Previous Next
Bağla

Azərbaycanda küçə reklamlarını monitorinq edən ilk sayt açıldı

03-10-2018 14:51
Azərbaycanda küçə reklamlarını monitorinq edən ilk sayt açıldı

Azərbaycanda ilk dəfə küçə reklamlarının monitorinq xidmətini təklif edən sayt açılıb. “Smart Outdoor” sistemi artıq cari ilin yanvar ayından istifadəyə verilib.

Xeberler.az  bildirir ki, platformanın köməyilə siz rəqiblərin outdoor reklam strategiyasını analiz edə, vizual olaraq bütün küçə reklamlarının monitorinqini apara və öz reklam strategiyanızı planlaya bilərsiniz. “Smart Outdoor” platforması ilə kateqoriya üzrə brendlərin həm konstruksiya sayı və növünə görə, həm də büdcəsinə görə analiz edə biləcəksiniz. “Smart Outdoor” platformasından istifadə edərək, konkret lokasiyalarda konstruksiya növünü seçə bilər, həmin yerin vizual olaraq monitorinqini apara bilərsiniz. Boş yerlərə, rəqiblərin reklam konstruksiya sayına, büdcəsinə və geniş kateqoriya analizinə əsaslanaraq daha rahat outdoor reklam planlamasını apara biləcəksiniz. Beləliklə sayt vasitəsilə, daha asan yolla rəqibləri analiz edə, daha rahat reklam strategiyasını planlaya, xəritə üzrə vizual monitorinq əldə edə biləcəksiniz.

“Smart Outdoor” sistemi ilə monitorinq xidməti hazırda Bakı, Abşeron, Sumqayıtı əhatə edir. Amma növbəti mərhələdə araşdırmaya daxil olan regionların sayı daha da artırılacaq”, - deyə Smartoutdoor.az-ın direktoru Rahim Davudov bildirib. Rahim Davudov qeyd edib ki, platforma sırf marketoloqlar, marketinq əhli üçün nəzərdə tutulub:

“Sayt əvvəlcədən planlaşdırma işində marketoloqlara dəstəkçi olacaq. Məsələn, siz bank sektoru üzrə küçə reklamlarının monitoriniqini əldə etməklə, rəqiblərinizi analiz edəcəksiniz. 2018-ci il yanvar ayında küçə reklamlarında 14 bankın 104 konstruksiyada reklamı yayımlanıb. Kredit reklamı 48, kart reklamı 27, pul köçürmələri 5 və 24 reklamda kampaniyalarının imiclərini reklam ediblər. Araşdırma ilə tanış olan marketoloq rahatlıqla kampaniyasını planlaşdıra biləcək. Bu da sektorda adiyyəti sahə üzrə kor-koranə planlaşdırmanın qarşısını alacaq”.

Direktor əlavə edib ki, hesabatlar aylıq hazırlanır və bu işin ərsəyə gəlməsi üçün onlarla əməkdaş fəaliyyət göstərir:

“Məsələn, yanvar ayı ərzində (demo versiya üçün - red.) Bakı, Abşeron, Xırdalanda olan küçə reklamları, dəyişikliklər ilə bərabər fotoları çəkildi və dərhal sayta yükləndi. Bütün hər kəs saytdan qeydiyyatdan belə keçmədən, demo versiyaya daxil olub, saytın necə işlədiyinə baxa bilərlər. Demo versiya hər kəsə əlçatandır”.

Xatırlatmaq yerinə düşər ki, demo versiyada yalnız 2018-ci ilin yanvar ayının araşdırması yer alıb. Digər aylar üzrə adıçəkilən sektor üzrə bazar araşdırması ilə tanış olmaq üçün xidməti ödənişlə almalısınız.

Qeyd edək ki, araşdırma avtomobil, qida, kosmetika, bank, məişət avadanlıqları, mobil rabitə, restoran və s. olmaq üzrə küçə reklamlarının müxtəlif kateqoriyaları üzrə aylıq araşdırmanın nəticələrini təklif edir. Yuxarıda qeyd etdiyimiz kimi, Xəritə imkanının köməyilə siz küçə reklamlarının konkret ərazidəki fotosu ilə tanış ola biləcəksiniz.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Reklam bazarında internetin payı sürətlə artır

12-01-2009

Reklam fəaliyyəti sahəsində monitorinqlər davam edir

27-09-2010

Facebook niyə kriptovalyuta reklamını qadağan edib?

01-02-2018

Google Azərbaycanın internet reklamı bazarına maraq göstərir

22-10-2015

Instagram-dan daha bir yenilik

10-09-2015

Azərbaycanda ilk mobil reklam xidməti fəaliyyətə başladı

20-10-2009

Azərbaycanda reklam festivalı keçiriləcək

17-03-2009

Artıq reklamları Google-da yox Goo-da verəcəklər

31-03-2014

“Google”un reklam gəliri ABŞ mətbuatının gəlirini üstələyib

14-11-2013

Yeni sistemlə xərclərinizi izləyə bilərsiniz

19-01-2016

Reklam daşıyıcısı olan rəqəmsal platformalarda reklam şərtləri müəyyənləşir

04-02-2025

Media Consulting and Services məlumatların hesabatına yekun vurub

09-04-2019

Reklam blok edən proqramların sayı artır

19-10-2015

Ulduz kateqoriyasını düzgün qeyd etməyən mehmanxanaların açıq məkandakı reklamlarının yayımı dayandırılacaq

26-08-2024

Media Consulting Services media monitorinq qrupu məlumatların hesabatına yekun vurub

13-02-2019

Reklam şirkətləri YouTube-dan niyə narazıdır?

09-09-2015

Media Consulting and Services hesabatına yekun vurub

07-11-2018

Media Consulting Services qrupu yekun hesabatı təqdim edib

03-10-2018

Google istifadəçilərin konfidensial məlumatlarını ötürür

18-05-2022

ABŞ şirkətləri YouTube-da reklam yerləşdirməkdən imtina edir

27-03-2017

Media Consulting and Services hesabatına yekun vurub

15-03-2019

“Google” Azərbaycanın elektron reklam naşirlərini sevindirən qərar qəbul edib

04-04-2014

"Sony Ericsson" qayıdır

25-03-2011

Reklamlarla bağlı yeni qadağalar qəbul edildi

15-05-2015





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə