“ChatGPT Atlas” brauzerinə yeni funksiyalar əlavə edilib

21-11-2025 / 13:09

OpenAI şirkəti oktyabr ayında təqdim etdiyi "ChatGPT Atlas" süni intellekt brauzerini təkmilləşdirməyə davam edir.

Xeberler.az bildirir ki, son yenilənmə ilə brauzerə istifadəçi rahatlığını təmin edən şaquli yerləşən sayt panelləri funksiyası əlavə edilib. Bu yenilik sayəsində istifadəçilər adətən ekranın yuxarı hissəsində sıralanan açıq pəncərə panellərini ekranın sol tərəfindəki idarəetmə lövhəsinə keçirə bilərlər. Dizayndakı bu dəyişikliyi tətbiq etmək üçün sadəcə sayt ünvanı hissəsinə daxil olub görünüş rejimini dəyişmək kifayətdir.

Dizayn yenilikləri ilə yanaşı, brauzerin texniki imkanları da genişləndirilib. İstifadəçilər artıq Google-u əsas axtarış sistemi kimi təyin edə, digər brauzerlərdə istifadə etdikləri xüsusi əlavələri buraya köçürə və iCloud Passkeys təhlükəsizlik sistemindən yararlana bilərlər. Eyni zamanda, birdən çox açıq pəncərəni seçib idarə etmək imkanı da yaradılıb. Xatırladaq ki, "ChatGPT Atlas" hələlik yalnız macOS əməliyyat sistemi üçün əlçatandır.

 


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə