Previous Next
Bağla

Bu proqram söhbətlərə gizlicə qulaq asır

18-01-2018 15:21
Bu proqram söhbətlərə gizlicə qulaq asır

Kaspersky Lab şirkətinin mütəxəssisləri mobil cihazlar vasitəsilə məqsədli izləmələr üçün nəzərdə tutulmuş mürəkkəb çoxfunksiyalı proqram təminatı aşkar ediblər.

Şirkətdən Xeberler.az-a verilən məlumata görə, “Skygofree” adını alan zərərli implant ən azından 2014-cü ildən aktivdir və özündə əvvəllər mobil cihazlara yönəlmiş zəzərvericilər arasında rast gəlməyən bəzi funksiyaları birləşdirir.

Məsələn, “Skygofree” söhbətlərə “gizlicə qular asmağı” və devays cinayətkarlara lazım olduğu müəyyən bir yerdə meydana çıxan kimi səsləri tutmağı bacarır. Bundan başqa, o, WhatsApp messencerindən məlumatları oğurlamağa və cihazı hücum edənlər tərəfindən nəzarən olunan Wi-Fi şəbəkəsinə qoşmağa qadirdi. Mütəxəssislər sözügedən zərərverici proqram təminatında ümumiyyətlə 48 müxtəlif funksiya aşkar ediblər.

Eyni zamanda, “Skygofree” foto və video çəkməyi, telefon zənglərini və SMS-ləri ələ keçirməyi, həmçinin lokasiya və kalendarda qeyd olunmuş hadisələr haqqında məlumatları toplamağı bacarır. Bu casus proqram təminatında hətta dünyanın aparıcı mobil cihazlar istehsalçılarının biri tərəfindən hazırlanan enerjiyə qənaət texnolohiyasını aldadan xüsusi funksiya da mövcuddur: implant özünü müdafiə olunmuş əlavələr siyahısına daxil edir ki, ekran söndürülən zaman onun fəaliyyəti avtomatik olaraq dayanmır.

“Skygofree” ilk növbədə mobil cihazlara yönəlməsinə baxmayaraq, tədqiqatlar onun Windows platforması üçün də nəzərdə tutulmuş bir neçə modulunu aşkar ediblər.

Sözügedən zərərverici proqram təminatı aparıcı mobil operatorların internet saytlarını təqlid edən veb-səhifələr vasitəsilə yayılır. “Kaspersky Lab”ın məlumatına əsasən, hazırda “Skygofree”nin bir neçə qurbanı müəyyən edilib ki, onların hamısı İtaliya ərazisindədir.

“Bu cür yüksək səviyyəli mobil cihazlar zərərvericilərini aşkar etmək və zərərsizləşdirmək olduqca mürəkkəb məsələdir, nəticədə cinayətkarlar istifadəçilərdə şübhə doğurmayacaq miqyaslı izləmə təşkil edə bilərlər. Bu proqram təminatının kodunu və onunla bağlı bütün infrastrukturu təhlil etdikdən sonra belə bir qənaətə gəlmək olar ki, bunların arxasında ”HackingTeam”a bənzər  izləmə həlləri hazırlayan italyan İT şirkəti durur”, - deyə Kaspersky Lab şirkətinin antiviruslar üzrə eksperti Aleksey Firş bildirib.

Kaspersky Lab-ın müdafiə həlləri “Skygofree”nin “Android” üçün nəzərdə tutulmuş versiyalarını HEUR:Trojan.AndroidOS.Skygofree.a və HEUR:Trojan.AndroidOS.Skygofree.b kimi, Windows  üçün nümunələri isə UDS:DangerousObject.Multi.Generic kimi aşkar edir.

Skygofree-nin imkanları haqqında daha ətraflı burada.

Məltəm Talıbzadə

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

FinSpy messencerlərdəki yazışmaları oxuyur

25-07-2019

Yeni zərərli proqram aşkar edilib

11-05-2018

Hakerlər Telegram-dakı problemdən necə faydalanıb?-Araşdırma

15-02-2018

Routerin sındırılması cinayətkarlara pul oğurlamağa imkan yaradır

24-05-2018

Bank kartlarının təhlükəsizliyini necə qoruya bilərik?

24-05-2016

Kaspersky Lab Azərbaycanda 2018-ci ilin əsas kibertəhdidlərini müəyyənləşdirib

24-01-2019

“Kaspersky Lab” “Google Play”də zərərli proqram tapıb

28-06-2019

Kaspersky Lab yeni casus proqramı aşkarlayıb

26-09-2019

Kaspersky Lab hesabat açıqladı

29-06-2018

iOS qurğularında yeni zərərverici aktivlik qeydə alıb

28-09-2018

Kaspersky Windows dispetçer pəncərəsində eksployt aşkarlayıb

27-04-2021

Azərbaycan istifadəçilərinin üçdə ikisi kibertəhdidlərlə qarşılaşıb

17-07-2018

Lazarus kriptovalyuta birjasına hücum edib

24-08-2018

Kaspersky Lab fərdi istifadəçilərin müdafiəsini təkmilləşdirir

02-09-2016

Kasperski Lab top 100-lüyə daxil olub

29-09-2009

Qış Olimpiya Oyunlarında baş verən kiberhadisələr-Araşdırma

13-03-2018

Kriptovalyuta birjasından 2 milyon dollara yaxın pul oğurlanıb

04-10-2018

Azərbaycanda 2018-ci ildə hər beşinci istifadəçi maynerlərlə qarşılaşıb

01-11-2018

Google Play-də casus proqram aşkar edilib

14-08-2017

Mobil bank troyanların kəskin artması aşkar edilib

10-08-2018

Avtomobil sahiblərinin nəzərinə-Kiber təhlükə

24-04-2018

Kibertəhlükələrlə ən çox Azərbaycan istifadəçiləri üzləşib

26-01-2017

Kaspersky Lab : Azərbaycanda kiber hücumların sayı artıb

17-05-2018

Bank troyanları 430 min istifadəçiyə hücum edib

08-08-2019





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə