Pepsi şirkətinin Çin bölməsi Pepsi P1 adlanan smartfon təqdim edəcək.
Xeberler.az xarici mətbuata istinadən məlumat verir ki, oktyabrın 20-də Pekində təqdim ediləcək yeni qurğu Full HD (1080p) formatlı 5,5 düymlü displey, 1,7 GHs takt tezlikli MT6592 prosessor, 2 giqabayt tutumlu operativ yaddaş, 16 giqabaytlıq daxili yaddaş, 3 min milliamper/saat tutumlu akkumulyator, 13 meqapikselli arxa, 5 meqapikselli ön kamera ilə təchiz ediləcək və Android 5.1 mobil əməliyyat sisteminin idarəetməsi ilə işləyəcək. Smartfonun qiyməti 1299 yuan (200 dollar) təşkil edəcək.
Ağ rəngdə olacaq qurğunun arxa panelində Pepsi loqotipi yer alacaq. Çin bazarı üçün nəzərdə tutulan smartfonun digər ölkə bazarlarına çıxarılması barədə hələ ki məlumat verilmir.
Xeberler.az
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri