Previous Next
Bağla

BƏT-in regional direktoru DOST xidmətləri ilə tanış olub

20-11-2024 16:05
BƏT-in regional direktoru DOST xidmətləri ilə tanış olub

COP29 tədbiri çərçivəsində Beynəlxalq Əmək Təşkilatı (BƏT) ilə birgə təşkil olunan “Hər kəsə ədalətli keçid üçün nəzəriyyədən təcrübəyə doğru” adlı tədbirdə iştirak etmək üçün ölkəmizdə səfərdə olan Beynəlxalq Əmək Təşkilatının (BƏT) Avropa və Mərkəzi Asiya üzrə regional direktoru Beate Andreslə 5 saylı Bakı DOST Mərkəzində görüş olub.

Xeberler.az məlumat verir ki, görüşdə BƏT-n Moskva Ofisinin direktoru Mixail Puşkin və BƏT-in Azərbaycandakı milli əlaqələndiricisi Yaşar Həmzəyev də iştirak ediblər. Qonaqlar əvvəlcə DOST mərkəzində göstərilən xidmətlərlə tanış olublar.

Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev Prezident İlham Əliyevin 9  avqust 2018-ci il tarixli Fərmanına əsasən yaradılan DOST Agentliyi və DOST Mərkəzləri barədə məlumat verib. O, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın təşəbbüsü olan, sosial xidmətlərin “bir pəncərə”dən, vətəndaş məmnunluğuna uyğun göstərilməsinə imkan verən DOST konsepsiyasının üstünlükləri və beynəlxalq uğurlarını diqqətə çatdırıb.

Qonaqlar üçün DOST konsepsiyası və sosial sahədə tətbiq olunan geniş elektronlaşma proqramına dair təqdimatlar edilib.

Keçirilən görüşdə ölkəmizin ev sahibliyi etdiyi COP29-un, habelə bu tədbir çərçivəsində yaşıl iqtisadiyyata ədalətli keçidin təmin olunması ilə bağlı aparılan müzakirələrin əhəmiyyəti vurğulanıb.

Ölkəmizin BƏT-lə uğurlu əməkdaşlıq təcrübəsini qeyd edən S.Babayev Azərbaycanın həmin Təşkilatın 60-dək Konvensiyasına, o cümlədən 10 fundamental Konvensiyasından artıq 9-na qoşulduğunu vurğulayıb. Qeyd olunub ki, BƏT-lə birgə ötən dövrdə Layiqli Əmək üzrə iki Ölkə Proqramı uğurla icra olunaraq, növbəti Ölkə Proqramının layihəsi hazırlanıb.

Ötən ay İslam Əməkdaşlıq Təşkilatının Bakıda yerləşən Əmək Mərkəzi ilə BƏT-in İtaliyanın Turin şəhərindəki Beynəlxalq Təlim Mərkəzi arasında əməkdaşlıq sənədinin imzalanmasının da əlaqələrin inkişafında əhəmiyyəti qeyd edilib. İqlim dəyişikliyi kontekstində, yaşıl iqtisadiyyata əmək bazarında ədalətli keçidlə bağlı olaraq da bu Təşkilatla əməkdaşlığa xüsusi önəm verildiyi bildirilib.

B.Andres Azərbaycanın əmək və məşğuluq sahələrində aparılan islahatlar prosesində BƏT-lə davamlı və səmərəli əməkdaşlığından məmnunluq ifadə edib.

Görüşdə yaşıl iqtisadiyyata keçidlə əlaqədar yaşıl iş yerləri və bacarıqların inkişafı sahəsində gələcək əməkdaşlıq məsələləri müzakirə edilib.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Nazirlikdə BƏT nümayəndəsi ilə görüş olub

27-09-2024

Rusiya nümayəndə heyəti 5 saylı Bakı DOST Mərkəzində olub

20-08-2024

Türkiyənin əmək və sosial müdafiə nazirinin müavini DOST mərkəzində olub

20-11-2024

TDT ölkələrinin nazirləri DOST Mərkəzində olublar

05-12-2025

DOST Agentliyində Ruanda nümayəndə heyəti ilə görüş olub

19-12-2024

Əmək müqaviləsinin e-qeydiyyatı ilə bağlı təqdimatı olub

04-12-2015

DOST Agentliyinin Müşahidə Şurasının iclası keçirilib

29-12-2024

DOST Agentliyinin Müşahidə Şurası növbəti iclasını keçirib

30-10-2025

DOST Agentliyinin Müşahidə Şurasının iclası keçirilib

03-10-2024

Özbəkistan və Qırğızıstan nümayəndə heyətləri DOST Agentliyində olublar

19-11-2024

DOST Agentliyinin Müşahidə Şurasının iclası keçirilib

20-08-2025

Çin və İndoneziya nümayəndə heyətləri DOST Mərkəzində olublar

19-11-2024

DOST Agentliyinin Rəqəmsal İnnovasiyalar Mərkəzi yaradılacaq

17-12-2021

DOST Agentliyinin fəaliyyətinə dair infosessiya keçirilib

14-03-2025

DOST Agentliyinin Müşahidə Şurasının növbəti iclası keçirilib

18-04-2025

DOST mərkəzi 1 milyonuncu vətəndaşa xidmət göstərdi  

21-07-2022

Ötən ay DOST mərkəzlərində 86 min vətəndaşa xidmət göstərilib

16-02-2026

DOST Agentliyinin Müşahidə Şurasının növbəti iclası keçirilib

20-02-2026

Niger dövlət başçısının xüsusi müşaviri Kemi Seba 1 saylı Bakı DOST Mərkəzində olub

05-10-2024

9 ayda DOST mərkəzlərində 658 min vətəndaşa xidmət göstərilib

16-10-2025

Özbəkistanla sosial əməkdaşlığın genişləndirilməsi müzakirə olunub

27-12-2024

RİNN-də Beynəlxalq Əmək Təşkilatı ilə görüş keçirilib

26-11-2025

DOST Agentliyi və ilk DOST mərkəzinin açılışından 6 il ötür

09-05-2025

Monteneqrolu nazir DOST Mərkəzlərində olub

20-11-2024





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə