Poçt servisi yenilənib
“Yahoo!” internet şirkəti bu gün özünün poçt portalının 2005-ci ildən etibarən ən iri dəyişikliklərini təqdim edib.
Xeberler.az-ın Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, servisin yeni versiyası “Yahoo Mail” elektron poçt xidmətinin 279 milyonluq istifadəçi auditoriyasına təqdim olunur.
Dəyişikliklər proqramının əsasını poçt sistemi və sosial şəbəkə istifadəçiləri arasında daha sadə və rahat ünsiyyətin təmin olunması ideyası təşkil edir. Bu o deməkdir ki, istifadəçilər “Yahoo” interfeysindən buranı tərk etmədən “Facebook” və “Twitter” sosial şəbəkələri ilə işləyə biləcəklər.
Dəyişikliklər mətnlərin və ani ismarıcların göndərilməsi sisteminə də şamil olunub. Bundan əlavə, interfeysin yeni versiyası “Google” və “Microsoft”un poçt servislərindən iki dəfə sürətlidir. “Yahoo!” bildirir ki, yeni poçt sisteminin istifadəçiləri “Flickr”, “Picasa” və “YouTube” kimi tanınmış internet servislərində fotoşəkillərə və videoyazılara baxmaq, eləcə də bu tip kontenti qəbul etmək imkanı əldə edəcək.
Yahoo!” şirkətinin məhsullar üzrə baş meneceri Deyv Makdauell deyib ki, ay ərzində istifadəçilər “Yahoo Mail”ə 30 milyarddan artıq dəqiqə ayırır: “Bu vaxtı onlar üçün rahat etmək olduqca vacibdir. Bizim dəyişikliklər son 5 ildə ən iri yenilənməmizdir”.
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri