Yahoo parçalandı!

11-04-2012 / 16:38
Yahoo! internet-şirkəti üç bölməyə bölünəcək. Bu barədə şirkət rəhbəri Skot Tompson bəyan edib. 
Xeberler.az-ın RİTN-dən əldə etdiyi məlumatda bildirilir ki, şirkətin birinci – “istehlak” bölməsi sosial şəbəkələr, axtarış sistemi, poçt servisi, Flickr fotohostinqi və elektron kommersiya ilə məşğul olacaq. Bölməyə Ros Levinson başçılıq edəcək. 
“Regional” adlandırılan ikinci fəaliyyət istiqaməti şirkətin reklam biznesinə məsuliyyət daşıyacaq. Yahoo!-un texnoloji qanadı infrastrukturun dəstəklənməsinə cavabdeh olacaq.
İnternet nəhəngin yenidən təşkili barədə məlumatlar şirkət tərəfindən tezliklə 2 minə yaxın əməkdaşın işdən azad ediləcəyi məlum olduqdan bir neçə gün sonra yayılmağa başlayıb. 

ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə