Previous Next
Bağla

Verilən vəsiqələrin heç birində e-imza aktivləşdirilmir

24-09-2018 16:53
Verilən vəsiqələrin heç birində e-imza aktivləşdirilmir

Sentyabr ayından etibarən üzərində vətəndaşların yaşayış yeri üzrə qeydiyyatı, ailə vəziyyəti haqqında məlumatlar, habelə şəxsiyyət vəsiqəsi sahibinin biometrik fotosu və digər fərdi göstəriciləri özündə birləşdirən elektron daşıyıcı (çip) yerləşdirilən "yeni nəsil" şəxsiyyət vəsiqələrinin verilməsi gözlənilirdi. Hazırki durumda isə prosesin həyata keçirilməsində bəzi problemlər yaranıb.

Məsələylə bağlı Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz Xeberler.az-a  açıqlama verib:

"Yeni nəsil şəxsiyyət vəsiqələri ilə bağlı əvvələr bizim anlaşılmazlıq hesab etdiyimiz problem xeyli ciddiləşib. Əslində, hələlik görünən odur ki vəsiqələrdəki “yeni nəsil” termini öz mahiyyətini doğrultmayıb.  Verilən vəsiqələrin heç birində e-imza aktivləşdirilmir. Və ən qəribəsi də odur ki, heç kim bunun səbəbini açıqlamır. Anlaşılmaz situasiyanın nə vaxtadək davam edəcəyi və burada kimlərin nə məqsədi olduğu hələ də bilinmir.  Amma istənilən halda uzun illər hazırlıq görülən, Prezident səviyyəsində açıqlamalar verilən, ölkədə informasiya cəmiyyətinin formalaşmasında mühüm əhəmiyyət kəsb edən bir layihəyə belə yanaşma doğru deyil."

Uzun müddətdir e-imza ilə bağlı bütün hazırlıq işlərinin Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi  tərəfindən başa çatdırıldığı elan olunub. Bəs kimdir və ya kimlərdir mane olan, hansı qurumların maraq toqquşmaları var burada ? Osman Gündüz bu suallara da aydınlıq gətirib:

"Ola bilər ki, hər ay ASAN imzadan 0.5 milyon manat qazanc götürənlərin maraqlarına uyğun deyil, ola bilər vəsiqədə yerləşdiriləcək imzadan istifadə ilə bağlı müəyyən olunacaq rüsumun məbləği üçün razılıq əldə olunmur. Düzü , müxtəlif versiyalar olsa da konkret çətindir fikir bildirmək. Amma problem göz qabağındadır."

Ekspert son olaraq  problemin tezliklə həllini tapacağına ümid etdiyini vurğulayıb:

"Mövcud situasiyadan belə qənaətə gəlmək olar ki, hətta Prezidentə də bununla bağlı yalan məlmatlar verilir ki, sanki hər şey qaydasındadır. Reallıq isə odur ki hələlik “yeni nəsil”in əsas atributundan əsər əlamət yoxdur. Düşünürəm ki , ləngimədən əsas aidiyyatı qurumlar, İqtisadiyyat Nazirliyi, NRYTN, Ədliyyə Nazirliyi DİN və digər qurumların rəhbərləri bir araya gəlib bu məsələni həll etməlidirlər.
Ümid edirəm bu cür xırda bir məsələnin də həlli üçün Prezidentin müdaxiləsinə ehtiyac qalmayacaq"

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Ekspert : "Yeni nəsil şəxsiyyət vəsiqələri ortada yoxdur"

22-10-2018

Bu həftədən yeni nəsil şəxsiyyət vəsiqələri veriləcək

28-08-2018

Ekspertlər şəxsiyyət vəsiqələrinin təhlükəsizliyindən danışdı

01-09-2018

Ekspert şəxsiyyət vəsiqəsindəki elektron imzanın rüsumundan danışdı

01-09-2018

Yeni nəsil şəxsiyyət vəsiqələrindəki e-imzanın aktiv olunması nə üçün yubanır?

17-12-2020

Yeni şəxsiyyət vəsiqələrini bu qurumdan da ala bilərsiz

14-09-2018

Yeni şəxsiyyət vəsiqəsinin üstünlüyü nə olacaq?

10-12-2014

Ekspert yeni şəxsiyyət vəsiqələrinin verilməsi prosesini şərh etdi

30-08-2018

Yeni şəxsiyyət vəsiqələrdə e-imza ödənişsiz olacaq

04-12-2017

Şəxsiyyət vəsiqələrində Elektron imza sertifikatları yerləşdirilib

31-08-2018

Azərbaycanda yeni nəsil şəxsiyyət vəsiqələrinin verilməsi üçün işlər başa çatıb

08-06-2018

Yeni nəsil şəxsiyyət vəsiqələri ilə elektron sənədlər imzalanacaq

18-01-2015

“Kimin cibində şəxsiyyət vəsiqəsi varsa, elektron imzası da var”

09-12-2014

Osman Gündüz: Faydalı olan dövlət layihələrini kimlər faydasız edib ?

10-03-2021

Azərbaycanda bu şəxslər yeni şəxsiyyət vəsiqəsi ala bilmir

08-09-2018

Nazir müavini : Yeni nəsil şəxsiyyət vəsiqələrində elektron imza sertifikatlarının aktivləşdirilməsi üzərində iş gedir

11-02-2019

Ekspert: "Yeni nəsil" şəxsiyyət vəsiqələri yenilənə biləcəkmi?

13-11-2021

Yeni nəsil şəxsiyyət vəsiqələrin verilməsi niyə gecikir?

25-12-2017

Yeni nəsil şəxsiyyət vəsiqələrinin verilməsi vaxtı uzadılır

24-04-2015

Yeni nəsil şəxsiyyət vəsiqələrinin verilməsi proseduruna aydınlıq gətirilib

08-07-2025

Yeni nəsil şəxsiyyət vəsiqələrinin tətbiqi ilə bağlı müşavirə keçirilib

29-08-2018

Ekspert: "Asan imza" sistemi çöküb

23-02-2023

Ekspert: Yeni nəsil rəqəmsal imza, ASAN İmzanın inhisarçılığına son qoyacaq

10-02-2022

Prezident yeni nəsil şəxsiyyət vəsiqəsinin tətbiqi ilə bağlı sərəncam imzalayıb

30-11-2014





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə