Previous Next
Bağla

Ekspert: az domeni hələ də Azərbaycan yurisdiksiyasından kənardadır

12-11-2025 17:12
Ekspert: az domeni hələ də Azərbaycan yurisdiksiyasından kənardadır
"Adı milli, özü isə xaricdə – .az domeni hələ də Azərbaycan yurisdiksiyasından kənardadır".
 
Xeberler.az bildirir ki, bunu Azərbaycan İnternet Formunun Prezidenti, ekspert Osman Gündüz deyib.
 
Onun sözlərinə görə, uzun illərdir ki, .az milli domeni ilə bağlı məsələ tam həllini tapmır:
 
"Dəfələrlə bu mövzuya toxunmuşam, amma hələ də bu strateji resurs normal tənzimləmə predmetinə çevrilməyib.
 
.az domen bazası dedikdə, ölkəmizə məxsus bütün .az domen adlarının siyahısı, onların qeydiyyat və idarəetmə sistemini təmin edən texniki baza nəzərdə tutulur. Bu sistem Azərbaycanın rəqəmsal kimliyinin və milli internet infrastrukturunun bünövrəsidir.
 
Dövlət, media, bank və biznes resurslarının fasiləsiz fəaliyyəti birbaşa bu bazadan asılıdır".
 
EKspert qeyd edib ki, hazırda qlobal resurslardakı mövcud məlumatlardan görünən odur ki, .az zonası üzrə bütün əsas və ehtiyat DNS serverləri xaricdə — Almaniya, Ukrayna və ABŞ-da yerləşir:
 
"Yəni 1993-cü ildə istifadəyə verilən .az domeninə aid bütün data və infrastruktur Azərbaycanın hüquqi nəzarətindən kənardadır. Bu isə, xüsusən dünya düzəninin indiki vəziyyətində ölkənin milli təhlükəsizliyi və rəqəmsal suverenliyi üçün ciddi risk yaradır.
 
Mövcud qanunvericiliyə əsasən, domen adlarının tənzimlənməsi Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin səlahiyyətindədir.
 
Nazirlər Kabinetinin 2019-cu il tarixli 63 nömrəli qərarı ilə Qaydalar təsdiqlənsə də, “Milli inzibatçı”nın kimliyi bu günə qədər heç bir rəsmi sənəddə göstərilməyib".
 
Osman Gündüz bildirib ki, bu, ölkə hüquq sistemində nadir hallarda rast gəlinən absurd vəziyyətdir:
 
"Digər tərəfdən, belə bir strateji resursun kritik informasiya infrastrukturu kimi tanınmaması da əlavə boşluq yaradır. Görünür, milli domen infrastrukturun fiziki olaraq xaricdə yerləşməsi onun kritik qanunvericilik perimetrinə daxil edilməsinə imkan verməyib.
 
Ölkələrin əksəriyyəti isə milli domen infrastrukturunu strateji və kritik olaraq dəyərləndirirlər.
 
Qeyd edim ki, RİNN son illərdə bu sahədə normallaşma istiqamətində cəhdlər edib. Xatırlayıram ki, İKTA faktiki “Milli inzibatçı” olan İntrans şirkətinin rəhbəri ilə bir neçə dəfə, necə deyərlər separat görüşlər keçirdi.
 
Amma görünür ki, heç nə əldə edə bilmədi və danışıqlar uğursuz oldu. Bundan sonra RİNN domen tənzimlənməsini, bir qədər qəribə görünsə də tənzimləyici qurumun əlindən almaq məcburiyyətində qaldı.
 
Prezidentin 12 avqust 2025-ci il tarixli Fərmanı ilə bu sahədə səlahiyyətlər Rəqəmsal İnkişaf və İnnovasiyalar Agentliyinə verildi".
 
Ekspert düşünür ki, hazırda məhz beynəlxalq normalara və Azərbaycan internetinin maraqlarına uyğun kollegial bir tənzimləyici qurum formalaşdırılmalı və milli domenin əsas texniki baza və infrastrukturu ölkəyə gətirilməlidir:
 
"Milli domen bazalarının ehtiyat variantlarının xaricdə yerləşdirilməsi isə daha məqbul olardı.
 
Bu, tam realdır – Azərbaycanda artıq bir neçə Tier III səviyyəli data mərkəzlər fəaliyyət göstərir: "AzInTelecom" (Bakı və Yevlax), "Delta Telecom", "Azerconnect Group" və s.
Fikrimcə tez bir zamanda .az domeninə kritik informasiya infrastrukturu statusu verilməlidir.
 
Yeni tənzimləmə səlahiyyəti əldə edən İRİA da "Milli inzibatçı" məsələsinə hüquqi aydınlıq gətirilməlidir".
ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR
Bu gün .az milli domeninin 30 yaşı tamam olur

Bu gün .az milli domeninin 30 yaşı tamam olur

25-08-2023
Azərbaycanda domen adlarının milli inzibatçısı müəyyənləşdirilir

Azərbaycanda domen adlarının milli inzibatçısı müəyyənləşdirilir

20-06-2020
NRYTN-ə yeni səlahiyyət verilib

NRYTN-ə yeni səlahiyyət verilib

26-05-2021
Ekspert domen almaq qaydalarının dəyişdirilməsindən danışdı

Ekspert domen almaq qaydalarının dəyişdirilməsindən danışdı

01-03-2019
Milli domenə maraq niyə azdır?

Milli domenə maraq niyə azdır?

06-08-2013
Azərbaycanda hər 1000 nəfərə cəmi 1.4 domen düşür - Osman Gündüz

Azərbaycanda hər 1000 nəfərə cəmi 1.4 domen düşür - Osman Gündüz

30-09-2025
Hüquqi sənəddə adı olmayan şəxs milli təhlükəsizliklə əlaqəli sahəni necə tənzimləyə bilir?

Hüquqi sənəddə adı olmayan şəxs milli təhlükəsizliklə əlaqəli sahəni necə tənzimləyə bilir?

13-08-2020
Azərbaycanın milli domen adlarının stop-vərəqəsi genişləndirilir

Azərbaycanın milli domen adlarının stop-vərəqəsi genişləndirilir

14-03-2013
Onlayn qeydiyyatı Azərbaycanda domen adlarının sayına təsir edəcək

Onlayn qeydiyyatı Azərbaycanda domen adlarının sayına təsir edəcək

06-03-2013
Osman Gündüz: .az domeninin idarəçiliyində 30 illik model dəyişə bilər

Osman Gündüz: .az domeninin idarəçiliyində 30 illik model dəyişə bilər

09-06-2026
Azərbaycan domenində saytların sayı artıb

Azərbaycan domenində saytların sayı artıb

07-01-2018
az. zonasında qeydiyyatdan keçmiş domenlərin sayı artır

az. zonasında qeydiyyatdan keçmiş domenlərin sayı artır

22-06-2010
Azərbaycan əlifbasını dəstəkləyən domenlərin qeydiyyat sistemi yaxın bir il ərzində istifadəyə veriləcək.

Azərbaycan əlifbasını dəstəkləyən domenlərin qeydiyyat sistemi yaxın bir il ərzində istifadəyə veriləcək.

10-09-2014
“.az” domen zonasında 17705 domen adı qeydiyyatdan keçib

“.az” domen zonasında 17705 domen adı qeydiyyatdan keçib

01-03-2013
.ru zonasında 5 milyon domen qeydə alınıb

.ru zonasında 5 milyon domen qeydə alınıb

07-11-2015
.az domeninin monitorinq sistemi hazırlanıb

.az domeninin monitorinq sistemi hazırlanıb

16-12-2014
Milli domenin milli inzibatçısı kimdir, milli inzibatçı səlahiyyətini ona kim verib?

Milli domenin milli inzibatçısı kimdir, milli inzibatçı səlahiyyətini ona kim verib?

02-05-2024
Az domeni ilə qeydiyyatdan keçən veb-saytların sayı artıb

Az domeni ilə qeydiyyatdan keçən veb-saytların sayı artıb

01-10-2019
Son iki ayda Azərbaycanda 60 yeni milli domen qeydiyyata alınıb

Son iki ayda Azərbaycanda 60 yeni milli domen qeydiyyata alınıb

07-07-2010
“Telekomnukasiya haqqında” qanuna 2 yeni maddə əlavə olunub

“Telekomnukasiya haqqında” qanuna 2 yeni maddə əlavə olunub

11-08-2020
Dünyada milli domenlər arasında hansı ölkə liderdir?

Dünyada milli domenlər arasında hansı ölkə liderdir?

08-01-2016
İnternetlə bağlı qanuna dəyişikliklər təsdiqlənib

İnternetlə bağlı qanuna dəyişikliklər təsdiqlənib

17-03-2017
Azərbaycanın domen zonasında qeydiyyatdan keçən saytların sayı artıb

Azərbaycanın domen zonasında qeydiyyatdan keçən saytların sayı artıb

02-07-2019
Domen ad sistemi təhlükəsizliyi üzrə beynəlxalq təlimlər keçirilir

Domen ad sistemi təhlükəsizliyi üzrə beynəlxalq təlimlər keçirilir

30-04-2026





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə