Rusiyalı videobloger və BlackScreenTV kanalının sahibi populyar YouTube videoşəbəkəsinin işində səhv aşkarlayıb.
Xeberler.az ict.az-a istinadən məlumat verir ki, boşluq istifadəçilərdən icazəsiz onları kanala abunə olmaqdan çıxarmağa imkan verir. Bloger boşluğu YouTube tarixində ən böyük səhv adlandırıb.
Sübut, eləcə də səhvin göstərilməsi üçün bloger kiçik videoçarx çəkib. Videoda kanaldan asanlıqla 300-dən çox istifadəçinin silinməsi göstərilib. Abunədən çıxarılma potensial istifadəçilərin xəbəri olmadan həyata keçirilib.
Çəkilən materiala populyar internet servisinin rəhbərliyi dərhal reaksiya verərək bir gün ərzində boşluğu tam aradan qaldırıb. Bununla yanaşı, eksperiment üçün BlackScreenTV kanalının abunəlikdən çıxardığı istifadəçilərin abunəsi bərpa olunub.
Məlumata görə, internetdə boşluğu aşkarlayan blogerin kiçik pul mükafatı alması ilə bağlı şayiələr dolaşmağa başlayıb. YouTube rəhbərliyi belə ödənişlərin gələcəkdə də mümkün müxtəlif səhvlərin axtarışı, həmçinin aradan qaldırılması üçün ediləcəyini vəd edib.
Xeberler.az
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri