Previous Next
Bağla

XRİTDX-də 2025-ci ilin yekunlarına həsr olunmuş müşavirə keçirilib

02-02-2026 13:11
XRİTDX-də 2025-ci ilin yekunlarına həsr olunmuş müşavirə keçirilib

Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətində (XRİTDX) 2025-ci ilin yekunlarına həsr olunmuş müşavirə keçirilib. Müşavirə iştirakçıları tərəfindən XRİTDX-nin inzibati binasında yerləşən Ümummilli Lider Heydər Əliyevin büstü önünə gül dəstələri qoyulub, xatirəsi böyük ehtiramla anılıb. Həmçinin iştirakçılar tərəfindən müşavirənin başlanğıcında Ümummilli Lider Heydər Əliyevin, vətənimizin ərazi bütövlüyü uğrunda şəhid olmuş əsgər və zabitlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Xeberler.az məlumat verir ki, müşavirədə informasiya təhlükəsizliyi, kibertəhlükəsizlik, xüsusi və dövlət rabitəsi üzrə görülən işlər, həyata keçirilən layihələr, əldə olunan nəticələr və qarşıdakı dövr üçün prioritet istiqamətlər müzakirə olunub.

Tədbiri giriş nitqi ilə açan XRİTDX-nin rəisi, general-leytenant İlqar Musayev qeyd edib ki, hesabat dövründə ölkədə informasiya təhlükəsizliyi mühitinin gücləndirilməsi, dövlət informasiya ehtiyatlarının qorunması, kritik informasiya infrastrukturlarının dayanıqlığının artırılması ilə yanaşı, xüsusi dövlət rabitə sistemlərinin fasiləsiz, dayanıqlı və təhlükəsiz fəaliyyətinin təmin olunması istiqamətində kompleks tədbirlər həyata keçirilib. O bildirib ki, Azərbaycan Respublikasının Prezidenti tərəfindən informasiya təhlükəsizliyi sahəsinə göstərilən diqqət və dəstək nəticəsində XRİTDX-nin institusional və texnoloji imkanları genişlənib, müasir rabitə infrastrukturu daha da gücləndirilib və beynəlxalq əməkdaşlıq yeni mərhələyə qədəm qoyub.

İlqar Musayev çıxışında bildirib ki, hesabat dövründə dövlət informasiya resurslarının və istifadəçi mühitinin qorunması istiqamətində tətbiq edilən texnoloji həllər real nəticələrlə müşayiət olunub. O qeyd edib ki, “AzStateNet” şəbəkəsi üzrə istismara verilmiş yeni nəsil mühafizə avadanlığı vasitəsilə 450 milyona qədər zərərli keçid bloklanıb, o cümlədən onların 96 mini “Sandbox” mühafizə sistemi tərəfindən zərərverici tərkibli sənədlər kimi aşkarlanaraq zərərsizləşdirilib.

Xidmət rəisi müşavirə iştirakçılarının diqqətinə çatdırıb ki, dövlət qurumlarının son istifadəçilərinin təhlükəsizliyinin təmin olunması məqsədilə xidmət tərəfindən 93 dövlət qurumunu əhatə edən, ümumilikdə 55 min istifadəçi üçün mərkəzləşdirilmiş antivirus lisenziyası təqdim edilib. Həmin sistem vasitəsilə 2025-ci il ərzində 6 milyon 205 min 200 zərərli aktivliyin qarşısı alınıb ki, bu da ötən illə müqayisədə təxminən 50,8 faiz azalma deməkdir.

İlqar Musayev əlavə edib ki, xidmət tərəfindən dövlət qurumları üçün yaradılmış dövlət elektron poçt xidməti üzrə 2025-ci il ərzində 17 milyondan artıq elektron məktub emal edilib, onların 12 milyonu istifadəçilərə çatdırılıb, 5 milyondan artıq məktub isə zərərli tərkibli olması səbəbindən bloklanıb. Bu göstəricinin 2024-cü illə müqayisədə təxminən 38,5 faiz artım təşkil etdiyi vurğulanıb.

Bununla yanaşı, müşavirədə xüsusi rabitə infrastrukturunun modernləşdirilməsi, dövlət orqanları arasında mühafizə olunan rabitə kanallarının etibarlılığının artırılması, məlumat ötürülməsi proseslərinin təhlükəsizliyinin təmin edilməsi və rabitə sistemlərinin ehtiyatlılıq və davamlılıq mexanizmlərinin gücləndirilməsi istiqamətində mühüm layihələr müzakirə olunub.

Hesabat dövründə kadr hazırlığı və bilik mübadiləsi istiqamətində mühüm nəticələrin əldə olunması qeyd edilib. Müşavirədə XRİTDX-nin təşəbbüsü ilə ali təhsil müəssisələri ilə əməkdaşlığın genişləndirilməsi, praktikyönümlü təlim və laborator mühitlərinin yaradılması istiqamətində konkret tapşırıqlar verilib. Müşavirə zamanı xidmətin struktur bölmələri üzrə məsul şəxslərin hesabatları dinlənilib, görülmüş işlər və əldə olunmuş nəticələr barədə məlumat verilib, mövcud vəziyyət təhlil edilərək qarşıda duran vəzifələr müəyyən edilib. Müşavirəyə yekun vuran xidmət rəisi general-leytenant İlqar Musayev cari ildə qarşıda duran vəzifələrin icrası, xüsusi rabitə infrastrukturunun daha da gücləndirilməsi, texnoloji imkanların artırılması, insan resurslarının inkişafı və beynəlxalq əməkdaşlığın genişləndirilməsi ilə bağlı tapşırıqlarını müşavirə iştirakçılarının nəzərinə çatdırıb.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Dövlət Xidmətində ötən ilin yekunlarına həsr olunmuş müşavirə keçirilib

19-02-2025

XRİTDX-də ilk yarımilin yekunlarına həsr olunmuş müşavirə keçirilib

22-07-2025

Xüsusi Rabitə və İnformasiya Təhlükəsliyi Dövlət Xidmətində müşavirə keçirilib

11-02-2023

Dövlət Xidmətində 2023-cü ilin yekunlarına həsr olunmuş müşavirə keçirilib

26-01-2024

“AzstateNet” dövlət şəbəkəsində bu ilin 3 rübü ərzində 709 milyondan çox zərərli keçid bloklanıb

18-10-2023

XRİTDX I yarımilə yekun vurub

20-07-2023

Ötən il dövlət informasiya sistemlərində 1200-dən çox təhlükəsizlik boşluğu aşkarlanıb

27-02-2026

Dövlət qurumları üçün yaradılmış poçt xidmətlərinin 2 milyondan çoxu zərərli tərkibli olub

20-02-2025

Xüsusi Rabitə vXRİTDX ilə TÜBİTAK arasında əməkdaşlıq davam edir

25-01-2023

XRİTDX nümayəndə heyəti İsraildə səfərdədir

07-03-2023

Dövlət qurumlarına göndərilən 2 milyondan çox zərərli elektron poçt blok edilib

31-10-2023

Avqust ayında 30 milyondan çox zərərli keçid qeydə alınıb

03-09-2025

Bu il Dövlət Xidməti 1 milyondan çox zərərli elektron poçtu bloklayıb

11-08-2025

İlqar Musayev: Texniki fasilələr kibertəhlükəsizliyin önəmini göstərir

03-02-2026

XRİTDX-də Zəfər Günü qeyd edilib

08-11-2024

XRİTDX: Ötən il dekabrda 20 milyona yaxın zərərli keçid blok edilib

08-01-2026

Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti təhsil müəssələri ilə əməkdaşlığı genişləndirir

22-12-2023

Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin peşə bayramı qeyd edilib

24-08-2024

XRİTDX: 1 milyondan çox kibertəhdid zərərsizləşdirilib

07-04-2026

Kritik informasiya infrastrukturunun təhlükəsizliyi üzrə Komissiyanın iclası keçirilib

16-01-2026

Azərbaycanda 1 milyona yaxın zərərverici virus bloklanıb

16-04-2023

1,4 milyona yaxın zərərli elektron poçt bloklanıb

03-07-2025

XRİTDX ilə BANM arasında əməkdaşlıq haqqında memorandum imzalanıb

13-06-2024

Dövlət qurumlarını hədəfə alan bloklanmış elektron poçt sayı artıb

06-01-2026





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə