Provayderlərindən narazı qalan bəzi internet istifadəçilərinin arzuları yaxın vaxtda çin ola bilər.
Belə ki, provayderləri onlayn qaydada seçmək və dəyişdirmək üçün layihə hazırlanıb.
Azərbaycan İnternet Forumu tərəfindən hazırlanan və ASAN.net adlandırılan layihəyə əsasən, internetdə ümumi mərkəz yaradılacaq və orada bütün proveyderlər haqqında məlumat toplanacaq. Bu sayta daxil olan müştərilər də özləri haqqında məlumatları daxil etməklə provayderlərini rahatlıqla dəyişə biləcəklər.
Məlumat verdiyimiz kimi, ASAN.net layihəsi artıq Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinə göndərilib. Qəbul edilsə, qısa vaxtda həyata keçiriləcək.
Xeberler.az xezerxeber-ə o istinadən məlumat verir ki, layihənin rəhbəri Osman Gündüz hesab edir ki, bu sistem provayderləri daha məsuliyyətli olmağa sövq edəcək.
Xeberler.az
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri