Video zənglərindən, xüsusilə, uzaqda yaşayan insanlarla əlaqə yaratmaq üçün çox istifadə olunur.
Bu gün insanlar uzaq məsafələrdə yaşayan yaxınları ilə Skype vasitəsi ilə əlaqə saxlayırlar.
Lakin artıq danışdığınız insanları smartfonlarınızın, kompüterlərinizin kiçik ekranlarında görməklə yanaşı, televizorlarınızın böyük ölçülü ekranlarından da izləyə bilərsiniz.
Bəzən insanlar bu imkanı təqdim edən televizorları alsalar da, istifadə qaydalarını bilmədikləri üçün imkandan yetərincə bəhrələnə bilmirlər.
Xeberler.az olaraq televizorda bu cür zəngləri etməyin qaydaları ilə bağlı ətraflı məlumat təqdim edirik.
Belə ki, bu cür video zəngləri etmək üçün ilk növbədə sizin ağıllı (Smart) və ya HD televizora və internet əlaqəsinə ehtiyacınız var. Adətən ağıllı televizorları həm kabel, həm də simsiz (Wi-Fi) əlaqəsi ilə internetə asanlıqla qoşmaq mümkündür.
Artıq bir çox ağıllı televizorlar Skype tətbiqi ilə birlikdə təqdim edilir. Əgər bu tətbiq sizin ağıllı televizorunuzda yoxdursa, onu tətbiqlərin yerləşdiyi menyudan tapıb yükləyə bilərsiniz. Skype tətbiqini açdıqdan sonra isə öz hesabınıza daxil olursunuz. Əgər televizorunuzda belə daxil olmaq imkanı yoxdursa, Skype.com veb-səhifəsinə daxil ola bilərsiniz. Öz hesabınıza daxil olduqdan sonra My Account (Mənim Hesabım) bölməsinin altında Account Settings (Hesab Sazlamaları) menyusuna daxil olun, TV and Home Phone (Televizor və Ev telefonu) bölməsində Set up (Quraşdır) düyməsini sıxın. Buradan sizə televizorunuzda Skype istifadə edə bilmək üçün istifadəçi adı və parolla təqdim ediləcək.
Video-zəng etmək üçün kameranın olması vacibdir. Bu cür televizorlarda mövcud veb-kameralarınızdan istifadə edə bilməzsiniz. Son model ağıllı televizorlar adətən quraşdırılmış kameralara sahib olsa da, lakin bəzən əlavə kamera almaq lazım gəlir. Bu zaman diqqət etmək lazımdır ki, aldığınız kamera televizorunuza uyğun gəlsin. Bu cür kameraların qiyməti isə 100 - 120 manat aralığında dəyişir.
Əgər HD televizor sahibisinizsə, sizin də Skype video zənglərindən istifadə etmək imkanınız var. Bunun üçün xüsusi hamısı-birində kameralar mövcuddur. Bu kameranı HDMI portu vasitəsi ilə televizorunuza birləşdirməyiniz kifayətdir. Daha sonra asanlıqla Skype hesabınıza daxil ola, video zənglərdən istifadəyə başlaya bilərsiniz. Burada əsas problem ondadır ki, bu cür kameraların qiyməti yüksək olur və ölkəmizdəki mağazalarda tapmaq çətindir. Lakin 220 dollardan başlayan qiymətlərlə internetdən TellyHD və Logitech TV Cam HD kameralarını sifariş edə bilərsiniz. Bu kameralar həm internetə qoşula bilir, həm də quraşdırılmış Skype tətbiqi ilə birlikdə gəlir.
Murad Məmmədzadə
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri