Previous Next
Bağla

Azerp.az portalı pandemiyanın fəsadlarına qarşı sahibkarlara dəstəkdir

27-04-2020 15:15
Azerp.az portalı pandemiyanın fəsadlarına qarşı sahibkarlara dəstəkdir

Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən hər il aprel ayının 25-i “Sahibkarlar Günü” kimi qeyd edilir. Sahibkarlar Günü” ölkənin iqtisadiyyatında sahibkarların artan rolunu, məşğulluğun təmin olunmasında sahibkarlığın inkişafının müstəsna əhəmiyyətini nəzərə alaraq, cəmiyyətdə sahibkarlığa dəstək əhval-ruhiyyəsinin artırılmasına təkan vermək məqsədi ilə təsis edilib.

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin Azexport.az portalının meneceri Ayxan Qədəşov Azerp.az portalının sahibkarlar üçün yaratdığı imkanlara dair sualları cavablandırıb.

- Pandemiya dövründən əvvəl “ERP” sistemlərinin başlıca rolu nədən ibarət idi?

Müasir dövrdə müəssisə və ya təşkilatların uğuru fiziki olaraq baş verən hadisələrin rəqəmlərlə ifadə olunma nisbəti ilə düz mütənasibdir. Bu səbəbdən də rəqəmsal həll yollarının əksəri buna istiqamətlənib. Elə bu məqsədlə geniş istifadə olunan “ERP”sistemlərinin köməyi ilə fiziki olaraq baş verən hadisələr “BigData”- ya çevrilir. Bu isə, məlumatların daha çevik və dəqiq təhlil olunaraq gələcək inkişaf istiqamətlərinin düzgün müəyyənləşdirilməsində mühim rol oynayır. Müəssisələrin sadalanan imkanlardan istifadə etməsi üçün 2019-cu ilin dekabr ayında İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi tərəfindən Azerp.az portalı istifadəyə verilib. Portal açıq kodlu “OpenERP” sistemi əsasında qurulub. İki milyondan artıq istifadəçisi olan "OpenERP” sistemi 2000 artıq professional proqramçı tərəfindən xidmət olunur.

- Pandemiyanın fonunda yaranan böhranda Azerp.az portalı sahibkarlara hansı imkanlar təqdim edir?

Hesab edirəm ki, Azerp.az portalı pandemiyanın fəsadlarına qarşı müəssisələrin  immunostimulyatorlarından biridir. Hazırda yeni növ koronovirus infeksiyasının yayılmasının qarşısının alınması məqsədi ilə əksər müəssisə və təşkilatlar iş fəaliyyətini onlayn qaydada həyata keçirməyə məcburdur. Belə olduqda işçilər arasında məlumat mübadiləsi ləngiyir və nəticədə ümumi iş axının zəifləməsi prosesi başlayır. Azerp.az portalının imkanları sayəsində şöbələr və işçilər arasında məlumat mübadiləsinin təkminləşdirilməsi və daha operativ idarəolunması mümkündür. Hazırda portal müəssisə resurslarının planlaşdırılmasına dəstək verməklə aşağıdakı funksionallıqlara malikdir: Mühasibat uçotu, HR menecmenti, istehsalın idarə edilməsi, multi kanal satışlar, satınalmalar, e-commerce, anbar idarəetmə, layihə idarəedilməsi, nəqliyyat parkının idarə edilməsi və CRM.

- Azerp.az portalından hansı sahədə fəaliyyət göstərən müəssisələr faydalana bilər?

Pandemiya dövrünün başlaması ilə ilk olaraq “ERP” sistemlərinə informasiya kommunikasiya texnologiyaları sahəsində fəaliyyət göstərən şirkətlər daha sürətlə inteqrasiya olundu. Növbəti mərhələdə istehsal, satış, inşaat və qida sənayesi sahələrində də geniş tətbiq olunmağa başlandı. Artıq dövlət qurumları və onların tərkibində fəaliyyət göstərən müəssisələr də “ERP” sistemlərindən istifadəyə istiqamətlənib. Pandemiya ilə yanaşı buna həm də dövlət qurumlarının fəaliyyətini nəzarətdən xidmətə doğru dəyişməsi ilə əlaqələndirmək olar. Göründüyü kimi hazırda Azerp.az portalının imkanlarından bütün sahələr üzrə fəaliyyət göstərən müəssisələr yararlana bilər.

- Pandemiyadan sonra Azerp.az portalına olan maraq necə dəyişəcək?

Məlumdur ki, “ERP” sistemləri pandemiyadan əvvəl də geniş istifadə olunurdu. Mövcud məsafədən idarəetmə məcburiyyəti isə, bu sistemlərin biznes sahələrinə daha sürətlə inteqrasiya olunması ilə nəticələndi. Düşünürəm ki, “ERP” sistemlərindən istifadəyə keçməklə post pandemiya dövrü üçün müəssisələr hiperimmunizasiya prosesinə start verdi. Belə ki, müasir rəqəmsal həll yolları pandemiya dövründə müəssisələrin məsafədən idarə olunması ilə yanaşı, iş fəaliyyətinin daha məhsuldar qurulmasına və məlumatların məxfiliyinin qorunmasına da istiqamətlənib.

- Azerp.az portalında daha çox hansı xidmətlərə maraq göstərilir.

Hazırda portalda 50-dək müxtəlif sahələri əhatə edən modullar mövcuddur. Ən çox maraq göstərilən imkanlardan biri də “CRM” (Müştəri Əlaqələrinin İdarəolunması) moduludur. “CRM” - müəssisə və müştəri əlaqələrinin düzgün qurulması imkanını təqdim edir. Bu modulun köməyi ilə müəssisə və müştəri arasında baş verən əməliyyatların qeydləri aparılır. Bura tərəflər arasında aparılan telefon danışıqları, yazışmalar, icra olunan və gözləmədə olan sifarişlər, müqavilələr, qaimələr və sair bu kimi məlumatlar daxildir. Məlumatların vahid mərkəzdə toplanması həm də gələcəkdə həmin vəzifəyə yeni menecerin təyin olunması ilə əlaqələrin yenidən qurulması zürriyyətini aradan qaldırır.

Qeyd edim ki, Azerp.az portalı “CloudSaas” bulud texnologiyası ilə çalışır. İstifadəçi dünyanın istənilən nöqtəsindən yalnız “webbrowser” dən istifadə etməklə tələb olunan bütün məlumatları əldə edə və ya yenilərini daxil edə bilər.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR
www.azerp.az portalının təqdimatı olub

www.azerp.az portalının təqdimatı olub

10-12-2019
İsveçrənin Əməkdaşlıq İdarəsinin regional direktoru İİTKM-də olub

İsveçrənin Əməkdaşlıq İdarəsinin regional direktoru İİTKM-də olub

16-03-2021
Azexport yeni satış texnologiyaları istifadə edir

Azexport yeni satış texnologiyaları istifadə edir

07-07-2020
“Azexport.az” portalı Türkiyənin rəqəmsal ticarət platforması ilə əməkdaşlığa başlayır

“Azexport.az” portalı Türkiyənin rəqəmsal ticarət platforması ilə əməkdaşlığa başlayır

19-11-2021
Azexport.az Dövlət İdarəçilik Akademiyasında e-ticarət təlimi keçirib

Azexport.az Dövlət İdarəçilik Akademiyasında e-ticarət təlimi keçirib

23-02-2019
AzerGold QSC fəaliyyətini elektronlaşdırır

AzerGold QSC fəaliyyətini elektronlaşdırır

17-07-2018
Azexport.az Bakutel sərgisində təmsil olunur

Azexport.az Bakutel sərgisində təmsil olunur

03-12-2019
Vüsal Qasımlının Startup Fest 2019-un rəsmi açılış mərasimində iştirak edib

Vüsal Qasımlının Startup Fest 2019-un rəsmi açılış mərasimində iştirak edib

25-11-2019
Azexport.az vətəndaşları e-ticarətdən istifadəyə dəvət edir

Azexport.az vətəndaşları e-ticarətdən istifadəyə dəvət edir

06-04-2020
“Azexport” və “Alibaba” tərəfdaşlığı yeni mərhələyə daxil olur

“Azexport” və “Alibaba” tərəfdaşlığı yeni mərhələyə daxil olur

23-04-2025
 Sahibkarlar Günü təsis edildi -Sərəncam

Sahibkarlar Günü təsis edildi -Sərəncam

21-04-2016
“Azexport.az” portalı və “Azərpoçt” MMC əməkdaşlığı genişləndirir

“Azexport.az” portalı və “Azərpoçt” MMC əməkdaşlığı genişləndirir

05-04-2021
Azexport portalının xüsusi buraxılışı nəşr olundu

Azexport portalının xüsusi buraxılışı nəşr olundu

23-01-2019
Azexport portalının dəstəyi ilə ixrac coğrafiyası genişlənir

Azexport portalının dəstəyi ilə ixrac coğrafiyası genişlənir

22-11-2019
BMT-nin hesabatı: Azexport və Rəqəmsal Ticarət Qovşağı ən yaxşı təcrübədir

BMT-nin hesabatı: Azexport və Rəqəmsal Ticarət Qovşağı ən yaxşı təcrübədir

15-10-2020
102 təşkilat Maliyyə Nazirliyinin FARABI sisteminə qoşuldu

102 təşkilat Maliyyə Nazirliyinin FARABI sisteminə qoşuldu

05-11-2015
"GS1 Azerbaijan" məlumat bazası "Azexport"a inteqrasiya olunub

"GS1 Azerbaijan" məlumat bazası "Azexport"a inteqrasiya olunub

16-09-2025
“Azexport” portalı ABŞ-nin Kaliforniya ştatından sifariş alıb

“Azexport” portalı ABŞ-nin Kaliforniya ştatından sifariş alıb

05-01-2026
"Facebook Shop" kiçik və orta sahibkarlara nə verəcək?

"Facebook Shop" kiçik və orta sahibkarlara nə verəcək?

02-06-2020
Koronavirus rəqəmsal və məsafədən biznes əməliyyatlarına təsir etmir

Koronavirus rəqəmsal və məsafədən biznes əməliyyatlarına təsir etmir

19-03-2020
“Azexport” portalının dəstəyi ilə Efiopiyaya məhsul ixrac ediləcək

“Azexport” portalının dəstəyi ilə Efiopiyaya məhsul ixrac ediləcək

22-11-2024
B2b.az portalının istifadəçi sayı 63 minə yaxındır

B2b.az portalının istifadəçi sayı 63 minə yaxındır

04-02-2016
“Azexport” Azərbaycan məhsullarının Yaponiyaya ixracını genişləndirir

“Azexport” Azərbaycan məhsullarının Yaponiyaya ixracını genişləndirir

18-03-2026
“Azexport” və “Tradexter Global” arasında memorandum imzalanıb

“Azexport” və “Tradexter Global” arasında memorandum imzalanıb

13-12-2024





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə