İsveçrənin kapitallaşma həcminə görə dünyanın iri Swatch Group saat istehsalçısı Çində yeni elektron saat təqdim edib.
Xeberler.az xarici mətbuata istinadən bildirir ki, saatın fərqləndirici cəhəti ondan alış-veriş zamanı ödənişlər etməyin mümkün olmasındadır.
Swatch Bellamy adlanan saat Apple və digər istehsalçıların smart saatlarından fərqli olaraq smartfonla bağlantı yaratmır və internetə çıxış imkanına malik deyil, lakin o, simsiz rabitə üçün bank kartlarındakı çipin bənzəri olan mikroçiplə təchiz edilib.
Növbəti ilin yanvarında Çində satışa çıxarılacaq saatın qiyməti 580 yuan (91 dollar) təşkil edəcək. Saatın digər bazarlara sonradan çıxarılması nəzərdə tutulur.
Swatch ödəniş sistemini işə salmaq üçün Çinin iri China UnionPay prosessinq mərkəzi və Bank of Communication dövlət bankı ilə tərəfdaşlıq sazişi imzalayıb.
2014-cü ildə Çində mobil ödənişlərin həcmi 134 faiz artaraq 3,6 trilyon dollara çatıb. Həmçinin IHS tədqiqat şirkətinin qiymətləndirməsinə görə, dünya daşınan qurğular bazarının həcmi 2019-cu ilədək 32,2 milyard dollar təşkil edəcək.
Xeberler.az
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri