“Yüksəliş” müsabiqəsinin qalibləri ilə görüş keçirilib

16-01-2025 / 15:44

Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev nazirlikdə mentorluq proqramını uğurla başa çatdıran üçüncü “Yüksəliş” müsabiqəsi qalibləri İlahə Baxışova Tahirli və Toğrul Ələkbərov ilə görüşüb.

Xeberler.az məlumat verir ki, Nazir onları mentorluq proqramını uğurla başa çatdırmaları münasibətilə təbrik edib, gələcək fəaliyyətlərində yeni nailiyyətlər arzulayıb. O, Prezident İlham Əliyevin Sərəncamına əsasən təsis olunan “Yüksəliş” müsabiqəsinin intellektual səviyyəsi, idarəçilik keyfiyyətləri yüksək perspektivli rəhbər şəxslərin müəyyən edilərək dəstəklənməsi, kadr ehtiyatı bankının yaradılmasında önəmini vurğulayıb.

Hər iki mentinin bilik və təcrübə imkanlarını artırmaları, potensiallarını inkişaf etdirmələri üçün birillik proqram çərçivəsində müvafiq şəraitin yaradılması, bu istiqamətdə dəstəklə təmin edilmələri üçün görülmüş işlərdən bəhs olunub.

Onlar üçün nazirlikdə və nazirliyin qurumlarında görüşlərin keçirildiyi, habelə bir sıra tədbirlərdə iştirakının təmin edildiyi qeyd edilib. Mentilərə sosial sahədə son illər aparılan islahatlar, DOST konsepsiyası barədə ətraflı məlumatlar verildiyi bildirilib.

İ.Baxışova Tahirli və T.Ələkbərov mentorluq proqramı çərçivəsində onların bilik və bacarıqlarının, liderlik potensiallarının inkişaf etdirilməsi üçün yaradılan şəraitdən, göstərilən dəstəkdən razılıqlarını ifadə ediblər.

Görüşdə proqram çərçivəsində görülmüş işlərə, mentilərin fəaliyyət planlarının icrasında əldə etdikləri nailiyyətlərə dair fikir mübadiləsi aparılıb, onlara tövsiyələr verilib.


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə