Previous Next
Bağla
REKLAM YERİ

Vüsal Qasımlının Startup Fest 2019-un rəsmi açılış mərasimində iştirak edib

25-11-2019 18:27
Vüsal Qasımlının Startup Fest 2019-un rəsmi açılış mərasimində iştirak edib

Xeberler.az bildirir ki, dövlət informasiya sistemlərinin və ehtiyatlarının formalaşdırılması, saxlanılması, aparılması və inteqrasiyasının effektiv təşkili yolu ilə dövlət idarəçiliyində səmərəliliyin artırılması və rəqəmsal ekosistemin yaradılması üçün Prezident İlham Əliyevin tapşırığı əsasında “Hökumət buludu” (G-cloud) yaradılıb. Azərbaycanda “Əhalisinin Dövlət Reyestri”, “Torpaq kadastrı”, “Daşınmaz əmlakın vahid dövlət kadastrı”, “Dövlət su kadastrı”, “Ünvan reyestri”, “Vahid miqrasiya məlumat sistemi”, “Hüquqi şəxslərin dövlət reyestri”, “Qeyri-kommersiya hüquqi şəxslərinin dövlət qeydiyyatı”, “Normativ hüquqi aktların reyestri”, “Mərkəzləşdirilmiş kredit reyestri”, “Dövlət xidmətlərinin elektron reyestri”, Azexport.az kimi elektron informasiya resursları mövcuddur. Elektron imza sertifikatları yeni nəsil şəxsiyyət vəsiqələrində tətbiq edilməklə rəqəmsal transformasiya imkanlarını artırır. “Bulud” texnologiyasının dövlət və özəl sektorda tətbiqi məqsədilə data mərkəzlərinin infrastrukturu gücləndirilir, TIER III səviyyəli dövlətin Data Mərkəzi ilə yanaşı, həm də digər data mərkəzləri yaradılır. Dünyada rəqəmsal transformasiyadan sonra kvant transformasiyasına keçid olacaq. Azərbaycanın bu çağırışa da cavab verməsi şərtdir.

Elektron hökumətlə yanaşı, elektron məhkəmə, habelə www.monitoring.az portalı vasitəsilə montorinq və qiymətləndirmə sistemi və www.azranking.az portalı üzərindən islahatların generasiyası da rəqəmsallaşıb. Strateji yol xəritələrinin tələbinə uyğun olaraq bank sektorunda rəqəmsal transformasiya üzrə tədbirlər planı qəbul edilmişdir. Hazırda kiçik və orta biznesin rəqəmsal keçidinə dəstək vermək üçün İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi tərəfindən yaradılan rəqəmsal platforma CRM-ERP sistemi əsasında qurulub ki, onun da funksionallığına aşağıdakılar daxildir: Mühasibat uçotu, HR menecmenti, istehsalın idarə edilməsi, multi kanal satışlar, satınalmalar, CRM və s. www.enterpriseazerbaijan.com portalı ilk dəfə olaraq kickstarter vasitəsilə Azərbaycan startaplarına xarici bazarlardan sərmayə cəlbini həyata keçirir.Süni intellekt, Big Data, sabit genişzolaqlı biznes, sabit mobil konvergensiya, bulud texnologiyaları, mobil maliyyə xidmətləri, əşyaların interneti, innovativ multifunksional televiziya, maşınlararası əlaqə, maliyyə texnologiyaları kimi yeni texnologiyalar sürətlə həyatımıza daxil olur. Həm dövlət, həm də biznes bu çağırışlara cavab verməlidir. Biz Azərbaycanda startap inkişafını ya regional, ya da ki, sub-sektorlar əsasında təmin etməliyik. Azərbaycan Rəqəmsal Ticarət Qovşağı konsorsiumu çərçivəsində ölkəmizin İpək Yolu boyunca “rəqəmsal transformasiya”ya dəstək verməsi təmin edilir. Bu istiqamətdə infrastruktur (IaaS), platforma (PaaS), tətbiqi proqram (SaaS) modelləri əsasında İpək Yolunun rəqəmsallaşmasına Azərbaycan öz töhfəsini verəcək.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

"Dövlət Xidmətlərinin Elektron Reyestri" haqqında Əsasnamə" təsdiqlənib

06-05-2026

www.azerp.az portalının təqdimatı olub

10-12-2019

Elektron Hökumət İnformasiya Sisteminin Əsasnaməsi təsdiqlənib

18-08-2025

Elm və təhsildə data idarəçiliyi tətbiq ediləcək

27-02-2026

Daşınmaz Əmlakın Elektron Reyestri və Kadastr sistemi yaradılacaq

29-01-2026

Elektron hökumət sahəsində səlahiyyətlər yenidən bu nazirliyə qaytarıldı

24-11-2022

Elektron informasiya sistemləri üzrə İşçi Qrupun iclası keçirilib

09-01-2026

Azərbaycanda Hökumət Buludu yaradılır

04-06-2019

Bakıda rəqəmsal ticarət konfransı keçiriləcək

17-10-2017

“Hökumət buludu”nun arxitekturası işlənib-hazırlanıb

14-01-2022

Azərbaycanda küçə və prospektlərin kodlaşdırılmasına başlanılıb

29-09-2015

“Şübhəli əməliyyatların monitorinqi” informasiya sistemi yaradılır

11-07-2025

“e-mühasibat” informasiya sistemi haqqında əsasnamə təsdiq ediləcək

19-04-2025

Azərbaycanda ünvan tapmaq asanlaşır

13-06-2016

Xarici ticarətlə bağlı "Bir pəncərə" informasiya sistemi yaradır

15-12-2025

Azərbaycanda Turizm Reyestri istifadəyə verilib

05-05-2023

EHİM-in layihələri 40 milyon AZN-dən çox dövlət vəsaitinə qənaət edib

11-01-2022

Azərbaycanda kağız daşıyıcılardan imtina olunacaq

16-01-2025

Monitoring.az portalı fəaliyyətə başlayıb

06-12-2019

“Ərzaq təminatı xəritəsi” informasiya sistemi yaradılıb

25-11-2025

ÜRİS qurumlarla informasiya mübadiləsinə hazırdır

23-04-2016

"Rəqəmsal dövlət maliyyəsi” informasiya sisteminin Əsasnaməsi təsdiqlənib

26-01-2026

Rəqəmsal Ticarət Qovşağı üçüncü beynəlxalq forumu keçiriləcək

24-09-2019

"eGov" infrastrukturunun təhvil-təslimi başa çatıb

27-01-2023





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə