YouTube-a 1 milyarddan çox subtitrli video yüklənib

23-02-2017 / 13:53

YouTube  videoservisində 1 milyarddan çox subtitrli videoçarx tapmaq mümkündür.

Bu, videonun səs keyfiyyətinin aşağı olduğu hallarda və ya eşitmə problemi olan insanlara xarici dili öyrənməyə kömək edəcək.

YouTube-da ilk belə video 2006-cı ilin sentyabrında meydana çıxmışdı. Bu gün subtitrli videolar bəzən hətta səhv tələffüz, dialekt, ləhcə və səs-küylü fonla müşaiyət olunmasına baxmayaraq onların izlənmə sayı gün ərzində 15 milyonu ötür.

Xeberler.az ict.az-a istinadən məlumat  verir ki, Google  videolara mütəmadi olaraq nitqin tanınması texnologiyası və maşın təlimi alqoritmlərini əlavə edərək öz funksiyasını təkmilləşdirir.

Bu gün ingilis dilində olan subtitrlərin alqoritmlərlə yaradılmasının dəqiqliyi onları insan göstəricilərinə daha da yaxınlaşdırır.

YouTube  gələcəkdə dəstəklənən digər doqquz dili – rus, fransız, holland, alman, yapon, italyan, koreya, ispan və portuqal dillərini də izləyicilər və videoçarx müəlliflərinin köməyilə təkmilləşdirməyi planlaşdırırlar.

Xeberler.az


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə