Simsiz şəbəkələrə qoşulan aktiv mobil qurğu istifadəçiləri uzun müddətdir populyar YouTube videohostinqi vasitəsilə offlayn rejimdə videoya baxmaq və sevimli videoları seyr edən zaman trafikə qənaət etmək arzusundadırlar.
Google şirkəti minlərlə istifadəçinin istəyini eşidərək mobil və ya Wi-Fi şəbəkəsinə qoşulmadan videoya başqa vaxtda baxmaq üçün onu saxlamağa imkan verən YouTube Go əlavəsini təqdim edib. Dehlidə təqdim edilən servisdən yalnız Hindistan sakinləri istifadə edə biləcəklər.
Xeberler.az RYTN-in elektron xəbər xidmətinə istinadən məlumat verir ki, Hindistan üçün layihələndirilən və nəzərdə tutulan “YouTube Go” qoşulma və şəbəkənin xüsusiyyətləri nəzərə alınmaqla ölkə sakinlərinə videoservisin bütün gözəlliklərini çatdıracaq.
Əlavə videonun ilk fraqmentindən istifadəyə imkan verməklə yüklənən faylın ölçüsünü göstərir və videonun keyfiyyətini seçir. Bundan başqa, videonu Bluetooth ilə başqa telefona ötürmək mümkündür. YouTube Go videonun yerləşməsini yadda saxladığına görə onu qovluqlarda axtarmağa ehtiyac qalmır.
Hazırda YouTube Go layihəsi üçün sınaqlarda iştirak edəcək şəxslərin qeydiyyatı aparılır. Əlavənin Hindistanda və dünyanın digər regionlarında nə vaxt istifadəyə veriləcəyi açıqlanmır.
Xeberler.az
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri