Previous Next
Bağla

Ramin Quluzadə İKT sektorunda görülən işlərdən danışıb

19-12-2017 15:48
Ramin Quluzadə  İKT sektorunda görülən işlərdən danışıb

Azərbaycandakı Amerika Ticarət Palatası (AmCham Azərbaycan) Hewlett Packard Enterprise (HPE) şirkətinin dəstəyi ilə öz üzvləri üçün nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadənin iştirakı ilə aylıq işgüzar nahar təşkil edib.

Xeberler.az-ın məlumatına görə, diplomatik korpusun nümayəndələri də daxil olmaqla təqribən 150 qonaq tədbirdə iştirak edib.

Nazir nəqliyyat, telekommunikasiya və informasiya texnologiyalarının inkişafı ilə bağlı  həyata keçirilən işlər barədə ətraflı məlumat verib.

Qeyd edilib ki, Strateji Yol Xəritəsi ilə müəyyən edilmiş hədəflərə çatmaq üçün Bakıda və regionlarda genişzolaqlı şəbəkə qurulur, yeni texnologiyalar - o cümlədən, LTE texnologiyası tətbiq olunur.

Azərbaycanın, regionun ən təhlükəsiz DATA Mərkəzinə malik olduğunu xatırladan nazir Yevlax şəhərində Ehtiyat Data Mərkəzinin qurulduğunu bildirib.

Mərkəzin fəaliyyətinin genişləndirilməsi  üçün bu yaxınlarda Microsoft şirkəti ilə memorandum imzalandığı diqqətə çatdırılıb.

Nazir müasir iqtisadi münasibətlər və inkişaf üçün İKT-nin tətbiqinin qaçılmaz olduğunu vurğulayıb. O, bunun üçün elektron mühitin genişləndirilməsinin vacibliyini qeyd edib.

“Elektron xidmətlərin cəmləşdiyi vahid platforma olan  “Elektron hökumət” portalı vasitəsilə hazırda, ümumilikdə,  89 qurum tərəfindən vətəndaşlara 440 sayda elektron xidmət göstərilir.

Bu say, təbii ki, daimi olaraq artırılır. Portalın daimi istifadəçilərinin sayı 700 000-dir. Ümumilikdə elektron xidmətlərə müraciət sayı isə  60 000 000-u  ötüb. Bilirsiniz ki, elektron mühitin inkişafı üçün vacib infrastrukturlardan biri də elektron imzadır.

2019-cu ildə yeni nəsil şəxsiyyət vəsiqələrinin vətəndaşlara verilməsi nəzərdə tutulur ki, bu şəxsiyyət vəsiqələrində e-imza sertifikatlarının yerləşdirilməsi təmin ediləcək. Hesab edirəm ki, şəxsiyyət vəsiqələrində e-imzanın tətbiqi elektron xidmətlərin və mühitin inkişafına çox müsbət təsir edəcək.

“Elektron imza” sertifikatlarının ölkələr arasında qarşılıqlı tanınması ilə bağlı ardıcıl işlər aparılır və  inanırıq ki, bu, iş adamları üçün yeni imkanlar açacaq. İKT sektorunda həyata keçirilən işlərin nəticəsi kimi, beynəlxalq reytinqlərdə əldə etdiyimiz göstəriciləri də diqqətinizə çatdırmaq istərdim.      

  Azərbaycan  Beynəlxalq Telekommunikasiya İttifaqının 2017-ci il üçün İKT-nin İnkişaf İndeksi üzrə hesabatında dünya ölkələri arasında 65-ci yeri tutur. İqtisadi Əməkdaşlıq Təşkilatına üzv dövlətlər arasında isə  2-ci yerdədir. Nəzərinizə çatdırım ki, Azərbaycan əhalisinin təqribən 80 faizi internet istifadəçisidir və ölkəmizdə mobil rabitə abunəçilərinin sayı əhalinin 106 faizini təşkil edir”.  

Sektor üzrə həyata keçirilən digər layihələrdən danışarkən nazir “Elektron ticarət”in inkişafına hesablanan “Poçt HUB” layihəsini qeyd edib. O bildirib ki, layihəyə əsasən, Çindən sifariş olunan e-ticarət  məhsulları "Silk Way" Aviaşirkəti vasitəsilə Azərbaycana gətirilir, Azərpoçt bu məhsulları tranzit mərkəzdə çeşidləyir və ünvanı üzrə göndərir. Hazırda dünyanın 17 ölkəsi ilə, o cümlədən ABŞ ilə bu istiqamətdə əməkdaşlıq edilir.

Azərbaycan hökumətinin təşəbbüsü ilə reallaşdırılması nəzərdə tutulan “Trans-Avrasiya Super İnformasiya Magistralı” layihəsindən danışan R.Quluzadə bildirib ki, bu il Bakutel-2017 sərgi-konfransı çərçivəsində içtirakçı ölkə və operatorlarla həlledici görüş keçirilib və layihənin reallaşdırılması üçün birgə büdcənin yaradılması tam olaraq razılaşdırılıb.

Nazir, həmçinin regionda ilk olaraq Azərbaycanda ən effektiv və müasir səviyyədə sterilizasiya aparılmasına imkan verən yüksək gücə və məhsuldarlığa malik Radiasion Sterilizasiya qurğusu yaradıldığını və  bunun iş adamlarına beynəlxalq standartlara cavab verən steril məhsullar istehsal etməyə imkan yaratdığını bildirib. 

Xeberler.az

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR
Nazir: “Mobil rabitə abunəçilərinin sayı əhalinin 106 faizini təşkil edir”

Nazir: “Mobil rabitə abunəçilərinin sayı əhalinin 106 faizini təşkil edir”

19-12-2017
Yeni İnnovasiya Mərkəzi yaradılacaq

Yeni İnnovasiya Mərkəzi yaradılacaq

19-12-2017
Nazir müavini : Yeni nəsil şəxsiyyət vəsiqələrində elektron imza sertifikatlarının aktivləşdirilməsi üzərində iş gedir

Nazir müavini : Yeni nəsil şəxsiyyət vəsiqələrində elektron imza sertifikatlarının aktivləşdirilməsi üzərində iş gedir

11-02-2019
Yeni nəsil şəxsiyyət vəsiqələrin verilməsi niyə gecikir?

Yeni nəsil şəxsiyyət vəsiqələrin verilməsi niyə gecikir?

25-12-2017
İstanbulda İKT üzrə Nazirlər Toplantısı keçirilib

İstanbulda İKT üzrə Nazirlər Toplantısı keçirilib

10-11-2017
Koreya ilə İKT sahəsində əməkdaşlıq müzakirə olunub

Koreya ilə İKT sahəsində əməkdaşlıq müzakirə olunub

19-08-2016
Ramin Quluzadə Beynəlxalq Telekommunikasiya İttifaqının konfransında çıxış edib

Ramin Quluzadə Beynəlxalq Telekommunikasiya İttifaqının konfransında çıxış edib

01-11-2018
Bakı Beynəlxalq  Elektron Ticarət Forumu öz işini yekunlaşdırıb

Bakı Beynəlxalq Elektron Ticarət Forumu öz işini yekunlaşdırıb

25-09-2018
Elektron ticarətdə elektron identifikasiyanın tətbiqi ilə bağlı dəyirmi masa keçirilib

Elektron ticarətdə elektron identifikasiyanın tətbiqi ilə bağlı dəyirmi masa keçirilib

01-12-2018
Nazir Ramin Quluzadə Dell şirkətinin nümayəndələri ilə görüşüb

Nazir Ramin Quluzadə Dell şirkətinin nümayəndələri ilə görüşüb

22-02-2019
Nazir iranlı həmkarı ilə görüşüb

Nazir iranlı həmkarı ilə görüşüb

02-08-2016
Nazir: “Türkiyə və Azərbaycan poçtu yeni layihələrə imza atacaq”

Nazir: “Türkiyə və Azərbaycan poçtu yeni layihələrə imza atacaq”

14-01-2021
Ramin Quluzadə “Alibaba Group” şirkətinin nümayəndələri ilə görüşüb

Ramin Quluzadə “Alibaba Group” şirkətinin nümayəndələri ilə görüşüb

01-09-2020
TASİM layihəsi üzrə Nazirlər Toplantısı keçirilib

TASİM layihəsi üzrə Nazirlər Toplantısı keçirilib

29-11-2016
Azərbaycan-Avropa İttifaqı biznes-forumu keçirilib

Azərbaycan-Avropa İttifaqı biznes-forumu keçirilib

05-06-2018
Microsoft-un rəsmiləri Bakıda olub

Microsoft-un rəsmiləri Bakıda olub

13-04-2018
Azərbaycanla Çexiya nəqliyyat və İKT sahəsində əməkdaşlıq imkanlarını müzakirə edib

Azərbaycanla Çexiya nəqliyyat və İKT sahəsində əməkdaşlıq imkanlarını müzakirə edib

14-09-2018
Nazir: “E-ticarət həcminin artırılmasında maraqlıyıq”

Nazir: “E-ticarət həcminin artırılmasında maraqlıyıq”

06-12-2017
Türkiyə Azərpoçt-la yeni əməkdaşlığa başladı

Türkiyə Azərpoçt-la yeni əməkdaşlığa başladı

29-11-2016
Elektron imzaların qarşılıqlı tanınması ilə bağlı işlər aparılır

Elektron imzaların qarşılıqlı tanınması ilə bağlı işlər aparılır

06-06-2018
Nazir Ramin Quluzadə Böyük Britaniyanın ölkəmizdəki səfiri ilə görüşüb

Nazir Ramin Quluzadə Böyük Britaniyanın ölkəmizdəki səfiri ilə görüşüb

01-12-2020
İnternetdən istifadəyə görə 34-cü yerdəyik

İnternetdən istifadəyə görə 34-cü yerdəyik

10-10-2018
Nazirliklər arasında memorandum elektron imza ilə imzalanıb

Nazirliklər arasında memorandum elektron imza ilə imzalanıb

04-12-2019
Bakıda ilk Beynəlxalq Elektron Ticarət Forumu keçirilir

Bakıda ilk Beynəlxalq Elektron Ticarət Forumu keçirilir

24-09-2018





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə