“Azercell Telekom” MMC qadınların ictimai və iqtisadi həyatda fəallığının artırılması istiqamətində gördüyü silsilə tədbirləri davam etdirir. Şirkət “Həyatı daha dolğun edirik: qadınlara dəstək proqramı” müsabiqəsinin qaliblərini elan edib. Qiymətləndirmə zamanı dayanıqlıq, sosial təsir, rəqəmsal inklüzivliyin təşviqi, həmçinin texnologiya vasitəsilə həyat keyfiyyətinin yaxşılaşdırılması kimi meyarlara cavab verən layihələrə üstünlük verilib.
Final mərhələsinə beş layihə keçib. Təqdim olunan ideyalar əsasən qadın sahibkarlığının inkişafı və təhsilin gücləndirilməsi istiqamətlərini əhatə edib. Finalda iştirak edən qeyri-hökumət və qeyri-kommersiya təşkilatlarının nümayəndələri münsiflər qarşısında layihələrini təqdim ediblər. Münsiflər heyətinin yekdil qərarına əsasən “Future Fem”, “Start Her” və “Robo Girls” layihələri qalib elan olunub.
“Future Fem” layihəsi qadınların sahibkarlıq, innovasiya və liderlik sahəsində praktiki bilik və bacarıqlarını artırmağı, onların iqtisadi və sosial həyatda rolunu gücləndirməyi hədəfləyir. Eyni zamanda, qadın liderlər və texnologiya mütəxəssisləri ilə mentorluq imkanları yaradır.
“Start Her” layihəsi çərçivəsində Quba rayonu və ətraf kəndlərdən 20 gənc qıza startap və sahibkarlıq, eləcə də liderlik bacarıqlarının inkişaf etdirilməsi üçün 3 ay ərzində təlimlər təşkil olunacaq. Təlim proqramının sonunda qızların qazandıqları bilikləri və ideyalarını nümayiş etdirmələri üçün hakaton keçiriləcək.
“Robo Girls” layihəsinin məqsədi Beyləqan və ətraf kəndlərdə təhsil alan qızların robototexnika və texnologiyalara marağını gücləndirmək, eləcə də yeni nəsil qadın İT və süni intellekt mütəxəssislərinin yetişdirilməsinə töhfə verməkdir.
Təşəbbüslərin reallaşdırılmasına dəstək məqsədilə Azercell ümumilikdə 30.000 AZN vəsait ayırıb.
Müsabiqənin qiymətləndirilmə prosesi şəffaflıq və obyektivlik prinsiplərinə əsaslanaraq, bu sahədə ixtisaslaşmış müstəqil ekspertlərdən ibarət münsiflər heyəti tərəfindən həyata keçirilib.
“Azercell Telekom” MMC müsabiqəyə qatılan bütün iştirakçılara təşəkkür edir, qaliblərə layihələrinin həyata keçirilməsində uğurlar arzulayır. Şirkət ölkədə innovasiya və inklüzivliyin təşviqinə töhfə verən layihələrə dəstək olmağa davam edəcək.


Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Satışa çıxarılmış Azərbaycan adları