkdir. Bu yolla müəssisə səviyyəsində strategiya və texnologiyaların uğurlu vəhdətini vermək mümkündür.”

Təqdimat zamanı Azexport portalının rəhbəri Zaur Qardaşov dünyada bu sahədə mövcud trendlərdən, eləcə də geniş istifadə edilən proqram təminatlarından - ERP və CRM sistemlərinin sahibkarlara və dövlətə verdiyi üstünlüklərdən və AzERP sisteminin iş prinsipi və funksional modulları haqqında tədbir iştirakçılarına geniş məlumat verib. O bildirib ki, məhz bu platformanın istifadəsi və geniş tətbiqi perspektivdə Azərbaycanın transsərhəd ticarət və xidmət əməliyyatlarının onlayn həyata keçirilməsini və qlobal ERP istifadəçiləri şəbəkəsinə qoşulmasını daha asan edəcək.

Daha sonra İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi ilə birlikdə innovativ layihələrin həyata keçirilməsində fərqlənən qurum və şəxslər mükafatlarla təltif olunub.

Qeyd edək ki, www.azerp.az portalı dünyada getdikcə populyarlaşan açıq kodlu OpenERP sistemi əsasında qurulub. OpenERP 2000 mindən artıq professional proqramçı tərəfindən dəstəklənir və hazırda 2 mln. istifadəçisi var. AzERP web üzərindən işləyir və heç bir əlavə proqram təminatının qurulmasına ehtiyac yoxdur. Layihənin məqsədi Cloud SaaS servisi vasitəsilə sistemi Azərbaycan istifadəçiləri üçün lokallaşdırmaq, milli qanunvericiliyə uyğunlaşdırmaqla daha əlçatan etməkdir.

Portal müəssisə resurslarının planlaşdırılmasına dəstək verməklə aşağıdakı funksionallıqlara malikdir: Mühasibat uçotu, HR menecmenti, istehsalın idarə edilməsi, multi kanal satışlar, satınalmalar, e-commerce, anbar idarəetmə, layihə idarəedilməsi, nəqliyyat parkının idarə edilməsi və CRM. www.azerp.az portal təmənnasız xidmət göstərməklə onların xərclərini qənaət etməyə və səmərəliliyi artırmağa imkan yaradacaqdır. Portal Azərbaycan sahibkarlarına mütəmadi təlimlər təşkil edəcək.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

İsveçrənin Əməkdaşlıq İdarəsinin regional direktoru İİTKM-də olub

16-03-2021

Azerp.az portalı pandemiyanın fəsadlarına qarşı sahibkarlara dəstəkdir

27-04-2020

Vüsal Qasımlının Startup Fest 2019-un rəsmi açılış mərasimində iştirak edib

25-11-2019

İİTKM BP ilə anlaşma memorandumu imzaladı

15-10-2018

Vüsal Qasımlı USAİD nümayəndə heyətini qəbul edib

29-11-2018

Beynəlxalq Ticarət Mərkəzi Azexport.az-a dəstək verəcək

07-11-2017

Rəqəmsal Ticarət Qovşağı təqdim edilib-Foto

30-06-2017

Rəqəmsal Ticarət Qovşağı Brüsseldə təqdim olundu

18-05-2017

Azexport regional e-ticarət platformasına qoşuldu

01-06-2017

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi 5 illik yubileyini qeyd edir

20-04-2021

Ötən il “Azexport” portalı ixracatçılara 61 ədəd sərbəst satış sertifikatı təqdim edib

22-01-2025

Monitoring.az portalı fəaliyyətə başlayıb

06-12-2019

Azexport.az Bakutel sərgisində təmsil olunur

03-12-2019

Azexport.az 469,9 milyon ABŞ dolları dəyərində ixrac sifarişi alıb

16-01-2023

İİTKM-in rəhbəri Creative Spark layihəsinin konfransında iştirak edib

04-09-2019

İİTKM “İnternational Business Magazine Awards 2025”in qalibi olub

17-07-2025

Azexport.az Dövlət İdarəçilik Akademiyasında e-ticarət təlimi keçirib

23-02-2019

Azexport-dan sahibkarlar üçün yeni xidmət

02-11-2017

Monitoring.az portalının təqdimatı keçirilib

25-10-2019

Vüsal Qasımlı Azərbaycan portalını Silikon vadisində təqdim edib

28-09-2018

İİTKM-də informasiya texnologiyaları şirkətlərinin rəhbərləri ilə görüş keçirilib

15-03-2021

Enterpriseazerbaijan.com portalının təqdimetmə mərasimi keçirilib

02-10-2018

Blokçeyn texnologiyaların tətbiqi müzakirə edilib

19-05-2018

Azexport portalının dəstəyi ilə ixrac coğrafiyası genişlənir

22-11-2019





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə