Yahoo! mindən çox əməkdaşını ixtisar edəcək

20-10-2008 / 17:43

The Wall Street Journal nəşrinin verdiyi məlumata əsasən, Yahoo! şirkəti mindən çox əməkdaşını ixtisar edəcək. Bu addım, xərclərin azalması üçün nəzərdə tutulmuş proqramın bir hissəsidir.Ştat ixtisarının elan edilməsi, cari ilin üçüncü rübününün maliyyə hesabatının dərc olunmasından sonra gözlənilir. Lakin, çox güman ki, Yahoo! təmsilçiləri ştat ixtisarı barədə dəqiq məlumatları, bir neçə həftədən tez bəyan etməyəcəklər.
2008-ci il iyun ayının sonuna olan məlumatlara əsasən, Yahoo! şirkətində 14300 insan çalışıb. Cari ilin yanvar ayında, şirkətdən min nəfərdən çox əməkdaş ixtisar edilib.
Olunan ixtisarlardan başqa, Yahoo! müxtəlif layihələrin maliyyələşdirilməsini azaltmaqla, xərclərin aşağı salınmasına nail olmaq niyyətindədir. Xüsusən də, artıq şirkətin bir çox şöbə rəhbərləri layihələrinin maliyyələşdirilməsinin 15% azaldılması barədə xəbərdar olunublar.


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə