Previous Next
Bağla

Yapon kosmik aparatı Aydan möhtəşəm şəkil göndərib

29-03-2023 22:51
Yapon kosmik aparatı Aydan möhtəşəm şəkil göndərib

Yapon kosmik aparatı Aydan möhtəşəm şəkil göndərib. Parlaq işıqlı Ay kraterləri qara kosmos fonunda aydın görünür.

İndi “Hakuto-R” ilk yapon eniş aparatı Ay ətrafında dövr edir. Bu aparat cari il aprel ayının sonuna qədər Yer kürəsinin peykinin səthinə enməlidir. “Space” yazır ki, martın 27-də bu aparatı hazırlayan şirkət “Hakuto-R” aparatının çəkdiyi Ay səthinin yeni heyrətamiz şəklini göstərib.

Yaponiya tarixində ilk Ay eniş aparatı peykimizin səthinə enməyə hazırlaşır. O, martın 20-də Ayın orbitinə gəlib və o vaxtdan onun səthindən möhtəşəm şəkillər çəkir. Martın 27-də “Hakuto-R” aparatını hazırlayan şirkət yeni şəkil təqdim edib. Şəkildə qara kosmos fonunda Günəş işığı ilə parlaq şəkildə işıqlandırılan Ay kraterləri görünür. AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, qismən kölgələnən kraterlər və Ay səthinin digər xüsusiyyətləri də görünür.

Bu şəkil “Hakuto-R” eniş aparatında quraşdırılmış xüsusi kamera vasitəsilə çəkilib. Kamera “İspace” Tokio özəl şirkəti tərəfindən hazırlanıb. Bu aparat hələ keçən ilin dekabrında kosmosa buraxılıb və bir neçə ay ərzində kifayət qədər mürəkkəb marşrutla planetimizdən Aya kimi məsafəni qət edə bilib. Tarixdə ilk yapon Aya eniş aparatına heç nə mane olmasa, o, bu il aprel ayının sonuna qədər Ayın səthinə enməlidir.

“Hakuto-R” aparatının Aya uğurlu enişi Yaponiyanın ABŞ, keçmiş SSRİ və Çindən ibarət özünəməxsus “Ay klubuna” qoşulması və dünyada Yer kürəsinin süni peykinin səthinə aparatını endirə bilən dördüncü ölkə olması deməkdir.

“Hakuto-R”in Aya enişi, həmçinin tarixdə özəl şirkətin hazırladığı aparatın həyata keçirdiyi ilk eniş olacaq. Yeri gəlmişkən, aparatın göyərtəsində Birləşmiş Ərəb Əmirlikləri tərəfindən hazırlanmış “Rəşid” adlı kiçik Ay aparatı var. Xatırlatması yerinə düşər ki, 2019-cu ildə Hindistan və İsraildə hazırlanan eniş aparatları Aya enməyə cəhd ediblər, lakin bu cəhdlər uğursuz olub.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

“Blue Ghost” kosmik aparatı Aya eniş edib

03-03-2025

Yaponiyanın kosmik gəmisi Aya göndərilib

12-12-2022

Aya özəl missiya göndəriləcək

08-10-2015

NASA-nın aparatı Marsa eniş edib

19-02-2021

NASA yeni texnologiya ilə təmin edilmiş zondu Aya göndərir

17-02-2025

NASA Aya eniş planını İlon Maskın rəqiblərinə açıq elan edib

21-10-2025

Çinin aparatı Ayda 271 metr məsafə qət edib

13-08-2019

İlon Mask: “SpaceX”in prioriteti Ayda şəhər yaratmaqdır

09-02-2026

NASA “Artemis 3” missiyasını ləğv edib

28-02-2026

Yaponiya 2018-ci ildə Aya ilk kosmik aparat göndərəcək

20-04-2015

“Orion” kosmik gəmisi Aya uçuşunu başa vurub

07-04-2026

Türkiyə Aya iki kosmik gəmi göndərəcək

09-02-2025

SpaceX NASA-ya Aya sadələşdirilmiş eniş proqramı təklif edib

31-10-2025

NASA 50 il sonra Aya insanlı missiyanı həyata keçirib

02-04-2026

Çinin “Change-1” süni peyki Aya düşdü

02-03-2009

NASA astronavtları Aya göndərir

03-03-2023

NASA martda Aya astronavt göndərəcək

21-02-2026

Beynəlxalq Kosmik Stansiyanın 3 kosmonavtı Yerə qayıdıb

20-04-2025

NASА Marsa planer göndərəcək

01-07-2015

İlon Mask iki il ərzində Marsa beş pilotsuz missiya göndərəcək

23-09-2024

NASA Ayda GPS sinqallarını qəbul edib

05-03-2025

Yaponiya Mars üçün eniş platforması hazırlayacaq

04-04-2025

"Artemida-2" Ay missiyası uğurla başa çatıb

11-04-2026

Azərbaycanda pilotsuz mini uçuş aparatı hazırlanıb

19-05-2015





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə