Bank kartı ölçüsündə smartfon-Video

10-11-2017 / 10:34

FutureModel şirkəti Yaponiyada Android əməliyyat sistemli qeyri-adi NichePhone-S smartfonunu təqdim edib.

Xeberler.az NRYTN-in elektron xəbər xidmətinə istinadən məlumat verir ki,  yeni qurğunun əsas fərqləndirici cəhəti onun adi bank kartı ölçüsündə olmasındadır.

Qabaritləri 90 х 50 х 6,5 millimetrə bərabər smartfonun çəkisi 38 qram təşkil edir. NichePhone-S ilk növbədə geniş imkanlara malik kompakt rabitə vasitəsi arzulayan istifadəçilər üçün nəzərdə tutulub.

Model 128х64 piksel təsvir ölçülü kiçik monoxrom ekranla təchiz edilib. Qurğu zəng etmək, məlumatlar göndərmək, musiqi dinləmək və telefonun digər əsas funksiyalarını yerinə yetirmək imkanlarına malikdir.

Kompakt ölçülərə görə şirkət hər şeyə qənaət etməli olub. Bu səbəbdən qurğuya yalnız simsiz qulaqcıqlar qoşmaq mümkündür, enerjinin doldurulması isə xüsusi dok-stansiya (birləşdirici qurğu) vasitəsilə həyata keçirilir.

Məlumata görə, NichePhone-S smartfonunda MediaTek MT6572A prosessoru və 550 milliamper/saat tutumlu akkumulyator quraşdırılıb.

İstehsalçı nümayəndələrinin sözlərinə görə, qurğu danışıq rejimində 3 saat, gözləmə rejimində isə 72 saat işləyir. Bundan başqa, Android 4.2 əməliyyat sisteminin idarəetməsi ilə işləyən smartfon Bluetooth, 3G və 4G LTE şəbəkələrini dəstəkləyir.

Qiyməti 88 dollar təşkil edəcək NichePhone-S smartfonunun noyabrın 10-dan etibrən Yaponiyada satışa çıxarılması gözlənilir.  

Xeberler.az

 


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə