Previous Next
Bağla

Yeni Fikir 2017-nin yarımfinalı keçirilir-Foto

26-05-2017 13:35
Yeni Fikir 2017-nin yarımfinalı keçirilir-Foto

Məlumat verdiyimiz kimi, Yeni Fikir 2017 müsabiqəsində 35 layihə yarımfinala vəsiqə qazanıb.

Belə ki, yarımfinalçıların seçilməsi  mayın 2-14 tarixləri arasında həyata keçirilən onlayn qiymətləndirmənin nəticələrinə əsasən aparılıb.

Xeberler.az-ın məlumatına görə, bu gün AMEA Mərkəzi Kitabxanasında müsabiqənin yarımfinal mərhələsi  keçirilir.

Yarımfinalda hər bir layihənin təqdimatı üçün cəmi 9 dəqiqə vaxt ayrılır.  Layihə müəllifləri 4 dəqiqə ərzində layihəni təqdim edirlər. Qalan 5 dəqiqə ərzində isə münsiflər heyətinin suallarına cavab verirlər.

Qiymətləndirmə zamanı layihəni həyata keçirməkdə iddialı olan komandanın bilik və bacarığı, məhsul və xidmətin səmərəliliyi, bazar potensialı, rəqabət gücü və digər bu kimi meyarlar nəzərə alınacaq.

Müsabiqənin iyunun 9-da keçiriləcək final mərhələsində  isə 5 layihə qalib elan ediləcək.

Bir çox tərəfdaşı olan müsabiqədə birinci yeri qazanan layihənin komandasına baş sponsor olaraq, AMEA YTP tərəfindən  10000 manat pul mükafatı veriləcək.

Müsabiqədə iştirak edən uğurlu layihələrə, həmçinin AMEA Yüksək Texnologiyalar Parkında inkubasiya və digər əməkdaşlıq xidmətləri təklif ediləcək.

Qeyd edək ki, bu il 5-ci dəfə keçirilən Yeni Fikir Müsabiqəsinə indiyədək  iş fikri ilə biznesini qurmaq istəyən 842 startap komandası müraciət edib.

Bakı Mühəndislik Universitetinin həyata keçirdiyi Yeni Fikir Müsabiqəsi-ndə  respublika üzrə bütün gənclər iştirak edə bilərlər.

Xeberler.az da Yeni Fikir müsabiqəsinin media tərəfdaşıdır.

Xeberler.az

 

 

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Yeni Fikir müsabiqəsinin qalibləri açıqlanacaq

07-06-2017

Yeni Fikir 2017-nin yarımfinalçıları-Siyahı

17-05-2017

AMEA YTP-ı BMU ilə əməkdaşlıq edəcək

12-05-2017

Yeni Fikir 2017-nin qalibləri açıqlandı-Foto

10-06-2017

Yeni Fikir VI startap müsabiqəsinə yekun vurulur

05-07-2019

Yeni Fikir 2017 Müsabiqəsinə qeydiyyat başladı

09-03-2017

Yeni Fikir 2015 Müsabiqəsində 26 layihə yarışacaq

04-03-2015

Sabah Startap Azərbaycan 2016-nın finalçıları müəyyən olunacaq

25-05-2016

Startap Azərbaycan 2016-nın qalibləri müəyyən ediləcək

18-05-2016

NEXT STEP-də finala çıxan startaplar açıqlandı

07-03-2017

BDU-nun komandası ICPC-nin Azərbaycan üzrə finalına vəsiqə qazanıb

31-10-2025

Azərbaycanlı startapçı Obama ilə görüşə bilər

16-06-2015

Bu gün Yeni Fikir 2015 Müsabiqəsinin final mərhələsi keçiriləcək

25-04-2015

Startapçılarımız beynəlxalq müsabiqənin finalına hazırlaşır

15-10-2015

Yeni Fikir müsabiqəsində 55 layihə qeydiyyatdan keçib

02-03-2016

Yeni Fikir 2016-nın qalib startapları açıqlanacaq

20-04-2016

“Startap Azərbaycan 2015” müsabiqəsində 13 startap yarımfinala çıxıb

18-04-2015

4 startap layihəmiz 10 min üçün yarışacaq

18-12-2015

Startap Azərbaycan 2016 iştirakçıları üçün təlimlər keçiriləcək

20-05-2016

ClimateLaunchpad 2017-nin qalibləri açıqlanacaq

11-07-2017

Yeni Fikir müsabiqəsinə müraciət edən layihələrin sayı açıqlanıb

17-02-2016

“Startap Azərbaycan 2015” Müsabiqəsinin yarımfinalçıları bu həftə məlum olacaq

15-04-2015

Azercell-dən tələbələrə daha bir dəstək

06-12-2017

“Startap Azərbaycan” müsabiqəsində yeniliklər olacaq

13-03-2015





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə