İnternetdə Samsung şirkətinin 2018-ci ilin birinci yarısında buraxılacaq yeni qabaqcıl Samsung Galaxy S9 smartfon modeli barədə ilk məlumatlar dərc edilib.
Xeberler.az NRYTN-in elektron xəbər xidmətinə istinadən məlumat verir ki, yeni qurğu növbəti ildə qabaqcıl modellər üçün etalon olacaq.
Qualcomm Snapdragon 845 prosessoru və ya Samsung Exynos 9810 çipi əsasında işləyəcək.
Bildirilir ki, proqram platforması qismində UI Experience 9.0 interfeysli Android 8.0 Oreo əməliyyat sistemindən istifadə planlaşdırılır.
Həmçinin, şirkətin operativ yaddaş tutumunu artırmayaraq onu 4 giqabayt səviyyəsində saxlayacağı gözlənilir. Altı giqabaytın 2018-ci ildə Note istehsal xətti üçün əsas üstünlük olacağı ehtimal edilir.
Samsung Galaxy S9 smartfonunun böyüdülmüş Plus versiyasının da buraxılacağı qeyd olunur. Infinity Display ekranı ilə təchiz ediləcək hər iki qurğunun tərəflərinin nisbəti 18,5:9, təsvir ölçüsü 2960×1440 piksel təşkil edəcək. Modellərin ölçüsü barədə məlumat verilmir.
Qeyd olunur ki, iPhone 8 modeli oxşar texniki xüsusiyyətlərə malik olmayacağı təqdirdə Cənubi Koreya istehsalçısının yeni smartfonunun barmaq izi skaneri ekrana quraşdırılan ilk populyar qurğu olacağı gözlənilir. Bundan əlavə, Samsung Galaxy S9 qoşa kamera ilə təchiz ediləcək.
Xeberler.az
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri