Previous Next
Bağla

“Asan İnternet” xidməti yaradılır - Özəl

12-10-2016 14:07
“Asan İnternet” xidməti yaradılır - Özəl

Azərbaycan İnternet Forumu ölkədə internet xidmətləri sahəsində mövcud problemləri aradan qaldırmaq məqsədilə yeni layihə təklifi hazırlayıb.

Xeberler.az-ın məlumatına görə, qurum cari problemlərin aradan qaldırılması üçün ASAN.net informasiya sisteminin yaradılmasını təklif edir.

Bu məqsədlə artıq qurum tərəfindən Azərbaycan Respublikası Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri İnam Kərimova da müraciət göndərilib.

AİF-dən əldə etdiyimiz məlumata görə Müraciətdə internet xidmətləri sahəsində mövcud problemlərə diqqət yönəldilib və onların aradan qaldırılması üçün adı çəkilən xidmətin yaradılması təklif olunub.

Müraciətdə hazırda ölkədə internet xidmətləri sahəsində aşağıdakı problemlərin olduğu qeyd edilib:

-Vətəndaşlar lazım olduqda öz internet provayderlərini onlayn formada dəyişə bilmir

- Vətəndaşların müştərisi olduğu provayderlərin xidmətlərində bəlli bir müddət üçün dəyişiklik etmək imkanları yoxdur (hansısa müddət üçün internet sürətini artırmaq, əlavə xidmətlər almaq və s.)

-Hansısa bir provayderin xidmətindən istifadə edərək digər bir provayderin xidmətininin əldə edilməsində problemlər yaşanır

-Konkret bir ərazidəki provayderlər, onların xidmətləri və tarifləri haqqında mərkəzləşdirilmiş məlumat sistemi yoxdur və s.

Bütün bu problemləri həll etmək üçün hazırda vətəndaş kağız fromada ərizələr doldurur, saatlarla, günlərlə vaxt itirir, keyfiyyətli xidmətlərdən və öz büdcəsinə uyğun olan tarif paketlərindən istifadə edə bilmir. Seçim imkanları da kifayət qədər məhduddur.

Məlumatımıza görə, bu problemləri nəzərə alaraq ASAN.net informasiya sisteminin yaradılması təklif edilir.

Qeyd edilir ki, bu, virtual “one-stop shop” prinsipi əsasında təşkil edilməklə internet provayderlər tərəfindən göstərilən xidmətlərin mərkəzləşmiş formada, vahid portaldan təqdim edilməsini təmin edən informasiya sistemidir.

Azərbaycan İnternet Forumu hesab edir ki, bununla da İnternet provayderlərinə və İPTV xidmətlərinə vahid məkandan qoşulma və xidməti dayandırma imkanı təqdim ediləcək, bununla da  provayderlərə ayrı-ayrılıqda müraciət etməyə ehtiyac olmayacaq. 

İnternet istifadəçiləri üçün internet provayderi, tarif planı, fərqli provayderlərdən fərqli xidmətlər seçmək imkanı yaranacaq.

Qeyd edilir ki, ASAN.net vasitəsilə mövcud internet provayderin xidmətləri qarşılıqlı inteqrasiya ediləcək.

Azərbaycan İnternet Forumundan əldə etdiyimz məlumata görə, artıq bu istiqamətdə bir neçə dəfə mütəxəssislərlə birlikdə müzakirələr aparılıb, problemlərin həlli yolları araşdırılıb. Müzakirələrdə Fiber optik və ADSL texnologiya ilə əldə olunan internet xidmətlərinin mərhələli formada bu sistemə qoşula biləcəyi vurğulanıb.
İlkin müzakirələrin yekunu olaraq  Dövlət Agentliyinə adı çəkilən problem və onun həlli yolları ilə bağlı rəsmi müraciət ünvanlanıb.

Yaxın müddətdə bu istiqamətdə daha geniş tərkibdə, bütün maraqlı tərəflərin iştirakı ilə müzakirələrin keçiriləcəyi gözlənilir.

  

Məltəm Talıbzadə 

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Ekspert: İnternet qiymətləri endirilib, əlçatanlığı isə yoxdur

23-09-2021

Ailə TV -dən 1 ay pulsuz istifadə imkanı

04-03-2016

İKTA internet operator və provayderlərinin veb-saytlarını təhlil edib

21-06-2025

“ASAN xidmət dövlət orqanlarının bütün xidmətlərini qiymətləndirəcək”

10-06-2016

AIF Azərbaycan Internet idarəçiliyi ilə bağlı Milli Konfrans təşkil edəcək

10-10-2012

Azərbaycanda internet provayderlərin vahid platforması yaradılacaq

11-10-2021

“ASAN Kommunal” necə fəaliyyət göstərəcək?

05-05-2016

Vətəndaş Cəmiyyəti və İnternet İdarəçiliyi məsələsi müzakirə edilib

09-11-2012

“Aztelekom” şəhid ailələri və müharibə əlilləri üçün internet xidmətlərini xüsusi güzəştlə təklif edir

20-09-2023

Provayderlərə xəbərdarlıq edildi

28-02-2024

BTRİB-də özəl provayderlərin, AİF və İnternet Cəmiyyətinin birgə görüşü keçirilib

17-02-2015

“Regionlarla Bakı arasında yüksək bərabərsizlik var”

25-01-2021

Gəncədə özəl provayder xidmət göstərə bilmir-Problem

03-08-2016

“İnternet xidmətlərinin keyfiyyəti hədsiz dərəcədə pisləşib”

30-03-2018

AIF Azərbaycan İnternetinin inkişaf istiqamətlərinin müzakirəsini keçirir

29-10-2012

Elektron xidmətlərdən istifadə və populyarlıq səviyyəsinin yüksəldilməsi ilə bağlı Təkliflər

08-08-2014

Ölkəmizdə neçə provayder internet xidməti göstərir?

23-01-2023

Azərbaycanda və qonşu ölkələrdə müxtəlif bağlantılar vasitəsilə göstərilən İnternet xidmətlərinin qiymətləri araşdırılıb

29-01-2014

Ekspert: "Halal internet" və uşaqların təhlükəsizliyi necə tənzimlənməlidir?

10-09-2021

Gəncə Telekommunikasiya İdarəsində nə baş verir?

01-09-2016

“Yeni sistem provayderləri daha məsuliyyətli olmağa sövq edəcək”- VİDEO

14-10-2016

Azərbaycanda internetlə bağlı problemlər və həllİ yolları müzakirə edilib

20-09-2021

Yerli provayder abunə haqlarını dəyişdirmədən internetə qoşulma sürətini artıracaq

13-08-2014

Nar-dan sərfəli təklif

01-06-2017





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə