YouTube və Facebook ekstremist videoları avtomatik olaraq silməyə başlayıb

25-06-2016 / 11:03

Dünyaca böyük videohostiq YouTube və Facebook sosial şəbəkəsi ekstremist xarakterli videoları avtomatik olaraq əngəlləməyə başlayıb.

Xeberler.az Report-a istinadən məlumat verir ki, agentlik qeyd edir ki, avtomatik sistem İŞİD terrorçularının yüklədikləri təbliğat xarakterli videoları və ya digər oxşar materialları tez bir zamanda silməyə imkan verir.

Bu texnologiya müəllif hüquqları ilə qorunan materialın axtarışı və silinməsi üçün işlənib hazırlanıb. Sistem faylın "heş"ini (faylın adına bağlı olmayan unikal rəqəmsal fərqləndirici) axtarır və bu, internet şirkətə müvafiq "heş" ilə olan materialın bütün məzmununu avtomatik olaraq silməyə imkan verir.

Agentliyin məlumatına görə, istehsalçılar avtomatik əngəlləmə sistemini ötən həftə təqdim ediblər.

Xeberler.az


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə