Previous Next
Bağla

Yeni sistemlə xərclərinizi izləyə bilərsiniz

19-01-2016 17:49
Yeni sistemlə xərclərinizi izləyə bilərsiniz

Hər bir şəxsin öz maliyyə vəziyyətini idarə etməsi üçün PES şirkəti tərəfindən yeni proqram təminatı hazırlanıb.

 İSRAFF  adlanan program təminatının beta versiyası artıq istifadəyə verilib. Proqrama www.israff.com ünvanından daxil ola bilərsiniz.

Xeberler.az-ın məlumatına görə, hazırda qeydiyyat və istifadə ödənişsizdir. Proqramın həm veb həm də mobil proqram təminatı mövcuddur.

Belə ki, proqram öz istifadəçilərinə hesablarında olan pul qalığını, xərclərini, gəlirlərini, pul köçürmələrini izlənməsinə imkan verir.

Siz hesablarınızı və bu hesablar üzrə apardığınız xərcləri sistemdə qeyd etməklə, sonradan xərcləriniz üzərində müəyyən analizlər apara bilərsiniz. Xərclərin hansi kateqoriya (yemək, nəqliyyat, əyləncə və s) üzrə xərcləndiyini, bu xərcin zərurilik dərəcəsini (Vacib, Normal, Zəif), əgər digər ailə üzvünə və ya yaxınlarınız üçün xərcləmisinizsə - kimə xərclədiyi üzrə bölünməsinə baxa bilərsiniz.

Proqramın mobil versiyası sizin daha asanlıqla xərcləri daxil etməyə imkan yaradır. Daxil etdiyiniz bütün informasiyalar internet üzərindən server ilə eyniləşdirilir. Yanlız bu telefonunuzda internetin olması zərurətini tələb etmir, siz hətta heç bir şəbəkə olmadan belə asanlıqla bütün əməliyyatları apara bilərsiniz, növbəti qoşulma zamanı internet əlaqəsi mümkün olduğu andan eyniləşdirmə prosesi avtomatik olaraq həyata keçiriləcək.

İnformasiyaların eyniləşdirilməsinin əsas üstünlüklərindən biri də odur ki, siz daxil etmə prosesini mobil telefonunuzdan amma analiz prosesini öz komputerinizdən hesabınıza daxil olmaq ilə edə bilərsiniz.

Proqram multi valyuta ilə istifadəyə verildiyi üçün, hər gün üzrə valyuta məzənnələri Milli Bankın cari kursu ilə yenilənir. Hazırda sistemdə - AZN, USD, EUR, TRY, RUB valyutaları ilə əməliyyat aparmaq mümkündür.

 Eyni zamanda PES şirkəti özünün PERP idarəetmə sistemini də təklif edir.  Bu sistem şirkətin bütün faəliyyətini özündə əks etdirə biləcək vahid ERP həllidir.  Həllin İnsan Resursları, Müştəri Əlaqələri, Anbar, İstehsal, Xidmət, Çatdırılma və s alt modulları mövcuddur.

Yazılanlar barəsində daha ətraflı informasiya üçün PES şirkətini veb saytından www.pes.az  məlumat əldə edə bilərsiniz.

Məltəm Talıbzadə

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

PES 2016 oyunu ödənişsiz olacaq

27-11-2015

Şifrələrinizi qoruyan PULSUZ proqram

25-03-2011

Bakcell-də Facebook artıq pulsuzdur

08-07-2011

Bakcelldə qonaq olun

01-01-2011

Kompüterdən Instagam-a necə şəkil yükləmək olar?

18-02-2016

Gənclərimizdən daha bir qlobal startap- Lendock

05-05-2016

Tələbəmiz proqramçılar arasında keçirilən beynəlxalq yarışmada 1-ci oldu

06-06-2016

Gözlə robotu idarə edən proqram təminatı hazırlanıb

27-10-2015

Proqramlaşdırmanı öyrədən milli saytlarımız

17-08-2015

Google sizin haqqınızda nələri bilir?

09-04-2016

Hesab.az-dan sığorta etmək istəyənlərə şad xəbər

16-07-2019

MilliKart-dan yenilik

25-06-2015

"Rabitəbank"ın biznes müştəriləri üçün yeni tətbiqi istifadəyə verildi

03-10-2022

Azərbaycanda küçə reklamlarını monitorinq edən ilk sayt açıldı

03-10-2018

Televizorda Skype video-zənglərini necə etmək olar?

12-11-2015

Counter Strike oyunu artıq mobil telefonlarda

19-11-2015

İstədiyiniz yeməyi telefonda sifariş edə bilərsiz- FoodLook

10-12-2015

PES 2009 demo versiyası təqdim olundu.

03-10-2008

Microsoft Facebooka işçi stolundan girmək üçün proqram hazırlayıb

04-12-2009

Bayram günlərində kartların təhlükəsizliyini necə qorumalı?

17-03-2017

Seganın köhnə oyunları internetdə və ödənişsiz

16-12-2008

Azərbaycanlı gənclər yemək artığı probleminə son qoyan startap yaradıb

10-11-2015

Bayramda Uber-lə hər şeyi çatdırmaq mümkündür

27-12-2017

"Dilmanc" tərcümə sisteminin yeni versiyası istifadəyə verildi

18-03-2014





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə