Bir sıra Android smartfon istehsalçıları son qabaqcıl modelləri “High Dynamic Range (HDR” rejimini dəstəkləyən ekranlarla təchiz etməyə başlayıb.
Xeberler.az NRYTN-in elektron xəbər xidmətinə istinadən məlumat verir ki, problem isə funksiyanın Netflix və oxşar servislər kimi yalnız bir neçə proqram tərəfindən dəstəklənməsindən ibarətdir.
Bundan başqa, HDR rejimini dəstəkləyən kontent indiyədək çox azdır və ya onun üçün ödəniş etmək tələb olunur. Lakin YouTube servisinin son yenilənməsi Android əməliyyat sisteminin idarəetməsi ilə işləyən bəzi smartfonlara “HDR” rejimini dəstəkləyən videodan istifadəyə imkan verir.
“High Dynamic Range” funksiyasını dəstəkləyən videonun üstünlüklərini Samsung Galaxy S8, Galaxy S8 Plus, Galaxy Note 8, LG V30, Sony Xperia XZ Premium, Google Pixel və Pixel XL qurğularının sahibləri qiymətləndirə bilərlər.
Hazırda YouTube-da yeni funksiyanı yalnız qeyd edilən qurğular dəstəkləyir. Funksiyadan, həmçinin Samsung Galaxy Tab S3 və LG G6 qurğularında istifadə gözlənilir.
Qeyd edək ki, YouTube servisində hazırda “HDR” rejimini dəstəkləyən videoya az rast gəlinir.
Xeberler.az
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri