Previous Next
Bağla

Yeni Fikir 2017-nin qalibləri açıqlandı-Foto

10-06-2017 10:43
Yeni Fikir 2017-nin qalibləri açıqlandı-Foto

Dünən Yeni Fikir 2017 startap müsabiqəsinin final mərhələsi və mükafatlandırma mərasimi keçirilib.

Yeni Fikir 2017 Müsabiqəsi Azərbaycan Milli Elmlər Akademiyası, Təhsil Nazirliyi, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, İqtisadiyyat Nazirliyi, Gənclər və İdman Nazirliyi və bir sıra şirkətlərin dəstəyi ilə həyata keçirilir.

Xeberler.az Startup.az-a istinadən məlumat verir ki, Bakı Mühəndislik Universitetinin təşkilatçılığı və Azərbaycan Milli Elmlər Akademiyası Yüksək Texnologiyalar Parkının (AMEA YTP) əsas tərəfdaşlığı ilə reallaşdırılan Yeni Fikir 2017 startap müsabiqəsi final mərhələsi keçirilib.

Final mərhələsində Təhsil Nazirinin müavini Ceyhun Bayramov, AMEA-nın Yüksək Texnologiyalar Parkının direktoru Vüqar Babayev, nazirlik nümayəndələri, millət vəkilləri, universitet rektorları və şirkət nümayəndələri iştirak edib.

Təhsil Nazirinin müavini Ceyhun Bayramov təqdim olunan layihələrin fərqli istiqamətlərdə olmasını sevindirici hal kimi qiymətləndirib.  

Bakı Mühəndislik Universitetinin rektoru, professor Havar Məmmədov Yeni Fikir Layihəsinin zəhmət və ədalət tələb edən bir layihə olduğunu diqqətə çatdırıb.

AMEA-nın YTP-nin direktoru Vüqar Babayev BMU ilə əməkdaşlıq müqaviləsi bağladıqlarını və az müddətdə birgə belə bir möhtəşəm tədbir keçirdiklərini bildirib.  

ADNSU-nin rektoru, professor Mustafa Babanlı vurğulayıb ki, ölkəmizdə kreativ gənclik yetişir:

“ Cəmiyyətə diplomlu mütəxəsislərlə yanaşı sahibkarlar da lazımdır. Dövlətimizin yaratdığı şəraitin nəticəsidir ki, gənclərimiz fərqli düşünür və fərqli layihələr ərsəyə gətirirlər. Startaplara xidmət edənlər Azərbaycanın gələcəyinə xidmət edirlər”.

İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondunun icraçı direktoru Elçin Zeynalov bildirib ki, dünyada ənənəvi iqtisadiyyatı biliklərə əsaslanan iqtisadiyyat əvəzləyir:

“Bu da startapların nə qədər əhəmiyyətli olduğunu göstərir. Bizim fond da startapları dəstəkləyir və maliyyələşdirir. Bu layihədə də dəyərli layihələr təqdim olundu. Ölkəmizdə bu sahənin inkişafı üçün də hərtərəfli şərait yaradılır”.

Daha sonra qaliblərin adı açıqlanaraq, mükafatlandırılıb.

Qaliblərin siyahısı:

1-ci yer :NewTimeBox- Cloud Engine

2-ci yer: HypoLife

3-cü yer: Mühasiblər üçün Trenajor

4-cü yer: Onlayn radiasiya xəbərdaredici

5-ci yer: Braille Teach

Mükafatlandırma mərasimində 1-ci yerə layiq görülən komandaya müsabiqənin baş sponsoru olaraq AMEA YTP tərəfindən 10000 manat pul mükafatı təqdim edilib. 2-ci və 3-cü yer sahiblərinə isə müsabiqəyə tərəfdaş olan bir sıra özəl şirkətlər tərəfindən 5000 manat və 2500 manat pul mükafatı verilib.

Bundan əlavə, qaliblər Silikon Vadisinə (ABŞ/SanFransisko) gediş-gəliş üçün avia bilet və digər müxtəlif mükafatlara layiq görülüblər.

Müsabiqədə qalib gələn layihələr ilkin maliyyə dəstəyi, inkubasiya və akselerasiya xidmətləri ilə dəstəklənir.

Qeyd edək ki, bu il 148 startap layihənin iştirak etdiyi müsabiqədə 11 komanda finala vəsiqə qazanıb.

Xeberler.az

 

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR
Yeni Fikir müsabiqəsinin qalibləri açıqlanacaq

Yeni Fikir müsabiqəsinin qalibləri açıqlanacaq

07-06-2017
AMEA YTP-ı BMU ilə əməkdaşlıq edəcək

AMEA YTP-ı BMU ilə əməkdaşlıq edəcək

12-05-2017
Yeni Fikir 2017-nin yarımfinalı keçirilir-Foto

Yeni Fikir 2017-nin yarımfinalı keçirilir-Foto

26-05-2017
Yeni Fikir VI startap müsabiqəsinə yekun vurulur

Yeni Fikir VI startap müsabiqəsinə yekun vurulur

05-07-2019
İnformatika üzrə olimpiadanın final mərhələsi mayda keçiriləcək

İnformatika üzrə olimpiadanın final mərhələsi mayda keçiriləcək

20-04-2015
Yeni Fikir 2017 Müsabiqəsinə qeydiyyat başladı

Yeni Fikir 2017 Müsabiqəsinə qeydiyyat başladı

09-03-2017
İnformatika üzrə X Ümumrespublika Olimpiadasına  start verilib

İnformatika üzrə X Ümumrespublika Olimpiadasına start verilib

06-04-2015
ClimateLaunchpad 2017-nin qalibləri açıqlanacaq

ClimateLaunchpad 2017-nin qalibləri açıqlanacaq

11-07-2017
Yüksək Texnologiyalar Parkının əsasnaməsi təsdiq olunub

Yüksək Texnologiyalar Parkının əsasnaməsi təsdiq olunub

07-08-2019
İnformatika üzrə “X Ümumrespublika Olimpiadası”nın qalibləri mükafatlandırıldı

İnformatika üzrə “X Ümumrespublika Olimpiadası”nın qalibləri mükafatlandırıldı

15-05-2015
Daha üç uğurlu startap ideyası qalib oldu

Daha üç uğurlu startap ideyası qalib oldu

01-06-2018
 İnformatika üzrə Ümumrespublika Olimpiadasının final mərhələsi keçirilir

İnformatika üzrə Ümumrespublika Olimpiadasının final mərhələsi keçirilir

02-05-2015
 İnformatika üzrə Ümumrespublika Olimpiadasının final mərhələsi keçirilib

İnformatika üzrə Ümumrespublika Olimpiadasının final mərhələsi keçirilib

30-04-2016
Yeni Fikir 2017-nin yarımfinalçıları-Siyahı

Yeni Fikir 2017-nin yarımfinalçıları-Siyahı

17-05-2017
Yeni Fikir-in qalib startapları nə iş görür?-İcmal

Yeni Fikir-in qalib startapları nə iş görür?-İcmal

13-06-2017
Ukrayna Azərbaycanın startap  ekosistemində yer tutmaq istəyir

Ukrayna Azərbaycanın startap ekosistemində yer tutmaq istəyir

05-06-2015
Bu gün  Yeni Fikir 2015 Müsabiqəsinin final mərhələsi keçiriləcək

Bu gün Yeni Fikir 2015 Müsabiqəsinin final mərhələsi keçiriləcək

25-04-2015
AMEA YTP-da hərbi  layihələr üçün laboratoriya yaradılıb

AMEA YTP-da hərbi layihələr üçün laboratoriya yaradılıb

25-04-2017
AMEA YTP fəaliyyətini genişləndirir

AMEA YTP fəaliyyətini genişləndirir

02-08-2017
AMEA-da Biznes İnkubasiya Mərkəzi açılır-Foto

AMEA-da Biznes İnkubasiya Mərkəzi açılır-Foto

24-07-2017
AMEA Yüksək Texnologiyalar Parkının adı dəyişdirildi

AMEA Yüksək Texnologiyalar Parkının adı dəyişdirildi

26-11-2024
Yüksək Texnologiyalar Parkına yeni rezident qəbul olunub

Yüksək Texnologiyalar Parkına yeni rezident qəbul olunub

05-07-2019
Azercell-dən tələbələrə daha bir dəstək

Azercell-dən tələbələrə daha bir dəstək

06-12-2017
 Bakı və regionlarda startap turlarına başlanır

Bakı və regionlarda startap turlarına başlanır

15-02-2018





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə