Previous Next
Bağla

Bu gün Yeni Fikir 2015 Müsabiqəsinin final mərhələsi keçiriləcək

25-04-2015 10:14
Bu gün  Yeni Fikir 2015 Müsabiqəsinin final mərhələsi keçiriləcək

Bu gün Park İnn Oteldə Qafqaz Universiteti Texnoparkı (QUTechnopark) tərəfindən təşkil olunan Yeni Fikir 2015 Müsabiqəsinin final mərhələsi  keçiriləcək.

Xəbərlər-in məlumatına görə, finalda 12 layihə komandası yarışacaq.

Qeyd edək ki, Müsabiqəyə ümumilikdə 252 müraciət daxil olmub ki, onlardan 196-sı layihə şəklində qeydiyyata alınıb.

Müsabiqə “QUTechnopark”-ın təşkil etdiyi ən böyük layihədir. Yeni Fikir Müsabiqəsi (YFM) innovativ sahibkarlığın inkişaf etdirmək məqsədi ilə həyata keçirilir. Bununla belə, gənclər arasında innovasiyaların tətbiqinə əsaslanan sahibkarlıq fəaliyyətini təşviq edir ki, bu da öz növbəsində elmi tədqiqatlarda, eləcə də intelkektual insan kapitalının hazırlanması işində keyfiyyətin yüksəldilməsinə xidmət edir. YFM təşəbbüskar gənclərlə iş dünyası arasında real körpü rolunu oynayır.

İldə bir dəfə keçirilən müsabiqədə təkcə Qafqaz Universiteti mənsubları deyil, Azərbaycan Respublikasında yaşayan bütün gənclər iştirak edə bilər.

YFM yüksək texnologiyaların inkişafı istiqamətində innovativ fikirlərin ortaya çıxarılmasına töhfə verir. Bu istiqamətlər başlanğıc (start up) ideyası, mobil proqramlar, internet, proqram təminatı, oyunlar, xidməti proqramlar (software as a service), korporativ proqram təminatı, yeni biznes modeli, xidmətlər, robot texnikası, informasiya texnologiyalari və istehlakçı elektronikası, səhiyyə (sağlamlıq) üçün informasiya texnologiyaları və sairədir.

Müsabiqənin missiyasına innovativ sahibkarlığı dəstəkləmək, “QUTechnopark”-da yüksək texnologiyaların inkişafı üçün önəmli olan ekosistemin formalaşdırılmasına zəmin hazırlamaq, ölkənin dayanıqlı sosial iqtisadi inkişafına dəstək vermək, informasiya-kommunikasiya texnologiyalarının inkişafına, eləcə də təşəbbüskar gənclərə öz şirkətlərini qurmaqda dəstək vermək və təşəbbüskar yanaşmanı inkişaf etdirmə daxildir.

Müsabiqənin nəticələrinə görə ən yaxşı 10 layihənin şirkətləşməsinə QUTechnopark ilkin maliyyə, ofis və əlavə investor dəstəyi verəcək.

İlkin maliyyə dəstəyi:

  • 1-ci yer 5 000 manat
  • 2-ci yer 3 000 manat
  • 3-cü yer 2 500 manat
  • 4-cü yer 1 500 manat
  • 5-10-cu yerləri qazanacaq hər bir layihə üçün 1 000 manat

 Məltəm Talıbzadə

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Yeni Fikir müsabiqəsinə müraciət edən layihələrin sayı açıqlanıb

17-02-2016

Yeni Fikir 2015 Müsabiqəsi Fotolarda

25-04-2015

Yeni Fikir 2015 Müsabiqəsində 26 layihə yarışacaq

04-03-2015

Yeni Fikir müsabiqəsində 55 layihə qeydiyyatdan keçib

02-03-2016

Yeni Fikir 2017 Müsabiqəsinə qeydiyyat başladı

09-03-2017

Yeni Fikir bu il startaplar üçün hansı yeniliklər edəcək?

06-02-2016

Startapçılar yetişdirən “QUTexnopark”- dan reportaj

27-04-2015

agroX Müsabiqəsinin yekun təqdimat mərasiminin vaxtı açıqlanıb

28-08-2019

agroX-in Gəncə yarımfinalçıları üçün mentor dəstəyi təşkil olunacaq

24-09-2019

agroX müsabiqəsinin yekun təqdimat mərasimi keçiriləcək

02-10-2019

agroX Müsabiqəsinin yarım finalçıları ilə görüş olacaq

03-07-2019

Azercell-dən yeni müsabiqə

14-09-2017

agroX Müsabiqəsinin ilkin seçim mərhələsi baş tutub

25-06-2019

AMEA YTP-ı BMU ilə əməkdaşlıq edəcək

12-05-2017

agroX Müsabiqəsinin yarımfinalçıları ilə görüş keçirilib.

04-07-2019

agroX Müsabiqəsinin YarımFinalçıları üçün MENTOR dəstəyi təşkil olunacaq.

08-07-2019

agroX Müsabiqəsinin YarımFinalçıları üçün MENTOR dəstəyi təşkil olunub

11-07-2019

agroX-in yekun təqdimat mərasimi baş tutacaq

07-10-2019

agroX yarımfinalçılarının bir qrupu ilə görüş keçirilib

05-09-2019

agroX yarımfinalçılarına növbəti mentor dəstəyi təşkil olunacaq

03-09-2019

Yeni Fikir 2017-nin qalibləri açıqlandı-Foto

10-06-2017

“INNOLAND”in rezidentləri 600,000 manat yatırım cəlb ediblər

04-07-2019

Yeni Fikir 2016-nın qalib startapları açıqlandı

30-04-2016

3-cü qrant müsabiqəsinin qalib layihələri hansılardır?

01-02-2016





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə