Previous Next
Bağla

Yeni Fikir 2017 Müsabiqəsinə qeydiyyat başladı

09-03-2017 17:50
Yeni Fikir 2017 Müsabiqəsinə qeydiyyat başladı

Bakı Mühəndislik Universiteti Texnoparkı tərəfindən ildə bir dəfə keçirilən Yeni Fikir Müsabiqəsinə (YFM) start verilib.

Xeberler.az-ın məlumatın görə, YFM 2016 əsasında layihələrin qeydiyyatı zamanı aşağıdakı məqamlara əhəmiyyət verilir:

-Ümumi məlumat (xülasə): Məhsul haqqında məlumat. Məhsul hansı problemi həll edir? Məhsulun formalaşdırılması hansı mərhələdədir? (ideya, prototip,test mərhələsi, aktiv satış) Məhsul üzərində nə vaxtdan işləyirsiniz? Layihədəki nəaliyyətləriniz nədir?

-Məhsulun innovativliyi və texnoloji yeniliyi: İş fikrinin texnoloji-innovativ xüsusiyyətləri, faydaları, səmərəliliyi, texnologiya baxımından yenilikçi üstünlüklərini.

-Bazar və rəqabət: Hədəf bazarın ölçüsü nə qədərdir? Qlobal və lokal bazarda məhsulun rəqibləri hansılardır? Hazırda neçə istifadəçi və ya neçə müştəriniz var?

-Biznes Model: Məhsulun biznes modelini qısaca izah edin (necə pul qazandırır və ya qazandıracaq?) Məhsula bu günə qədər investisiya olunubmu?

-Layihə komandası: Qurucu komanda üzvləri kimlərdir? Məhsul ilə bağlı texniki bacarığı olan komanda üzvünüz varmı? Daha əvvəl üzərində işlədiyiniz uğurlu məhsul/layihələr olubsa qısa məlumat.

 YFM gənclər arasında təşəbbüskarlığı (sahibkarlığı) təşviq edir, təşəbbüskar gənclərlə investorlar arasında körpü rolunu oynayır və startapların işinə dəstək verir.

 Qeyd edək ki, YFM ildə bir dəfə keçirilir. Müsabiqədə irəli sürdüyü iş fikri ilə biznesini qurmaq istəyənlər iştirak edə bilər. İndiyədək 4 dəfə keçirilmiş YFM-yə 694 layihə cəlb edilmişdir ki, onlardan 30-u birbaşa (ilkin maliyyə dəstəyi, ofis, mentor və s. formada) dəstəklənmişdir.

Dəstəklənmiş ideyalar arasında ölkəmizdə və xaricdə uğur qazanan, o cümlədən şirkətləşən layihələr mövcuddur. Digər layihələrə isə təlim və məsləhət xidmətləri şəklində dəstək verilib.

 Bu il 5-ci dəfə keçirilən YFM-nin işinə Milli Elmlər Akademiyası, Təhsil Nazirliyi, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, o cümlədən Nazirliyin tabeçiliyndə fəaliyyət göstərən Yüksək Texnologiyalar Parkı, İqtisadiyyat Nazirliyi, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi  və digərləri dəstək verir.

Qeyd edək ki, müsabiqə əsasında ilk beş yerə layiq görülən startap komandalarına Bakı Mühəndislik Universiteti Texnoparkı, SUP.az və Next Step  İnnovasiya Mərkəzi tərəfindən inkubasiya xidmətləri ödənişsiz əsaslarla veriləcək.

Müsabiqənin investisiya tərəfdaşları AzFinans İnvestisiya şirkəti, Khazar Venture və SUP.az şirkətlərinin nümayəndələri Münsiflər Heyətində də təmsil olunacaq.

  Müsabiqənin tərəfdaşı olan Baku Holiday Travel turizm şirkəti birinci yeri qazanacaq layihə komandasından bir nəfərin Silikon Vadisinə gediş-gəliş avia biletini təmin edəcək.

Öz Süt şirkəti finala vəsiqə qazanmış hər bir komandaya 150 manat dəyərində, yarımfinala vəsiqə qazanmış hər bir komandaya isə 100 manat dəyərində yemək kuponu verəcək.

Qalib layihələrin işinə, əlavə olaraq, "KUTVAN PROJECT GROUP""Sosial Innovation Lab" tərəfindən mentorluq xidmətləri göstəriləcək.

YFM 2017  aşağıdakı xronologiya əsasında həyata keçiriləcək:

-Layihələrin onlayn qeydiyyatı  - 10 Mart - 20 Aprel 

-Layihələrin onlayn qiymətləndirilməsi  - 25 Aprel - 5 May

Yarımfinalçıların elan olunması - 6 May 

Yarım Final Proqramının keçirilməsi  - 20 May  tarixinə kimi

Final və Mükafatlandırma Proqramlarının keçirilməsi - 15 İyun  tarixinə kimi

 Müsabiqədə buradan qeydiyyatdan keçə bilərsiniz.

Məltəm Talıbzadə

 

 

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Yeni Fikir müsabiqəsinə müraciət edən layihələrin sayı açıqlanıb

17-02-2016

Yeni Fikir müsabiqəsində 55 layihə qeydiyyatdan keçib

02-03-2016

Bu gün Yeni Fikir 2015 Müsabiqəsinin final mərhələsi keçiriləcək

25-04-2015

Yeni Fikir 2015 Müsabiqəsində 26 layihə yarışacaq

04-03-2015

Yeni Fikir müsabiqəsinin qalibləri açıqlanacaq

07-06-2017

Yeni Fikir bu il startaplar üçün hansı yeniliklər edəcək?

06-02-2016

Yeni Fikir 2017-nin yarımfinalı keçirilir-Foto

26-05-2017

Yeni Fikir VI startap müsabiqəsinə yekun vurulur

05-07-2019

Yeni Fikir 2015 Müsabiqəsi Fotolarda

25-04-2015

Yeni Fikir 2017-nin qalibləri açıqlandı-Foto

10-06-2017

AMEA YTP-ı BMU ilə əməkdaşlıq edəcək

12-05-2017

Startap Azərbaycan-da layihələrin qeydiyyatı davam edir

06-04-2016

İnformatika üzrə Ümumrespublika Olimpiadası keçiriləcək

27-03-2017

Yeni Fikir müsabiqəsində startaplar üçün yeniliklər olacaq

30-12-2015

Startap Azərbaycan 2016-nın qalibləri müəyyən ediləcək

18-05-2016

ClimateLaunchpad 2017-nin qalibləri açıqlanacaq

11-07-2017

Azercell-in dəstəyi ilə “Azərbaycan Biznes Keys Yarışması 2025”in final mərhələsi keçirildi

17-04-2025

“Take Off Baku” beynəlxalq startap sammitinə qeydiyyat başa çatıb

04-04-2022

Startap Azərbaycan-da qeydiyyat davam edir

07-03-2016

Startap Azərbaycan-da qeydiyyat başladı

01-03-2016

Startap Azərbaycan 2016 başlayır

25-02-2016

NEXT STEP-ə müraciət edən startapların sayı açıqlanıb

10-08-2016

İnformatika üzrə X Ümumrespublika Olimpiadasına start verilib

06-04-2015

Startap Azərbaycan 2016 iştirakçıları üçün təlimlər keçiriləcək

20-05-2016





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə